Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                       
13-01-2026, 16:22
“Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq - FOTO


“Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azerbaijan International Mining Company Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Rza Vəziri dövlətimizin başçısına kompleks barədə məlumat verdilər.
Bildirildi ki, kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb.
“Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul - mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.
1993-cü ildən Ermənistanın işğalı altında olan “Dəmirli” mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarılabilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilib.
Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək.
Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.
Mədəndə hasilat Azərbaycan ərazisində bir sıra filiz yataqlarının kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə əməliyyat şirkəti “Azerbaijan International Mining Company Limited” tərəfindən aparılır.
Prezident İlham Əliyev tərəfindən 2024-cü ildə təsdiq edilmiş Qanuna əsasən hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə həvalə edilib.
Layihə çərçivəsində ətraf mühitin mühafizəsi üzrə kompleks tədbirlər həyata keçirilib. İlkin vəziyyətin qiymətləndirilməsi və ekoloji monitorinqlər aparılıb, nəticələr əsasında Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb. Layihə müddətində toz və səs emissiyalarının azaldılması, torpaq və su resurslarının qorunması məqsədilə müvafiq monitorinq, laborator analizlər, yaşıllaşdırma işləri və suyun təkrar dövriyyə sistemləri tətbiq olunur. Həmçinin fəaliyyət dayandırıldıqdan sonra ərazilərin texniki və bioloji rekultivasiyası təmin ediləcək.
Bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, özəl investisiyaların cəlbi regionda sənaye və dağ-mədən sahəsinin müasirləşdirilməsinə və şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın dəstəklənməsi istiqamətində Azərbaycan dövləti tərəfindən çox vacib qərarlar qəbul olunub. Həmin ərazilərimizdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır.
Prezident İlham Əliyev süxurların partladılması üçün rəmzi düyməni basdı.





13-01-2026, 16:17
Zaqatalada qəza - Ölən və yaralananlar var


Zaqatalada qəza - Ölən və yaralananlar var

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
Qəza rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
13-01-2026, 16:15
Sabunçuda 22 kiloqram narkotik aşkarlandı


Sabunçuda 22 kiloqram narkotik aşkarlandı

Bakının Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik aşkarlanıb.
Bu barədə lDaxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbir zamanı 27 yaşlı İlkin Hüseynov saxlanılıb. Ondan 22 kiloqram 180 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
İ.Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
13-01-2026, 16:09
Ukraynanın müdafiə naziri istefaya göndərildi


Ukraynanın müdafiə naziri istefaya göndərildi

Denis Şmıhal təxminən altı ay müdafiə naziri vəzifəsində çalışıb.
Ukrayna Ali Radası müdafiə naziri Denis Şmıxalın müdafiə naziri vəzifədən azad edilməsini dəstəkləyib.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Denis Şmıxalın energetika naziri vəzifəsinə təyin olunacağı gözlənilir.
Qərarın lehinə 265 deputat səs verib. Avropa Həmrəyliyi partiyasından və Səs partiyasının bir hissəsi bitərəf qalıb.
Müdafiə naziri Denis Şmıxhalın və Baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorovun istefa ərizələri 9 yanvarda parlamentə təqdim edilib.
Şmıxal 2025-ci ilin iyul ayında müdafiə naziri təyin edilmişdi.
Prezident Volodimir Zelenski parlamentin Şmıxalın Baş nazirin müavini və energetika naziri vəzifələrinə namizədliyini təsdiqləyəcəyini gözləyir.
13-01-2026, 15:28
Dövlət başçısı Heyvalı kəndində - FOTO


Dövlət başçısı Heyvalı kəndində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.
Dövlətimizin başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verildi.
Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Qeyd edək ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.
Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb.
Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.








