Tramp İranda bu obyektin məhv edilməli olduğunu düşünür .....                        Zelenski yeni komandan təyin etdi .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        Kanalda batan var .....                        Marıxda yatanlar yuxuya, qardaşlar sevincə dalsın! .....                        Prezidentlər Maraş dondurması yedilər - FOTO .....                        Müharibədə mülki infrastruktura vurulan ziyanla bağlı sənədlər tədqiq olundu .....                        İran sərhədini keçən vətəndaşların sayı açıqlandı .....                       
2-04-2025, 17:58
70 kq qızılla saxlanılan polkovnik-leytenantla bağlı qərar


70 kq qızılla saxlanılan polkovnik-leytenantla bağlı qərar

İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik-leytenant Qəhraman Məmmədovun cinayət işi üzrə aparılan 4 aylıq ilkin istintaq müddəti işin həcminə görə kifayət etməyib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində əlavə istintaq tədbirlərinin aparılması üçün məhbusun həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Məhkəmə qarşılıqlı hüquqi yardım çərçivəsində Türkiyə hüquq-mühafizə orqanları ilə birgə geniş prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.
Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Qəhraman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.
Bu səbəbdən DTX-də başlanan cinayət işi çərçivəsində Məmmədov həbs edilib. O, ölkə hüdudlarından kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilir.
2-04-2025, 17:48
Hakimin qərarına əsəbiləşən Qurban Qurbanov planşeti sındırdı


Hakimin qərarına əsəbiləşən Qurban Qurbanov planşeti sındırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirilən matçda hakimin qərarına əsəbiləşib.
O, epizodun təkrarını izlədiyi planşeti təpik vuraraq sındırıb.

2-04-2025, 17:28
Mövqelərimiz atəşə tutulub


Mövqelərimiz atəşə tutulub

Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
2-04-2025, 17:16
Senator rekorda imza atdı: Trampa qarşı 25 saat 4 dəqiqəlik çıxış


Senator rekorda imza atdı: Trampa qarşı 25 saat 4 dəqiqəlik çıxış

ABŞ senatoru Kori Buker Senatda çıxışı zamanı tarixi rekorda imza atıb.
Nyu-Cersi ştatını təmsil edən senator ABŞ Prezidenti Donald Trampın siyasətini 25 saat 4 dəqiqə çıxışla tənqid edib.
Qeyd edək ki, bundan əvvəlki rekord 1957-ci ildə çıxış edən senator Strom Turmonda məxsusdur.
O, 24 saat 18 dəqiqə çıxış edib.
Bruk bazar ertəsi axşam yerli vaxtla saat 19:00 radələrində nitqinə başlayacağı üçün fiziki imkanları olduğu müddətcə danışacağını söyləyib. Onun çıxışı çərşənbə axşamı saat 20:06-da yekunlaşıb.
55 yaşlı senator prezident Trampın siyasətindən zərər gördüklərini deyən seçicilərin məktublarını oxuyub. O, idmanla bağlı müzakirələr apararaq, şeir oxuyaraq və həmkarlarının suallarını cavablandıraraq çıxışına yekun vurub.
2-04-2025, 17:08
XİN mina qurbanlarının sayını açıqladı


XİN mina qurbanlarının sayını açıqladı

Ermənistan tərəfindən məqsədyönlü və fərq qoyulmadan basdırılmış minalar azərbaycanlı mülki əhalinin təhlükəsizliyini və rifahını ciddi təhlükə altına almaqda davam edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.
Qeyd edilib ki, bu gün Ağdamda daha bir mülki şəxs mina partlayışının qurbanı olub. 2020-ci ildə müharibənin bitməsindən bəri mina partlayışları nəticəsində ümumilikdə 387 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Bu fakt mina təhlükəsinin insan həyatı üçün davamlı və dağıdıcı təsirini bir daha vurğulayır.
Bildirilib ki, minaların geniş yayılması regionda sülh, barışıq və sabitliyə əsas maneə yaradır: “Biz beynəlxalq ictimaiyyəti bu kritik problemin həllində mənalı siyasi və praktiki dəstək verməyə çağırırıq”.
2-04-2025, 16:55
Cinsi zorakılığa məruz qalmış uşaqlarla bağlı yeni qərar


