Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                       
14-01-2026, 15:00
Müdafiə Nazirliyi ilə Ombudsman birgə sənəd imzaladı


Müdafiə Nazirliyi ilə Ombudsman birgə sənəd imzaladı

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı arasında "Ombudsman institutunun fəaliyyəti və hərbi qulluqçuların hüquqlarının qorunması istiqamətində görülən işlər" mövzusunda, həmçinin insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması məqsədilə 2026-cı il üzrə birgə tədbirlər planı imzalanıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, cari il ərzində həyata keçirilməsi planlaşdırılan tədbirlərin keçiriləcəyi tarixlər, məkanlar və məsul şəxslər müəyyən edilib.
Plan çərçivəsində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil olunacaq.
Tədbirlər zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi və insan hüquqlarının təmin olunması vəziyyəti ilə bağlı görüşlər keçiriləcək, müxtəlif mövzularda məruzələr təqdim ediləcək və şəxsi heyəti maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılacaq.
14-01-2026, 14:55
Azərbaycanda bəzi ərzaq məhsullar bahalaşdı - RƏSMİ


Azərbaycanda bəzi ərzaq məhsullar bahalaşdı - RƏSMİ

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.
2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz olub.
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
14-01-2026, 00:50
Tehran küçələrində böyük izdiham


Tehran küçələrində böyük izdiham

İranın paytaxtı Tehranda minlərlə insan küçələrə axışıb.
Şəhərin müxtəlif yerlərində toplaşan böyük insan kütlələrinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlarda gecə saatlarında davam edən kütləvi yürüşlər və şüarlar əks olunur.
Bu fonda ABŞ Prezidenti Donald Tramp İranda etiraz edənlərə müraciət edib. O, iranlı etirazçılara aksiyaları davam etdirməyi və zorakılıqda iştirak edən şəxslərin adlarını yadda saxlamağı tövsiyə edib. Tramp bildirib ki, etirazçılar imkan daxilində dövlət institutları üzərində nəzarəti ələ almalı və onlara qarşı zorakılıq törədənlərin kimliyini sənədləşdirməlidirlər.
ABŞ prezidenti qeyd edib ki, İranda həlak olanların sayı ilə bağlı bir-birindən fərqli rəqəmlər eşidib. Onun sözlərinə görə, rəqəmlər nə olursa-olsun, hətta bir nəfərin ölümü belə qəbuledilməzdir. Tramp əlavə edib ki, yayılan məlumatlar doğrudursa, iranlılara qarşı son dərəcə amansız rəftar edilir.
Çıxışında “İranı yenidən böyük edək” ifadəsini işlədən Tramp bildirib ki, İran bir vaxtlar güclü ölkə olub və hazırkı vəziyyətin yaranmasına “rejimi ələ keçirən qüvvələr” səbəb olub. Onun sözlərinə görə, baş verənlər olduqca həssas mərhələdədir və bu proseslər təkcə İran üçün deyil, daha geniş miqyasda təhlükə yarada bilər.
14-01-2026, 00:37
Rza Pəhləvi ilə gizli görüş


Rza Pəhləvi ilə gizli görüş

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftəsonu İranın şah sülaləsinin nümayəndəsi şahzadə Rza Pəhləvi ilə görüşüb.
Bu barədə "Axios" portalı yüksəkvəzifəli ABŞ-li məmura istinadən xəbər verir.
Qeyd olunur ki, onların danışıqlarının mövzusu İslam Respublikasında hökumət əleyhinə etirazların eskalasiyası olub.
Söhbətin məzmunu məxfi olaraq qalır, lakin bu səviyyədəki görüş faktı Vaşinqtonun İrandakı vəziyyətə təsir göstərmək üçün alternativ yollar, o cümlədən köhnə elita nümayəndələrinin hakimiyyətə qayıtması ehtimalını axtardığını göstərə bilər.
Xatırladaq ki, Rza Pəhləvi 1979-cu ildə İslam inqilabı zamanı devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğludur.
14-01-2026, 00:33
Trampdan İranla bağlı mesaj: Hazır olun!


Trampdan İranla bağlı mesaj: Hazır olun!

