İran Qətərdə ABŞ-a məxsus erkən xəbərdarlıq radarını vurdu .....                        İran Abu Dabiyə raket atıb .....                        İranın müdafiə naziri və SEPAH-ın rəisi öldürüldü - KİV .....                        İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu .....                        İsraildən yeni hücumlarla bağlı XƏBƏRDARLIQ .....                        Müharibəyə görə daha bir ölkədə məktəblər bağlandı .....                        İsrail İranın əsas şəxslərinə zərbə vurdu - KİV .....                        Müharibə Ayətullahın hakimiyyətdən getməsi üçündür - KİV .....                        Türkiyənin İsrailə dəstək verməsi iddialarına cavab .....                       
7-12-2025, 13:40
Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək


Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.
Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub.
7-12-2025, 13:33
İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul etdi


İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.
Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxundu.
Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən göstərilən dəstəyi vurğulayan Prezident İlham Əliyev Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına bir daha təşəkkür etdi.
Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən hədiyyə olaraq 200 yakın işğaldan azad edilmiş ərazilərimizə göndərilməsini də dostluq münasibətimizin təzahürü olduğunu dedi.
Dövlətimizin başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırladı.
İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğuladı.
Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, Fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə, Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.
Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğuladı.
Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğuladı ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.
Qəbula görə nümayəndə heyətinin adından minnətdarlıq edən Bakıt Torobayev, ilk növbədə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.
Qonaq qeyd etdi ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb.
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğuladı.
Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiklərini dedi.
Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
7-12-2025, 13:24
Ukrayna ordusu bu ərazini azad etdi


Ukrayna ordusu bu ərazini azad etdi

Ukrayna Silahlı Qüvvələrinin 67-ci xüsusi mexanizasiya briqadası Dnepropetrovsk bölgəsindəki Tixoye kəndini azad edib.
Bu barədə briqadanın Facebook səhifəsində məlumat yayılıb.
Rus hərbi qüvvələri, 21 noyabrda Tixoye kəndini ələ keçirdiklərini açıqlamışdılar. Ancaq Ukrayna ordusu 6 dekabr 2025-ci il tarixində bu kəndin 67-ci briqadanın nəzarətində olduğunu bəyan edib.
Briqada nümayəndələri qeyd ediblər ki, kəndin azad edilməsi Ukraynanın hərbi əməliyyatlarında mühüm addımdır və bu, ölkənin cənub-şərqindəki strateji mövqelərin gücləndirilməsinə kömək edəcək.
7-12-2025, 13:06
"Baykar" "nüvə enerjisi" ilə məşğul olacaq


"Baykar" "nüvə enerjisi" ilə məşğul olacaq

Türkiyənin məşhur dron istehsalçısı "Baykar" nüvə energetikası sahəsinə daxil olmaq üçün kiçik modullu reaktor (KMR) üzərində iş aparmağa başlayıb.
"Baykar" 40 meqavat gücündə olan reaktoru hazırlayaraq bu texnologiyanın 100,000-dən çox ev təsərrüfatına enerji təmin etməsini hədəfləyir.
Türkiyənin enerji naziri bildirir ki, bu layihə, Türkiyənin atom enerjisi sektorunu tənzimləyəcək yeni qanunvericilik aktları hazırladığı bir dövrə təsadüf edir. Gələcəkdə ölkə 2035-ci ilə qədər 7,2 QVT gücündə nüvə enerjisi istehsal etməyi planlaşdırır. Bu məqsədlə böyük atom elektrik stansiyalarının tikintisi ilə yanaşı, Kiçik Modullu Reaktorlar (KMR) da inşa ediləcək və bunlar əsasən sənaye zonaları və iri müəssisələrə enerji təmin edəcək.
"Baykar"ın bu layihəsi, Türkiyənin 5 QVT gücündə KMR qurma planının əsas komponentlərindən biri olacaq. Dövlət rəsmilərinin hesablamalarına görə, bu layihə Türkiyənin elektrik enerjisi ehtiyaclarının təxminən 10%-ni qarşılayacaq.
Türkiyə parlamentinə təqdim ediləcək KMR-lərin tikintisini tənzimləyən yeni qanun layihəsi yaxın günlərdə müzakirəyə çıxarılacaq. Bu, ölkənin enerji təhlükəsizliyini artırmaq və nüvə enerjisindən daha səmərəli istifadə etmək məqsədini güdür.
7-12-2025, 12:50
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın SAXLANILDI


Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın SAXLANILDI

Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
7-12-2025, 12:28
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-8° isti olacaq.
7-12-2025, 12:16
Tramp Hollivud ulduzlarını təltif etdi


