"Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu .....                        Qohumunu 40 manat borca görə bıçaqlayan şəxs azadlığa buraxıldı .....                        Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Tramp Zelenskini Moskvanı vurmağa çağırıb? - Ağ Evdən AÇIQLAMA .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                       
18-09-2022, 20:14
Bayden fövqəladə vəziyyət elan etdi


Bayden fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Co Bayden bazar günü tropik “Fiona” qasırğası ilə əlaqədar Puerto Rikoda fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb və ABŞ-la assosiasiya olunmuş bu dövlətə yardım göstərilməsini əmr edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, “Fiona” tropik qasırğası sentyabrın 15-də ABŞ Milli Qasırğaya Nəzarət Mərkəzi tərəfindən Atlantik Okeanında qeydə alınıb. Hazırda daxildə küləyin sürəti təxminən 30 m/s təşkil edir.
18-09-2022, 20:13
Ermənilər Fransadakı səfirliyimizə basqın etdilər


Ermənilər Fransadakı səfirliyimizə basqın etdilər

Fransada yaşayan ermənilər Azərbaycanın Parisdəki səfirliyinə hücum ediblər. Butov.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Lakin Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. “Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun” - Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev twitter səhifəsində yazıb.
18-09-2022, 20:03
16 yaşlı qız evdə ölü tapıldı


16 yaşlı qız evdə ölü tapıldı

16 yaşlı qız evində ölü tapılıb. Butov.az xəbər verir ki, hadisə Cəlilabad rayonun Sabirabad kəndində baş verib. Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Fətullayevanı, yaxınları halsız vəziyyətdə aşkar ediblər. Onu dərhal rayon xəstəxanasına çatdırıblar. Xəstəxanada onun artıq öldüyü məlum olub. Hazırda hüquq - mühafizə orqanları 16 yaşlı qızın nədən vəfat etdiyi araşdırır.
18-09-2022, 19:34
Rusiya və Çin dünyanı idarə etmək iddiasında deyil - Peskov


Rusiya və Çin dünyanı idarə etmək iddiasında deyil - Peskov

“Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyillər, başqa ölkələrdə belə bir tendensiya var”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “İkitərəfli münasibətlərini həyata keçirən Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyillər" - Peskov ona ünvanlanan suala cavabında deyib. Peskov, həmçinin qeyd edib ki, digər ölkələrdə “bütün dünyanı idarə etmək” meyli var.
18-09-2022, 19:33
Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı artdı


Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı artdı

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı 46 nəfərə çatıb. Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, silahlı toqquşmalar zamanı 140 nəfər yaralanıb.
18-09-2022, 19:31
Türk ordusu şəhid verdi


Türk ordusu şəhid verdi

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda sərhəd zastavasına terrorçular tərəfindən edilən hücum nəticəsində bir əsgər şəhid olub, daha bir əsgər yaralanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə tərəfi cavab tədbirlərinə başlayıb. Bölgədə aşkar edilən hədəflər dərhal atəşə tutulub. İlkin hesablamalara görə 12 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar davam edir.
18-09-2022, 19:29
Son sutkada yoluxanların sayı açıqlandı


Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 180 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb. Azərbaycanda indiyədək ümumilikdə 819 518 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 807 967 nəfər müalicə olunaraq sağalıb, 9886 nəfər vəfat edib, aktiv xəstə sayı 1665 nəfərdir. Son sutka ərzində 2718, hazırkı dövrədək isə 7 215 763 test aparılıb.

18-09-2022, 19:05
Qırğızıstanda matəm elan edildi


Qırğızıstanda matəm elan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olan şəxslərin xatirəsini anmaq üçün ümummilli matəm günü elan edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulub. Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri və proqramları ləğv etməyi də tövsiyə edib. Son məlumatlara görə, Qırğızıstan tərəfində 37 ölü, 129 yaralı var. Qırğızıstan hakimiyyəti 140 minə yaxın vətəndaşı təxliyə edib. Batken bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub.


18-09-2022, 19:04
Yaponiya yenə silkələndi


Yaponiya yenə silkələndi

Şərqi Çin dənizində Yaponiyanın cənubundakı Okinava prefekturası yaxınlığında 6,1 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb. Qurumdan sunami təhlükəsinin olmadığı bildirilib. Yeraltı təkanların episentri Okinava adasının şimalında təxminən 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Xatırladaq ki, bir müddət öncə Okinavaya nisbi yaxınlıqda yerləşən Tayvan adasında da güclü zəlzələ baş verib. Müxtəlif hesablamalara görə, zəlzələnin maqnitudası 6,8 ilə 7,2 arasında dəyişib.
18-09-2022, 19:02
Tacikistan itkilərini açıqladı: onlarla ölü


Tacikistan itkilərini açıqladı: onlarla ölü

Qırğızıstan hərbçilərinin ağır hərbi texnikadan istifadə etməklə Tacikistan ərazisini atəşə tutması nəticəsində azı 38 Tacikistan vətəndaşı, o cümlədən iki hərbçi həlak olub, 20-dən çox şəxs yaralanıb. Bu barədə bazar günü Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Şohin Səmədi məlumat yayıb. Səmədi bildirib ki, Qırğızıstan heç bir səbəb olmadan Tacikistana qarşı silahlı təcavüz aktı törədib və 2022-ci il sentyabrın 14-dən Tacikistan ərazisini atəşə tutmağa başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!