19-11-2022, 20:37
Rusiyanın yeni qırıcısı vuruldu - Pilot öldüUkraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus “Su35-S” qırıcısı vurulub. Məlumatı Ukrayna mediası yayıb. Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kopmleksi ilə vurulub. Hadisə nəticəsində pilot ölüb. Qeyd edək ki, “Su-35-S” Rusiyanın yeni nəsil qırıcılarından hesab olunur.
19-11-2022, 20:18
Rusiyanın yeni qırıcısı vuruldu - Pilot öldüUkraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus “Su35-S” qırıcısı vurulub. Məlumatı Ukrayna mediası yayıb. Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kopmleksi ilə vurulub. Hadisə nəticəsində pilot ölüb. Qeyd edək ki, “Su-35-S” Rusiyanın yeni nəsil qırıcılarından hesab olunur.
19-11-2022, 16:39
Rusiyanın yeni qırıcısı vuruldu - Pilot öldüUkraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus “Su35-S” qırıcısı vurulub. Məlumatı Ukrayna mediası yayıb. Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kopmleksi ilə vurulub. Hadisə nəticəsində pilot ölüb. Qeyd edək ki, “Su-35-S” Rusiyanın yeni nəsil qırıcılarından hesab olunur.
19-11-2022, 16:36
Bazar gününün hava proqnozuAzərbaycanda noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 14-17° isti, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 19-23° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacaq.
19-11-2022, 16:29
Müharibə nə vaxt dayandırılacaq? - Zelenski açıqladı“Rusiya gücünü bərpa etmək üçün qısamüddətli atəşkəsə can atır, lakin bu yolla müharibəni dayandırmaq mümkün olmayacaq”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, müharibənin bitməsi sülhə zəmanət vermir, sülhün əldə olunması üçün Rusiyanın işğalından tamamilə xilas olmaq lazımdır. “Rusiya indi öz gücünü bərpa etmək üçün qısamüddətli atəşkəs axtarır. Bəziləri bunu müharibənin sonu adlandıra bilər, lakin belə atəşkəs vəziyyəti daha da pisləşdirəcək. Anormal kompromislər yenidən qan tökülməsinə səbəb olacaq. Həqiqi, davamlı sülh yalnız Rusiyanın təcavüzünün tamamilə dayandırılması nəticəsində mümkün ola bilər”, - deyə Zelenski Rusiyaya xitabən söyləyib.
19-11-2022, 16:27
İranda 400-dən çox etirazçı öldürülübİranda keçirilən etiraz aksiyalarında 402 nəfər həlak olub. Bu barədə İran İnsan Haqları təşkilatı məlumat yayıb. Bildirilib ki, ölənlərin 58 nəfəri yaşı 18-dən az olanlardır. Sentyabrdan başlayan aksiyalar zamanı 16 813 nəfər həbs olunub. Həbs edilən şəxslərdən 524-i tələbədir. Bundan əlavə, qeyd olunub ki, ölkənin 150 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 əməkdaşı öldürülüb. Xatırladaq ki, bu ilin sentyabr ayının ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.
19-11-2022, 16:24
Orduda hazırlıq məşğələləri keçirilir Azərbaycan Ordusunda hərbi qulluqçular ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir. Məşğələlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər şəxsi heyətə çatdırılır, eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir. Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla aparılan söhbətlər zamanı bu ərazilərin tarixindən, həmçinin Vətən müharibəsi zamanı işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi qulluqçuların göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edilir. Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, ətraflı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.
19-11-2022, 16:21
Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıbOğuzda meşədə parçalanmış kişi meyiti tapılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib. Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.
19-11-2022, 16:19
Qatar maşının üstündən keçdi - 4 erməni öldüErmənistanda qatarla avtomobilin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Ölənlərdən biri 75 yaşlı sürücü və şəxsiyyəti müəyyən olunmayan daha 3 nəfər qadındır. Hadisə Lori vilayətinin Pəmbək kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, yoldan çıxan minik avtomobili dəmir yolu xəttinin üzərinə düşüb və yük qatarı ilə toqquşub.
19-11-2022, 16:17
Azərbaycan ən çox bu ölkəyə məhsul göndəribYanvar-oktyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın on ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 17 milyard 95,2 milyon ABŞ dolları, Yunanıstana 1 milyard 356,1 milyon dollar, Xorvatiyaya isə 952,3 milyon dollar təşkil edib.