Tramp Hollivud ulduzlarını təltif etdi

ABŞ Prezidenti Donald Tramp bir sıra məşhura Kennedi Mərkəzinin medalını təqdim edib. Tramp mərasim zamanı çıxış edərək, Silvester Stallonenin "Rocky" filmi üçün niyə ən uyğun seçim olduğu haqqında danışıb.
Tramp bildirib ki, 1976-cı il Oskar mükafatlı filmin çəkilməsi üçün baş rolda Stalloneni yox, o dövrün məşhur ulduzlarından birini görmək istəyiblər.
Prezident əlavə edib ki, bir məşhur aktyor Roki Balboa roluna əsas namizədlərdən biri sayılırdı, lakin studiya rəhbəri qısa müddətdə qərarını dəyişib:
"Gördülər ki, o, bu rolu oynaya bilməz - sinə nahiyəsində çox yağ vardı. Halbuki o obraz qayaya bənzər qədər möhkəm olmalı idi."
Stallone filmin ssenarisini yazıb və onu böyük məbləğə satmaq təklifləri alıb, lakin aktyor israrla filmdə baş rolu özü oynamaq istəyib.
Tramp Kiss" rok qrupunun bəzi üzvlərini, britaniyalı aktyor Maykl Krouford, kantri müğənni Corc Strait və müğənni Qloriya Qaynoru da təltif edib.
7-12-2025, 12:03
Qırğızıstan nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət etdi


Qırğızıstan nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakı Torobayevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 7-də Fəxri xiyabanı ziyarət edib.
Nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Sonra görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
7-12-2025, 11:44
Çindən ittiham: Yaponiya hərbi təlimlərə müdaxilə edib


Çindən ittiham: Yaponiya hərbi təlimlərə müdaxilə edib

Yaponiyanın hərbi təyyarələri dəfələrlə Çinin Hərbi Dəniz
Qüvvələrinin təlim ərazisinə yaxınlaşaraq uçuş təhlükəsizliyinə ciddi təhlükə yaradıb.
Bu barədə Çin Hərbi Dəniz Qüvvələrinin "WeChat" sosial şəbəkəsindəki açıqlamasında bildirilib.
Məlumata görə, daha əvvəl "Lyaonin" aviadaşıyıcı qrupu əvvəlcədən elan edilmiş ərazidə Miyako boğazının şərqindəki akvatoriyada göyərtə qırıcılarının planlı təlimlərini keçirib.
"Bu müddət ərzində Yaponiya Özünümüdafiə Qüvvələrinin təyyarələri dəfələrlə Çin Hərbi Dəniz Qüvvələrinin təlim ərazisinə yaxınlaşaraq müdaxilə yaradıb, Çinin adi təlimlərinə ciddi təsir göstərib və uçuş təhlükəsizliyini ciddi şəkildə təhlükə altına alıb", - açıqlamada deyilir.
Qeyd olunur ki, Yaponiya tərəfinin təlimlər ətrafında qaldırdığı ajiotaj reallığa uyğun deyil.
"Çinin Hərbi Dəniz Qüvvələri öz təhlükəsizliyini, qanuni hüquqlarını və maraqlarını qətiyyətlə qorumaq üçün qanuna uyğun olaraq zəruri tədbirlər görəcək", - açıqlamada vurğulanır.
7-12-2025, 11:27
Polşa bu müzakirələrdən kənarlaşdırıldı


Polşa bu müzakirələrdən kənarlaşdırıldı

Polşa Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı müzakirələrin aparılacağı London sammitindən kənarda qalıb.
Bunu Polşanın "Polsat" nəşri yazır.
Dekabrın 8-də Londonda keçiriləcək görüşdə Fransa, Böyük Britaniya, Almaniya və Ukrayna liderləri iştirak edəcək, lakin Varşava dəvət olunmayıb.
Bu qərar keçmiş Polşa rəhbərləri arasında kəskin reaksiya doğurub. Onlar bu addımı Polşanın beynəlxalq çəkisinin azalması və Avropanın əsas danışıqlarında rolunun məhdudlaşdırılması kimi qiymətləndirirlər. Keçmiş liderlərin fikrincə, buna səbəb daxili fikir ayrılıqları və diplomatik passivlikdir.
Keçmiş baş nazir Leşek Miller bildirib ki, Polşa sistemli şəkildə Ukrayna ilə bağlı strateji qərarların qəbul edildiyi formatlardan kənarlaşdırılır. Onun sözlərinə görə, ölkə səbəbləri aydın anlamalıdır ki, təsir gücünü itirməsin.
Eks-prezident Bronislav Komorovski vurğulayıb ki, Avropa liderləri Polşanı "real çəkisinə görə" qiymətləndirirlər, daxili problemlər və zəif siyasi koordinasiya isə Varşavanın rolunu məhdudlaşdırır.
Keçmiş baş nazir Yan Kşiştof Beleçki qeyd edib ki, hökumətin Ukraynanı uzaqlaşdırmağa yönəlmiş müstəqil addımları Polşanın danışıqlardakı iştirakına mənfi təsir göstərir.
Digər keçmiş baş nazir Valdemar Pavlyak əlavə edib ki, daxili siyasi münaqişələr və diplomatik qeyri‑fəallıq ölkənin Avropanın strateji müzakirələrində, o cümlədən Rusiya ilə müharibə məsələlərində iştirakına mane olur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!