Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Tramp Zelenskini Moskvanı vurmağa çağırıb? - Ağ Evdən AÇIQLAMA .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Toy tortundan 60 nəfər zəhərləndi .....                       
20-09-2022, 18:36
Hacıqabul gölü bərpa ediləcək


Hacıqabul gölü bərpa ediləcək

Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil ediləcək. Bununla bağlı məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına daxil edilib. Bu gün komitənin iclası keçirilib və payız sessiyası üzrə iş planına bir sıra dinləmə və müzakirələrin təşkili daxil edilib. Bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili;
- Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi;
- Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi;
- İçməli və suvarma su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili;
- “Yaşıl enerji zonasının yaradılması və yaşıl enerji məkanı prinsiplərinə əsalnan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağı müzakirələr və s. məsələlər daxildir.
20-09-2022, 18:33
Putin Azərbaycan və Ermənistana çağırış etdi


Putin Azərbaycan və Ermənistana çağırış etdi

Rusiya üçün yaxın dövlətlər arasında hər hansı münaqişənin olması ciddi narahatlıq doğurur. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına dəstək vermək istəyir. "Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına əməl etməyə çağırırıq. Rusiyanın vasitəsi ilə ikitərəfli komissiya çərçivəsində birgə işlər görülür", - deyə Rusiya Prezidenti vurğulayıb.
20-09-2022, 18:31
Azərbaycan daha 95 erməni hərbçinin meyitini İrəvana verdi


Azərbaycan daha 95 erməni hərbçinin meyitini İrəvana verdi

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyasından verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Dövlət Komissiyası bildirib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək. Qeyd edək ki, Azərbaycan tərəfi ötən həftə 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil vermişdi.
20-09-2022, 18:29
Sabaha 35 dərəcə isti, yağış gözlənilir


Sabaha 35 dərəcə isti, yağış gözlənilir

Azərbaycanda sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.


20-09-2022, 18:27
Rusiya Xəzər regionunda sülh olmasında maraqlıdır - Lavrov


Rusiya Xəzər regionunda sülh olmasında maraqlıdır - Lavrov

Rusiya Xəzər regionunda sülhün və sabitliyin qorunmasında maraqlıdır, beş sahilyanı dövlət çərçivəsində mehriban qonşuluq əsasında əməkdaşlığın inkişafının tərəfdarıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Rusiya üçün həyati maraqlar Xəzər regionunda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması, onun mehriban qonşuluq, sahilyanı dövlətlərin etimadı və əməkdaşlığı əsasında davamlı inkişafı, Xəzər dənizinin iqtisadi, o cümlədən tranzit potensialının reallaşdırılmasıdır”, - deyə Lavrovun “International Affairs” jurnalının saytında Xəzər regionunda əməkdaşlığa dair məqaləsində bildirilib. "Bu məqsədlə Rusiya "Beşlik" çərçivəsində çoxşaxəli sistemli əməkdaşlığın hərtərəfli inkişafının, bu prosesin tədricən institusionallaşdırılmasının tərəfdarıdır. Biz regiondakı qonşularımızla bütün sahələrdə əlaqələri genişləndirmək üçün fəal işləyirik", - Lavrov vurğulayıb. Nazir əlavə edib ki, bütün Xəzər məsələləri regiondankənar qüvvələrin mənfi təsirindən qaçaraq, yalnız beş sahilyanı dövlət tərəfindən konsensus əsasında həll edilməlidir. Eyni zamanda o qeyd edib ki, Rusiyadan əlavə İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın daxil olduğu “Xəzər beşliyi” xarici aləmdən, ilk növbədə, iqtisadi sahədə hasar almaq fikrində deyil.
20-09-2022, 18:24
Milli Məclis beynəlxalq sazişi təsdiqləyəcək


Milli Məclis beynəlxalq sazişi təsdiqləyəcək

Milli Məclis Azərbaycanla İCESCO arasında sazişi təsdiqləyəcək. Bununla bağlı sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.
20-09-2022, 18:22
Yanan meşə əraziləri bərpa edilir


Yanan meşə əraziləri bərpa edilir

Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində yanaraq bioloji inkişafdan dayanmış, yıxılmış quru ağaclar və kollar təşkil olunmuş müvafiq briqadalar tərəfindən təmizlənərək ərazidən daşınır. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, yanmış ərazilər təmizləndikdən sonra hazır vəziyyətə gətirilmiş sahələrdə payız ağacəkmə mövsümündə yerli meşə təsərrüfatlarının tingliklərində yetişdirilmiş və tədarük edilmiş Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, uzunsaplaq palıd, şərq fıstığı tinglərindən və toxumlarından istifadə olunaraq meşəbərpa tədbirləri aparılacaq. Onun sözlərinə görə, təbiət özünübərpa xüsusiyyətinə malik olduğundan bəzi yanmış meşə ərazilərimizdə təbii bərpa prosesi müşahidə olunur. Artıq Şabran rayonu ərazisində yanğına məruz qalmış meşə ərazisində təbii bərpa prosesi başlayıb.
20-09-2022, 18:19
Azərbaycan onları viza tələbindən azad edir


Azərbaycan onları viza tələbindən azad edir

Azərbaycan və Kamboca qarşılıqlı olaraq diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir. Bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində qeyd olunub. Qanun layihəsi beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
20-09-2022, 18:17
Vilayət Eyvazovdan yeni təyinat


Vilayət Eyvazovdan yeni təyinat

Polis mayoru Elçin Teymurov Astara Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinə rəis təyin edilib. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Qeyd edək ki, E.Teymurov bu təyinatadək Zaqatala RPŞ-də İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.
20-09-2022, 18:15
Ərdoğan ABŞ-ı hədələdi: “F-16 ala bilməsək...”


Ərdoğan ABŞ-ı hədələdi: “F-16 ala bilməsək...”

"Türkiyə ABŞ-dan F-16 qırıcıları ala bilməsə, bununla bağlı özü işi həll edəcək". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Cənab Bayden mənə bu məsələni həll edəcəyini vəd edib. Bilirəm ki, Bayden buna müsbət baxır. Hətta respublikaçılarla görüşlərimiz oldu və onlar da buna müsbət baxacaqlarını dedilər. İndi əgər biz F-16 məsələsində ABŞ-dan istədiyimiz nəticəni almasaq, bununla özümüz məşğul olacağıq”, - deyə Ərdoğan ABŞ-a mesaj ünvanlayıb. Qeyd edək ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarılması ilə bağlı rəsmi bildiriş göndərmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!