Kəlbəcərin bu kəndinə də KÖÇ OLACAQ .....                        Lavrovla Ceyhun Bayramov danışıqlar apardı .....                        Azərbaycanla Suriya arasında mühüm görüş .....                        Qubada dağlıq ərazi yanır .....                        Əminə Ərdoğan xanım Trampa məktub yazdı .....                        Bu marşrutda da Çin avtobusu istifadə ediləcək .....                        Ümid edirik, Rusiya da Minsk Qrupunun ləğvini dəstəkləyəcək - Bakıdan REAKSİYA .....                        Ukrayna öz torpaqlarını verməyəcək - Zelenski .....                        Yasamalda cinayət: 37 yaşlı qadın öldürüldü .....                       
19-05-2025, 19:40
Sahibə Qafarova ispan həmkarı ilə görüşdü


Sahibə Qafarova ispan həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Pedro Rollanla görüşüb.
Azərbaycan parlamentinin spikerini salamlayan Senat sədri Pedro Rollan iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib. O, Senatın parlamentlər arasında əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini, eyni zamanda hökumətlər arasında əməkdaşlığı da dəstəkləməyə hazır olduğunu bildirib.
Senatın sədri Azərbaycanın iqtisadi inkişaf göstəricilərini təqdir edərək, ispan şirkətlərinin ölkəmizdə, xüsusilə nəqliyyat sahəsində fəaliyyətini dəstəklədiklərini vurğulayıb. O, ölkələr arasında enerji sahəsində əməkdaşlığı da yüksək qiymətləndirdiklərini söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində Azərbaycanla İspaniya arasında bir sıra sahələrdə əməkdaşlığın uğurlu inkişafını qeyd edib, o cümlədən iqtisadi sahədə müsbət əməkdaşlıq təcrübəsinin mövcud olduğunu söyləyib. Spiker Sahibə Qafarova bir sıra digər sahələrdə də əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Sahibə Qafarova son dövrlərdə siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və bu görüş zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılıqları qeyd edib.
Senatın sədri Pedro Rollan da COP29-da iştirak etmək məqsədilə İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezlə yanaşı, senat üzvlərinin də Azərbaycana səfər etdiklərini xatırladaraq, senatorların bu mühüm beynəlxalq tədbirin möhtəşəm təşkilini, eyni zamanda, Azərbaycan cəmiyyətinin dinamikliyini müşahidə etdiklərini söyləyib.
Söhbət zamanı spiker Sahibə Qafarova parlamentlər arasında əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb. Görüşdə, eyni zamanda, parlament komitələri arasında əməkdaşlığın qurulması barədə də fikir mübadiləsi aparılıb.



Söhbət zamanı ölkələr arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahəsində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib. Pedro Rollan Azərbaycanda ispan dilinə göstərilən maraq və diqqətə görə təşəkkürünü ifadə edib. Görüşdə multikultural dəyərlərə hörmətin Azərbaycanla İspaniyanı birləşdirən xüsusiyyətlərdən biri olduğu da vurğulanıb.
Qeyd edək ki, görüşdən əvvəl spiker Sahibə Qafarova xatirə kitabını imzalayıb. Həmçinin, Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığı Senatının plenar iclas zalı ilə tanış olub.
19-05-2025, 19:07
4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı


4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib.
Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb.
O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib.
Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük "Vətən müharibəsi" iştirakçısıdır. O, "Şuşanın azad olunmasına görə," Xocavəndin azad olunmasına görə"," Füzulinin azad olunmasına görə "," Zəfər " və" Vətən müharibəsi iştirakçısı "medalları ilə təltif edilib.
Adil Xudadatov isə daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.
19-05-2025, 18:43
Dağıstan silkələndi


Dağıstan silkələndi

Dağıstanın cənubunda zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ 4,0 bal gücündə olub.
Zəlzələ ocağı 10 km dərinlikdə, episentri təxminən 600 min insanın yaşadığı Mahaçqaladan 122 km cənub-şərqdə olub.
19-05-2025, 18:20
Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...


Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.
Paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək.
Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü Təzə Pir məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.
Söküntüdən sonra ərazidə hər hansı başqa yaşayış, qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulmayıb və Mərkəzi Parka birləşdiriləcək.
Söküləcək evlərin hər kvadratına görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratına görə 3000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək.
Hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. Söküntü aparılacaq ərazidə xeyli sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, onların sahiblərinə ödənilən kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolları axtarılır.
Məlumata görə, məsələyə Nazirlər Kabinetində baxılır və kvadratı az olan evlərlə bağlı vahid tarif hazırlanır. Qurumun yaxın vaxtlarda söküntü zamanı az kvadratlı (20-25-30) evlərə ödənilən kompensasiya məbləği ilə bağlı qərar verməsi gözlənilir.
19-05-2025, 18:04
Putindən əvvəl Zelenski ilə danışdı


Putindən əvvəl Zelenski ilə danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Trampın Zelenski ilə telefon danışığının təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, bu gün Tramp rusiyalı həmkarı Vladimir Putinlə də danışıqlar aparacaq.
19-05-2025, 17:58
Xərçəng olduğunu öyrənən Baydendən İLK AÇIQLAMA


Xərçəng olduğunu öyrənən Baydendən İLK AÇIQLAMA

ABŞ-nin sabiq prezidenti Co Bayden xərçəng xəstəliyi ilə bağlı paylaşım edib.
O, sosial media hesabında həyat yoldaşı Cill Baydenlə birlikdə bu çətin həyat sınağından keçdiklərini qeyd edib.
Bayden insanlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib:
“Xərçəng hamımıza təsir edir. Bir çoxlarınız kimi, Cill və mən də öyrəndik ki, biz ən çox sınanmış yerlərdə daha güclüyük. Sevgi və dəstəyinizlə bizi ayaqda saxladığınız üçün təşəkkür edirik”,- o qeyd edib.
Qeyd edək ki, Co Baydenə aqressiv prostat xərçəngi diaqnozu qoyulub.
19-05-2025, 16:49
Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı


Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı

Sabunçu rayonu ərazisində talama cinayəti qeydə alınıb. Əlvan metalların alqı-satqısı ilə məşğul olan bir nəfərə naməlum şəxs yaxınlaşıb zor tətbiq etməklə pulunu ələ keçirib.
Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Rabil Quliyev müəyyən edilərək tutulub.
Saxlanılan şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. R.Quliyev ifadəsində narkotik vasitə aludəçisi olduğunu etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
19-05-2025, 16:42
Zakir Həsənov İsrailə getdi - Görüşlər keçirdi


Zakir Həsənov İsrailə getdi - Görüşlər keçirdi

İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb.
Bu barədə “Times of Israel" qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb.
Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.
19-05-2025, 16:36
SSRİ bayrağına görə oğlu da işdən qovuldu


SSRİ bayrağına görə oğlu da işdən qovuldu

Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun oğlu da işdən çıxarılıb.
S.Səmədovun oğlu Kamran Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirib. O, müvafiq əmrlə işdən azad edilib.
Qeyd edək ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.
Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olması barədə də məlumatlar yayılıb.
19-05-2025, 16:14
Yeni Roma Papasının müsəlmanlara münasibəti


Yeni Roma Papasının müsəlmanlara münasibəti

Papa Fransiskin vəfatından sonra mayın 7-də Vatikanın qəlbi hesab edilən Sikstin Kapellasında növbəti Roma Papasının kim olacağına qərar veriləcək konklav keçirilib. Konklavda kardinal Robert Frensis Prevo Roma Papası seçilib. O ilk amerikan əsilli roma papasıdır.
Yeni papa ötən gün and içərək vəzifəsinə başlayıb. bütün katoliklərin mənəvi, ruhani lideri XIV Leonun müsəlmanlara münasibəti məlum olub.
O müsəlmanlar barədə bunları deyib:
"Katolik Kilsəsi ilə müsəlmanlar arasında münasibətlər dialoqa və qardaşlığa artan sadiqlik ilə səciyələnir və “Bir olan, mərhəmətli və qüdrətli, göylərin və yerin Yaradanı, bəşəriyyətlə danışan” Allaha ibadət edən bu qardaş və bacılarımıza olan ehtiramla dəstəklənir. Qarşılıqlı hörmət və vicdan azadlığına əsaslanan bu yanaşma icmalarımız arasında körpülərin qurulması üçün möhkəm təməldir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!