Səudiyyə Ərəbistanı, Oman və Qətər ABŞ-ı İrana zərbə endirməməyə inandırmağa çalışırlar.
Bu barədə"The Wall Street Journal" qəzeti yazıb.
Məlumata görə, Vaşinqton yuxarıda adı çəkilən ölkələri belə bir ssenariyə hazır olmaları barədə xəbərdar edib.
Nəşrin məlumatına görə, qeyri-rəsmi söhbətlərdə bu ölkələrin nümayəndələri Ağ Evi İran hökumətini devirmək cəhdlərinin neft bazarlarında qarışıqlığa səbəb olacağı və bunun ABŞ iqtisadiyyatına zərər verəcəyi barədə xəbərdar edirlər.
14-01-2026, 00:08
İran rejiminin son günləridir - Almaniyadan reaksiya


İran rejiminin son günləridir - Almaniyadan reaksiya

Almaniya kansleri Fridrix Merts İranda baş verən hadisələr fonunda ölkə rəhbərliyinin legitimliyini şübhə altına alıb.
Bu barədə "Reuters" məlumat yayıb.
“Hesab edirəm ki, hazırda bu rejimin son günlərini və həftələrini müşahidə edirik”, - kansler deyib. Onun sözlərinə görə, İran rəhbərliyinin mövcud vəziyyəti idarə etmək qabiliyyəti ciddi suallar doğurur.
Fridrix Merts X sosial şəbəkəsində paylaşımında da İrandakı zorakılıqlara toxunaraq qeyd edib ki, rejimin öz xalqına qarşı tətbiq etdiyi zorakılıq güc əlaməti deyil, əksinə zəifliyin göstəricisidir.
14-01-2026, 00:05
“Qalatasaray” səfərdə qələbə qazandı


“Qalatasaray” səfərdə qələbə qazandı

Türkiyə Kubokunda II turun oyunları davam edir.
“Qalatasaray” səfərdə III Liqa təmsilçisi “Fethiyespor”la qarşılaşıb.
Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Görüş "sarı-qırmızılılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda A qrupunda 6 xalla “Qalatasaray” liderdir. 4 xala malik “Alanyaspor” ikinci, 3 xalı olan “Başakşəhər” isə üçüncü pillədə qərarlaşıb.
13-01-2026, 23:21
Mirzoyan Rubio ilə görüşdü


Mirzoyan Rubio ilə görüşdü

ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda aparılan danışıqların təfərrüatını təqdim edib.
Məlumata görə, tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişafında və əldə olunmuş razılaşmaların həyata keçirilməsində aktiv impuls elan edib, birgə təşəbbüslər və perspektivləri müəyyən ediblər.
Mirzoyan və Rubio "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsi ilə bağlı birgə bəyanatı təsdiqləyiblər. Sənəd bir qədər sonra dərc olunacaq.
13-01-2026, 22:32
"20 Yanvar"da maşın alışdı


"20 Yanvar"da maşın alışdı

Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə səbəbindən "20 Yanvar" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
13-01-2026, 22:26
ABŞ İranı vuracaq - Hədəflər məlum oldu


ABŞ İranı vuracaq - Hədəflər məlum oldu

ABŞ Prezidenti Donald Tramp yanvarın 13-də İranın ali rəhbərliyinin addımlarına necə cavab verilməsi məsələsini müzakirə etmək üçün ən yaxın müşavirləri ilə iclas keçirib.
"The New York Times"ın mənbələrinə görə, iclasda Pentaqon Trampa mümkün cavab variantlarının olduqca geniş spektrini təqdim edib.
Təkliflər arasında 2025-ci ilin 13–25 iyun tarixlərində baş vermiş və 12 gün davam etmiş müharibə zamanı ABŞ zərbələrinə məruz qalmayan İranın nüvə obyektlərinin bombalanması, həmçinin ballistik raketlərin istehsal mərkəzlərinin məhv edilməsi də yer alıb.
Bununla yanaşı, “daha yumşaq” ssenarilər - kiberhücumlar və küçələrdə güc tətbiqinə cavabdeh olan İran təhlükəsizlik aparatının mövqelərinə dəqiq zərbələr də müzakirə olunub. Mənbələr hərbi əməliyyatların ən tez halda bir neçə gündən sonra başlaya biləcəyini bildiriblər.
Məlumata görə, ABŞ administrasiyası daxilində bu məsələyə yanaşmalar fərqlidir. Belə ki, bəzi rəsmilər hərbi müdaxilənin İranda davam edən etirazlara zərər verə biləcəyini düşünür.
Digər qrup isə əməliyyatın gecikdirilməməsinin vacib olduğunu hesab edir və Tehranın Vaşinqtonla danışıqlara hazır olduğunu bildirməsini sadəcə hərbi qarşıdurmanı təxirə salmaq cəhdi kimi qiymətləndirir.
Qeyd edək ki, Tramp bu gün sosial media hesabında İran xalqını qurumları ələ keçirməyə çağırıb. O, köməyin yolda olduğunu bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!