“Sədərək”də yanğın - Zəhərlənənlərdən 2 nəfərin durumu orta ağırdır .....                        "Sədərək"dəki yanğının bəzi TƏFƏRRÜATLARI .....                        Yəməndə daşqınlar - Ölənlərin sayı artır .....                        Yanan obyekt bu şirkətə məxsus imiş .....                        Putinlə görüşdüyünə görə üzr istədi .....                        Ukrayna Rusiyanın enerji obyektlərini vurdu .....                        Norveç Almaniyadan Ukrayna üçün “Patriot” alır .....                        “Sədərək”də yanğın yayılmasının qarşısı alınıb - FHN .....                        Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi .....                       
19-05-2025, 15:08
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kiloqram narkotik aşkarlandı


Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kiloqram narkotik aşkarlandı

Cəlilabad rayonunda polisin keçirdiyi əməliyyatla 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Tədbirlərlə 39 yaşlı Ramid İbadov və 33 yaşlı Elnur Bəşirov saxlanılıblar.
Onlarda ümumilikdə 11 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 99 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
19-05-2025, 15:04
İrəvan-Bakı müzakirələri liderlər və nazirlər formatında davam edə bilər - Simonyan


İrəvan-Bakı müzakirələri liderlər və nazirlər formatında davam edə bilər -Simonyan

"İrəvanla Bakı arasında müzakirələr davam edir".
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 19-da jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, bu prosesin davam etdirilməsini təmin etmək üçün tərəflər arasında razılaşma var.
“Mən istisna etmirəm ki, yaxın gələcəkdə iki ölkə liderləri formatında, eləcə də xarici işlər nazirləri formatında müzakirələr davam edə bilər”, - Simonyan bildirib.
Parlament sədrinin sözlərinə görə, bu, yaxşı xəbərdir, lakin hələlik konkret razılaşma yoxdur.
"Bu cür proseslər sülh müqaviləsinin bağlanacağı yerə və vaxta yönəlib. Ermənistan tərəfi və çoxsaylı beynəlxalq tərəfdaşlar sülh müqaviləsinin bağlanmasının nəhayət reallığa çevrilməsi üçün müvafiq işlər görürlər", - Ermənistan parlamentinin spikeri vurğulayıb.
Xatırladaq ki, iki ölkə liderləri Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasındakı sonuncu görüş ötən həftə - mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçrilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində baş tutub.
Liderlərin qısa müzakirəsində xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan da iştirak edib.
İrəvanın açıqlamasına görə, Tiranada tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılmasının vacibliyini qeyd ediblər.
“Liderlər mövcud vəziyyəti müzakirə edib və sənədin imzalanmasına aparan prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar”, - açıqlamada deyilir.
Rəsmi Bakı Tirana görüşünü şərh etməyib.
19-05-2025, 14:59
Məhkəmədə Petrosyan barədə fikirlər dinlənildi


Məhkəmədə Petrosyan barədə fikirlər dinlənildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə etdiyi çıxışının videosu nümayiş olunub.
Kadrlarda Levon Ter-Petrosyan çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğalının niyyəti, həmçinin məqsədi və səbəbləri barədə danışır.
Vidomaterialda göstərilir ki, tarixi “qələbələr”i qeyd etdiklərinə görə məmnun olduğunu bildirən L.T.Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: “Deyirlər ki, “Qarabağ” hərəkatını başlatmağın nə mənası var idi? Bu beş il ərzində nə qədər qan töküldü, nə qədər insan həlak oldu, amma heç bir nəticəyə gəlinmədi”, - deyə bəzi şəxslər irad bildirirlər. Hətta həmin dövrdə Ermənistan hakimiyyəti... İndi isə həmin əməliyyatlarda iştirak etməyən müxalifət nümayəndələri və digər partiyalar bizim fəaliyyətimizə kölgə salmağa çalışırlar.
Üstəlik, deyirlər ki, o vaxt erməni hərəkatı “miatsum, miatsum” deyib meydana çıxmağın nə mənası var idi? İndi də Qarabağın tanınmasından yayınırlar. Onların mövqeyi dəyişməyib. Deyirlər ki, əgər bu hərəkat 1988-ci ildə başlamasaydı da, onsuz da Sovet İttifaqı 1991-ci ildə dağılırdı və biz hər halda müstəqillik əldə edəcəydik. Amma məsələ burasındadır ki, əgər biz 1988-ci ildə fəaliyyətə başlamasaydıq, 1991-ci ildə bizim bu üçillik təcrübəmiz olmayacaqdı və nəticədə nəinki Qarabağ, heç Ermənistanın özü də bu qədər hazırlıqlı olmayacaqdı. Hətta Qarabağ olmayacaqdı”.
Məhkəmədə təqdim olunnan videoda Ermənistanın keçmiş prezidenti deyib: “Birincisi, bu hərəkət sayəsində Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Qarabağ digər xalqlardan tamamilə təmizləndi. Bu, 600 illik problemdir və erməni xalqı növbəti 600 ildə də onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digər millətlərdən olan 170 min insan yaşamaqda davam etsəydi, bu gün bizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə (Sevan) rayonunu qoruya bilməzdik.
Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq təşkil edirdi və Zəngəzur bölgəsində də əhalinin böyük hissəsini təşkil edirdilər. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik. Bu, xalqımızın milli azadlıq mübarizəsi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə birləşmələrimiz və yerli Qarabağ bölmələrimizin fəaliyyəti ilə mümkün oldu. Qarabağ da həmçinin. Bu gün Qarabağın bütün ərazisi, üstəlik daha böyük bir hissə ermənilərin əlindədir”.
Kadrlarda L.T.Petrosyan deyir: “…Yekun olaraq bir məqamı da qeyd etməyə bilmərəm: Qeyd edirəm ki, bütün qələbələrimizin tacı olaraq qüvvələrimiz dünən gecə və bu səhər Ağdama daxil olublar”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
19-05-2025, 14:42
Ermənistan Rusiya bazasını çıxarır? - Simonyandan cavab