13-01-2026, 15:15
İrana görə ən çox zərər görəcək 5 ölkə


İrana görə ən çox zərər görəcək 5 ölkə

ABŞ lideri Donald Tramp İranla ticarət aparan istənilən ölkəyə əlavə 25%-lik vergi tətbiq edəcəyini açıqlamışdı.
Bu əlavə vergilərdən zərər çəkə biləcək 5 ölkə müəyyənləşib.
İlk sırada İranın əsas xarici ticarət tərəfdaşı olan Çin qərarlaşıb. 2024-cü ildə tərəflərin ticarət dövriyyəsi 17,8 milyard dollar təşkil edib. Növbədə sıralarda isə Birləşmiş Ərəb Əmirlikləri (16,1 milyard dollar), Türkiyə (8,8 milyard dollar), Hindistan (2,1 milyard dollar) və Oman (1,8 milyard dollar) yer alıb.
13-01-2026, 14:50
İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Məbləğ açıqlandı


İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Məbləğ açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində səsləndirdiyi fikirlərə görə açdığı mənəvi təzminat davası üzrə məhkəmə qərarı açıqlanıb.
İstanbul 23-cü Asliye Hüquq Məhkəməsində keçirilən iclasda tərəflərin vəkilləri iştirak edib.
Məhkmədə çıxış edən iddiaçı tərəfin vəkili Ferah Yıldız bildirib ki, Əkrəm İmamoğlu ifadələri ilə Prezident Ərdoğanı və dövlət qurumlarını açıq şəkildə hədəf alıb. Vəkil qarşı tərəfin iddialarını təsdiqləyən heç bir sübut təqdim etmədiyini də vurğulayıb.
Cavabdeh tərəfin vəkili isə prosesin təxirə salınmasını xahiş edib. Son söz hüququ verilən iddiaçı vəkil Ferah Yıldız, məhkəmədən iddialarının təmin olunmasını istəyib.
Qərarını elan edən hakim davanın qismən təmin edildiyini, 150 min lirə məbləğində mənəvi təzminatın hadisə tarixindən etibarən hesablanacaq qanuni faizlə birlikdə Əkrəm İmamoğludan alınaraq Prezident Rəcəb Tayyib Ərdoğana ödənilməsinə hökm edib.
Xatırladaq ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əsasən, Əkrəm İmamoğlu 20 mart 2025-ci ildə sosial şəbəkə hesabından Prezident Rəcəb Tayyib Ərdoğanının şəxsi və peşə fəaliyyətinə yönəlmiş həqiqətə uyğun olmayan ifadələr işlətmişdi.
13-01-2026, 14:34
Fransa hədəfinə çata bilmədi


Fransa hədəfinə çata bilmədi

Fransa 2025-ci il üçün istixana qazlarının azaldılması hədəfinə çata bilməyib.
2025-ci ildə emissiyalar tələb olunan 4,6% əvəzinə cəmi 1,6% azalıb.
Əsas azalma sənayedə baş verib, nəqliyyat və tikintidə isə emissiyalarda az və ya heç azalma müşahidə edilməyib.
Hədəfə çatmaq üçün ölkə nüvə enerjisinə və bərpa olunan mənbələrə keçid sürətləndirilir.
13-01-2026, 14:27
İran Rusiyaya ballistik raketlər və dronlar satıb


İran Rusiyaya ballistik raketlər və dronlar satıb

İran Ukrayna müharibəsində Prezident Vladimir Putinə kömək etmək üçün Rusiyaya təxminən 3 milyard dollar dəyərində raket satıb.
Qərb təhlükəsizlik rəsmisinin sözlərinə görə, satın alınmış məhsullar arasında yüzlərlə "Fəth-360" qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli ballistik raketlər və təxminən 200 zenit raketi var.
Tehran həmçinin, Şahed-136 kamikaze dronları və Rusiyanın onları Geran-2 adı altında daxili istehsal etməsinə imkan verən texnologiyanı paylaşıb.
2021-ci ilin sonundan bəri Rusiyanın İran hərbi texnikasına 4 milyard dollardan çox pul xərclədiyi təxmin edilir.
Moskva ilə Tehran arasında müqavilələr müharibə başlamazdan əvvəl, 2021-ci ilin oktyabr ayında imzalanıb. İran 2025-ci ilin yanvar ayında Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb, lakin qarşılıqlı müdafiə müqaviləsi yoxdur və Moskva ötən il İsrail və ABŞ-ın İrana hücumları zamanı Tehrana heç bir praktik yardım təklif etməyib.
13-01-2026, 14:22
İlham Əliyev Ağdərədə vətəndaşın evində oldu - FOTO


İlham Əliyev Ağdərədə vətəndaşın evində oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.
Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.
Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.
Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkdi və yaşayış şəraiti ilə maraqlandı.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!