20-09-2022, 17:46
ABŞ İran təyyarələrinə sanksiya qoyduABŞ-ın Ticarət Nazirliyi ixrac rejiminin pozulmasına görə İranın 3 təyyarəsinə qarşı sanksiya tətbiq edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, Mahan Air, İran Air və Qeshm Air şirkətlərinə məxsus 3 təyyarə Rusiyaya yük, o cümlədən elektronika məhsulları daşıyıb. Bu səbəbdən onlara sanksiya tətbiq edilib.
20-09-2022, 17:44
Rusiya və Ukrayna əsirlərin dəyişdirilməsi barədə razılığa gəlibRusiya və Ukrayna arasında 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "PBS" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna Prezidentlərini bir araya gətirməkdə israrlıdır: "Bu liderləri bir araya gətirmək üçün israrlı arzumuz var. Hələ ki, bacarmamışıq, amma ümidimi itirmirəm". Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfi ilə danışıqlar aparır, nəticə əldə etməyə çalışır: "Biz həm Putinlə, həm də Zelenski ilə danışıqlar aparırıq. Biz onlardan birinin tərəfini tutmaqla deyil, hər iki liderlə əlaqə saxlamaqla nəticə əldə etməyə çalışmalıyıq".
20-09-2022, 17:42
Tacikistan və Qırğızıstan sülh protokolu imzaladıTacikistan və Qırğızıstan arasında sülh protokolu imzalanıb.
Butov.az xəbər verir ki, iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri Tacikistanda “Guliston” sərhəd-keçid məntəqəsi ərazisində görüşüblər. Tərəflər atəşkəs rejiminə riayət olunmasının vacibliyini vurğulayıblar. Komitə rəhbərləri sərhədyanı rayonların sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilməsi haqda yekdil fikrə gəliblər. İclas üç bənddən ibarət protokolun imzalanması ilə başa çatıb. Beləliklə, qoşunların sərhəddən daimi dislokasiya yerlərinə çıxarılması nəzərdə tutulur.
20-09-2022, 17:39
Gürcüstan və Polşa birgə PUA istehsal edəcək Gürcüstan Polşa şirkəti ilə birgə pilotsuz uçuş aparatları (PUA) istehsalına başlayacaq. Bu barədə Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze məlumat verib. "Polşa şirkəti ilə bütün rəsmi proseslər başa çatıb", - deyə nazir bildirib. Lakin o, əməkdaşlıq ediləcək şirkətin adını və PUA-nın modelini açıqlamayıb.
19-09-2022, 20:29
Almaniya Ukraynaya yeni hərbi texnikalar veribAlmaniya vəd edilmiş hərbi texnikanı Ukraynaya təhvil verib. Ukraynanın silahlı qüvvələri iki ədəd “Mars II” raket sistemi və 50 ədəd “Dingo” zirehli personal daşıyıcısını qəbul edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna hərbçiləri üçün təlim layihələri də istifadəyə veriləcək.“Dingo” zirehli personal daşıyıcısı patrul xidmətləri üçün istifadə olunan xüsusi silahlı maşındır. Almaniyada müxtəlif dəyişikliklərdə 500-dən çox belə avtomobil var.“Mars II” qurğuları HIMARS-in alman analoqu olan MLRS-in tırtıl bazasına quraşdırılıb. Raketin çəkisi 107 kiloqram, uçuş məsafəsi 40 kilometrdir. Sursat 140 millimetrə qədər qalınlığı olan zirehi dəlib keçə bilir.
19-09-2022, 20:27
Azərbaycan MDB-də çox Rusiyaya məhsul göndərirCari ilin yanvar-avqust aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 543,6 milyon ABŞ dolları, Ukraynaya 333 milyon dollar, Belarusa isə 81,3 milyon dollar olub.
19-09-2022, 20:26
Avropa Məhkəməsinə ilk dəfə qadın rəhbərlik edəcək
Avropa İnsan Haqları Məhkəməsinin yeni prezidenti seçilib. Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, məhkəməyə İrlandiyadan olan Siofra Oliri rəhbərlik edəcək. Xanım prezident vəzifəsinə noyabr ayının 1-dən etibarən başlayacaq. Avropa İnsan Haqları Məhkəməsinin ilk qadın rəhbəri olan xanım Oliri bu vəzifədə İslandiyadan olan Robert Spanonu əvəz edəcək. Oliri bundan əvvəl məhkəmənin vitse-prezidenti vəzifəsində olub.
19-09-2022, 20:24
Rusiya və Çin birgə hərbi təlimlər barədə razılığa gəldilər
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Yanq Tzeçi arasında görüş keçirilib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər ABŞ-ın Asiya-Sakit okean regionunda hərəkətləri nəticəsində gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib, hərbi-texniki əməkdaşlıq və hərbi qüvvələrin gücləndirilməsinə dair razılığa gəliblər. Görüş zamanı Əfqanıstan məsələsi, Asiya-Sakit okean regionunun hərbi-siyasi vəziyyəti, o cümlədən Koreya yarımadası və Tayvan ətrafındakı vəziyyət müzakirə edilib."Həmsöhbətlər ABŞ və onun müttəfiqləri tərəfindən regionda gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər”, - açıqlamada deyilir. Bundan əlavə, Patruşev və Yanq Tzeçi Ukrayna mövzusunu da müzakirə ediblər.
19-09-2022, 20:22
Avropaya qaz tədarükünün artırılması müzakirə olunduAzərbaycanın energetika naziri Pərviz Şahbazov Belçika Krallığının energetika naziri Tinne Van der Straten ilə enerji əməkdaşlığına dair müzakirələr aparıb. Bu barədə nazir “Twitter“ hesabında yazıb. O qeyd edib ki, görüşdə Yeni Enerji Tərəfdaşlığı sənədi çərçivəsində Avropaya təbii qaz tədarükünün artırılması və Xəzərin külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların vacibliyi vurğulanıb.
19-09-2022, 20:20
İranda hicaba görə saxlanılan qızın ölümü etirazlara səbəb olduİranda hicabı düzgün taxmadığına görə saxlanılan 22 yaşlı qızın polis bölməsində vəfat etməsi etirazlara səbəb olub.
Butov.az xəbər verir ki, polis etirazları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 22 yaşlı Mahsa Amini keçən həftə Tehranda əxlaq polisi tərəfindən saxlanılıb. Gənc qız bölməyə aparıldıqdan sonra komaya düşüb və orada dünyasını dəyişib. Polis qızın ürək problemindən keçindiyini bildirsə də, yaxınları onun tamamilə sağlam olduğunu qeyd edib. İran polisi gənc qadının ölümünü "bədbəxt hadisə" adlandırıb. Mahsa Amininin atası "Emtedad" xəbər saytına açıqlamasında övladının ayaqlarında xəsarətlər olduğunu və onun ölümünə görə polisin məsuliyyət daşıdığını bildirib. Tehran polisinin komandiri Hüseyn Rəhimi deyib ki, İran polisinə qarşı "qorxaqcasına ittihamlar" səsləndirilib. O, Amininin fiziki zərər görmədiyi və polisin onun sağ qalması üçün hər şeyi etdiyini söyləyib. Məlum hadisə ölkə miqyasında etirazlara səbəb olub, farsca "#MahsaAmini" həştəqi ilə "Twitter"də 2 milyona yaxın paylaşım edilib. İranın Kürdüstan vilayətində gərgin nümayişlər keçirilib.