Ermənistan Rusiya bazasını çıxarır? - Simonyandan cavab

İrəvan Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması məsələsini müzakirə etmir.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
"Xeyr. Ermənistan Rusiya hərbi bazasının çıxarılması məsələsini müzakirə etmir", - o deyib.
Xatırladaq ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan Rusiya bazasının çıxarılmasının Bakı ilə İrəvan arasında sülhün bərqərar olması üçün ilkin şərtlərdən biri ola biləcəyini və iki ölkənin mövqelərinin razılaşdırıldığını iddia edib.
Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb.

19-05-2025, 14:18
Prezidentdən əsgər valideynlərinə ŞAD XƏBƏR


Prezidentdən əsgər valideynlərinə ŞAD XƏBƏR

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sərəncamda qeyd edilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.
Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
19-05-2025, 13:26
Azərbaycanla İranın birgə təlimindən görüntülər


Azərbaycanla İranın birgə təlimindən görüntülər

Ölkəmizdə keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub.
Azərbaycan və İranın təlim rəhbərləri, eləcə də digər yüksəksəviyyəli üzvləri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər.
Ümummilli Lider Heydər Əliyevin, həmçinin hər iki ölkənin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və İranın Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayıb, keçirilən birgə təlimin əhəmiyyətini xüsusi vurğulayıblar.
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İran hərbi əməkdaşlığının dərinləşməsində “Araz-2025” birgə təliminin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu təlim ölkələrimiz və onların Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir.
Açılış mərasiminin sonunda hərbi qulluqçular təntənəli marşla tribuna önündən keçiblər.

19-05-2025, 12:54
Terror qruplaşmasına qoşulan azərbaycanlılar - DTX görüntülər yaydı


Terror qruplaşmasına qoşulan azərbaycanlılar - DTX görüntülər yaydı

Terror qruplaşmasının fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları saxlanılaraq ölkəyə gətirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.
DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.
Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları - Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.
Cinayətkar dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

18-05-2025, 20:00
Gəncə sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü


Gəncə sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşən 58 yaşlı Gəncə sakini itkin düşüb.
Muşfiq Hüseynəliyev 2024-cü ildə Rusiyaya gedib və orada döyüşlərə qatılıb.
O, yaxınları ilə sonuncu dəfə həmin ilin oktyabrında danışıb. O, tarixdən bəri həmyerlimizdən heç bir xəbər yoxdur.
Məlumat üçün bildirək ki, M.Hüseynəliyev iki uşaq atasıdır.
18-05-2025, 19:19
"Neftçi"dən növbəti qələbə


"Neftçi"dən növbəti qələbə

Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.
"Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.
18-05-2025, 18:55
İtaliyadan Ukraynaya hərbi yardım


İtaliyadan Ukraynaya hərbi yardım

İtaliya Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb.
Bu barədə “Il Messaggero” və “Defense Express” nəşrləri məlumat yayıb.
Yardımın M113 tipli tırtıllı zirehli transportyorların İtaliya versiyası olan “VCC-2 Camilino”nu əhatə edəcəyi gözlənilir.
“Il Messaggero” nəşrinin yazdığına görə, İtaliya həmçinin Ukraynaya əməliyyatların planlaşdırılmasına kömək edəcək “peyk müşahidə sistemi” ilə yardım edə bilər. Lakin bu bənd haqqında ətraflı məlumat verilmir.
“Defense Express” qeyd edib ki, “VCC-2 Camilino” amerikan maşını M113A1-in İtaliya modernizasiyasıdır. O, yan tərəflərdə əlavə zirehli müdafiə və açıq qüllə əldə edib.
Açıq mənbələrdən əldə edilmiş məlumatlara görə, İtaliya ordusu üçün 1 200-ə qədər M113 ZTR “VCC-2 Camilino” versiyasına modernizasiya edilə bilərdi. Eyni zamanda, bu ZTR-lər artıq bir müddətdir ki, İtaliya ordusunun silahlanmasında deyil. Son on maşının dörd il əvvəl silindiyı məlumdur.
Lakin “Defense Express”in fikrincə, İtaliyanın Ukraynaya verəcəyi 400 maşının hamısı döyüş qabiliyyətli vəziyyətdə olmayacaq. Ola bilsin ki, bir hissəsi ehtiyat hissələri üçün istifadə olunacaq, digər hissəsi isə əsaslı təmir tələb edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!