Cinsi zorakılığa məruz qalmış uşaqlarla bağlı yeni qərar

Uşaq hüquqlarının həyata keçirilməsinin uşaqların təhlükəsizliyinin təmini sahəsində təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müəyyənləşib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Müvafiq orqanlar tərəfindən cinsi istismarın və cinsi zorakılığın qurbanı olan uşaqların hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin təşkili, cinsi istismar və ya cinsi zorakılığa məruz qalmış uşaqlarla işləyən mütəxəssislərin hazırlanması, doğumun qeydiyyatı, doğumu qeydiyyata alınan 5 yaşadək uşaqların sayı və uşaqların ümumi sayında faizlə nisbəti və uşaq alverinin qarşısının alınması sahəsində həyata keçirilən tədbirlər bu meyarlar sırasına daxil edilib.
2-04-2025, 16:50
Pezeşkian İlham Əliyevə məktub göndərdi


Pezeşkian İlham Əliyevə məktub göndərdi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Dünya müsəlmanlarının böyük bayramı olan Ramazan bayramı münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ramazan bayramı dünya müsəlmanları arasında sosial-dini bağların möhkəmlənməsini əks etdirən, mübarək Ramazan ayında ürəkdən edilən ibadətlərin səmərə verdiyini göstərən gözəl bir bayramdır.
Ümid edirəm ki, rəhmət və bərəkətlə dolu olan bu bayramın mübarəkliyi və xeyir-bərəkəti sayəsində bütün müsəlman xalqları arasında daha artıq həmrəyliyin yaranmasına, İslam ölkələrində sülh və sabitliyin bərqərar olmasına və ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə gündən-günə daha da genişlənməsinə şahid olacağıq.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram".
2-04-2025, 16:42
Boykotçuları dəstəklədiyi üçün serialdan uzaqlaşdırıldı


Boykotçuları dəstəklədiyi üçün serialdan uzaqlaşdırıldı

Türkiyəli aktrisa Aybüke Pusat TRT-də yayımlanan “Teşkilat” serialının heyətindən çıxarılıb.
Bu barədə kanalın özü məlumat yayıb.
Bildirilib ki, aktrisanın serialdan uzaqlaşdırılmasına səbəb onun boykot çağırışları ilə bağlı paylaşım etməsidir.
"Bir siyasi qrupun öz siyasi məqsədləri üçün irəli sürdüyü boykot çağırışında vəsilə olmaq TRT-nin prinsiplərinə, ictimai yayım anlayışına və peşəkarlığına açıq şəkildə ziddir. Bu kontekstdə TRT 1-də yayımlanan “Teşkilat” serialında rol alan aktrisanın paylaşımları TRT-nin institusional prinsipləri ilə tamamilə uyğun gəlmir. Sözügedən şəxs “Teşkilat” serialının izləyicilərini məyus edən paylaşımlara görə serialdan uzaqlaşdırılıb", - açıqlamada bildirilir.
Qeyd edək ki, Aybüke “Teşkilat” serialında “Neslihan” obrazını canlandırırdı.
2-04-2025, 16:37
FHN-in bu səlahiyyəti ləğv edildi


FHN-in bu səlahiyyəti ləğv edildi

Nazirlər Kabineti 15 oktyabr 1998-ci il tarixli “Su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemini, hövzə və ərazi sxemlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlayacaq.
İndiyə qədər bu işi ETSN Fövqəladə Hallar Nazirliyi (FHN), "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" və “Azərenerji” ASC-lərin iştirakı ilə hazırlayırdı.
Bundan başqa, ADSEA ETSN və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırmaqla su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemlərini təsdiq edəcək.
2-04-2025, 16:30
Prezident təhsil sazişini təsdiqlədi


Prezident təhsil sazişini təsdiqlədi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Somali Federativ Respublikası Hökumətinə bildiriş göndərməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!