13-07-2023, 11:29
Ermənistan-Türkiyə sərhədində yeni gömrük binaları tikilirErmənistan-Türkiyə sərhədində yeni gömrük binalarının tikintisinə başlanılıb. Tikinti Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Belə ki, qərara əsasən, artıq birinci mərhələdə podratçıya 350 min ABŞ dolları məbləğində vəsait ayrılıb.
İkinci mərhələdə, demək olar ki, 280 min ABŞ dolları məbləğində vəsait ayrılacaq və ən azı 3 modul pavilyonun tikintisinə başlanacaq.
13-07-2023, 11:14
İlham Əliyev İsrailin müdafiə nazirini qəbul etdiİyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib. Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş edib. Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlandı. İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub. Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.
13-07-2023, 10:54
Üçtərəfli görüşün baş tutacağı tarix müəyyənləşdiAzərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Paşinyan üçtərəfli görüşdə iştirakını təsdiqlədiyini deyib.
"Ümid edirəm ki, danışıqlarda irəliləyiş əldə oluna bilər", - Ermənistan Baş naziri vurğulayıb.
13-07-2023, 10:02
Prezident Blinkenlə telefon danışığı apardıABŞ-ın Dövlət katibi Antoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb. Bu barədə qurumun sözçüsü Metyu Miller məlumat verib. Söhbət zamanı Blinken ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına davamlı dəstəyini ifadə edib. O, danışıqlarda çeviklik və kompromislərə ehtiyac olduğunu bildirib. Dövlət katibi hər iki tərəfin davamlı və ləyaqətli sülhə dair müzakirələrdə müsbət tempi saxlamağın vacibliyini vurğulayıb.
12-07-2023, 20:18
Aksiya iştirakçısı Quranın əvəzinə NATO nizamnaməsini yandırdıİsveçin Helsinqborq şəhərində aksiya keçirilib. Aksiyada NATO nizamnaməsi yandırılıb. Çox sayda polis əməkdaşı aksiyanı kənardan izləyib.
Aksiyanın təşkilatçısı 29 yaşlı Lukas Junqkvist adlı şəxs olub. O, əvvəlcə Quranı yandırmaq istəyib, ancaq sonradan üzr istəyib və əvəzində NATO nizamnaməsini yandıracağını bildirib.
12-07-2023, 20:00
Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm - ƏrdoğanRusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib. Ərdoğan bildirib ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək. O, Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.
“Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir” – deyə Ərdoğan qeyd edib.
12-07-2023, 19:32
G7 Ukraynanı havada, yerdə və dənizdə müasir silahlarla təchiz edəcəkBöyük yeddilik ölkələri (G7) Ukrayna ilə ikitərəfli təhlükəsizlik öhdəlikləri və sazişlər üzrə danışıqlara başlayır. Bu barədə G7 ölkələrinin NATO-nun Vilnüs sammiti çərçivəsində qəbul etdiyi Ukrayna üçün uzunvədəli təhlükəsizlik təminatının ümumi prinsipləri barədə bəyannamədə deyilir. Sənədə əsasən, G7 Ukraynanı havada, yerdə və dənizdə müasir silahlarla təchiz edəcək. Ukraynaya silah tədarükündə prioritet hava hücumundan müdafiə sistemlərinə, artilleriyaya, uzaqvuran silahlara və hərbi aviasiyaya veriləcək, habelə, ukraynalı hərbçilərin təlimi həyata keçiriləcək. Böyük yeddilik, həmçinin Rusiya ilə yeni müharibə halında təhlükəsizlik üzrə genişləndirilmiş sazişlər paketi üzərində işləyəcək. Bundan başqa, Kiyevə təzminat ödənilməsi üçün mexanizmin yaradılmasını zəruri hesab edən G7 ölkələri Rusiyaya məxsus aktivlərin Ukraynaya dəyən zərər ödənilənə qədər dondurulduğunu təsdiqləyib. G7 digər ölkələri də istənilən vaxt Ukraynanın uzunvədəli təhlükəsizlik zəmanəti bəyannaməsinə qoşulmağa dəvət edib.
12-07-2023, 19:17
Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulduAzərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Belə ki, iyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
12-07-2023, 19:05
Taxıl sazişinin uzadılması istiqamətində danışıqlar davam edir - ƏrdoğanUkraynadan taxılın daşınması üçün nəzərdə tutulan sazişin müddətinin yenidən uzadılması üçün danışıqlar davam edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitinin yekunlarını dəyərləndirərkən deyib.
Ərdoğan bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski sazişin uzadılmasına tərəfdardır. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin də sazişlə bağlı təklifləri var. Ərdoğan bu kimi məsələlərin üzərində çalışacaqlarını vurğulayıb.
12-07-2023, 17:43
Hər zaman Ermənistanın yanındayıq və səylərimizi əsirgəməyəcəyik - Fransa spikeriErmənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransa Respublikası Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, həmkarlar Ermənistan-Fransa parlamentlərarası əməkdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə ediblər. "Biz həmişə Ermənistanın yanındayıq. Bundan sonra da səylərimizi əsirgəməyəcəyik", - Fransa Milli Assambleyasının sədri deyib.
"Ermənistan Fransa prezidenti Emmanuel Makronun ardıcıl vasitəçilik səylərini, həmçinin parlamentarilərin dəstəyini və Ermənistanla daimi təmaslarını yüksək qiymətləndirir", - Alen Simonyan qeyd edib. Aİ-nin Ermənistandakı müşahidə missiyasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.