Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                       
13-01-2026, 17:00
Azərbaycan və İtaliya siyasi məsləhətləşmələr aparıb


Azərbaycan və İtaliya siyasi məsləhətləşmələr aparıb

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.
Xüsusilə, enerji və təhsil sahələrində birgə layihələrin, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Bu gün Bakıda keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının uğurla tamamlandığı, əldə olunmuş razılıqların iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Tərəflər həmçinin, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın cari vəziyyəti, o cümlədən enerji və nəqliyyat layihələrində, alternativ enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.
Eyni gündə, Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, İtaliya tərəfdən isə nazir müavini Edmondo Çirielli rəhbərlik edib.
13-01-2026, 16:57
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı


Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub.
Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
13-01-2026, 16:53
Ağdərənin Aşağı Oratağ kəndində görülən işlər - FOTO


]Ağdərənin Aşağı Oratağ kəndində görülən işlər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.
Dövlətimizin başçısına kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verildi.
Bildirildi ki, bu kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub, burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Aşağı Oratağ kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub.
Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.
Burada sosial infrastrukturla bağlı bir sıra işlər görülüb. Belə ki, 2 ədəd transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb.
Sonra dövlətimizin başçısı kəndə köçmüş Anar Rüstəmovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.








13-01-2026, 16:49
Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb


Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb

İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs qüvvəyə mindikdən bəri Qəzza zolağında 100-dən çox uşaq öldürülüb və qışın başlamasından sonra daha bir neçə uşaq hipotermiyadan tələf olub.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatında bildirilib.
"Atəşkəsdən bəri 100 uşaq ölüb - bu, hər gün demək olar ki, 1 uşağın ölməsi deməkdir. Lakin real rəqəmlər daha da yüksəkdir", - deyə UNICEF-in Qəzzadakı nümayəndəsi Ceyms Elder Cenevrədə keçirilən BMT brifinqində bildirib.
Fondun məlumatına görə, onların hamısı İsrail qüvvələri, pilotsuz təyyarələrin zərbələri və ya mərmi qəlpələri nəticəsində öldürülüb.
"Uşaqlar həm də hipotermiyadan ölür. Təkcə son bir neçə gündə 6 uşaq ölüb", - Elder bildirib.
Elderin sözlərinə görə, 2000 uşağın hələ də tibbi təxliyəyə ehtiyacı var və bu da geridönməz sağlamlıq nəticələri və əlillik riski yaradır.
Qəzza zolağında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs müqaviləsi 2025-ci ilin 10 oktyabrında qüvvəyə minib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, atəşkəsdən sonrakı müddət ərzində təxminən 440 nəfər ölüb, 1200-dən çox insan yaralanıb.
Noyabrın ortalarında BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında hərtərəfli nizamlama planını dəstəkləyən qətnaməni təsdiqləyib. ABŞ-ın Qəzza planı Qəzza zolağının müvəqqəti beynəlxalq idarə olunmasını və Trampın sədrliyi ilə "sülh şurası"nın yaradılmasını təklif edir.
13-01-2026, 16:45
Sumqayıtda silah-sursat tapıldı


Sumqayıtda silah-sursat tapıldı

Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.
Polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı şəhərin 15-ci məhəlləsində 16 kalibrli "İJ-17" markalı tək lüləli ov tüfəngi tapılıb.
Bundan başqa, Sumqayıtın 13-cü mikrorayonunda bir nəfərin üzərindən "Baykal" markalı odlu silaha bənzər pnevmatik tapança aşkar edilib.
Polisin bu istiqamətdə profilaktik tədbirləri davam etdirilir.
13-01-2026, 16:40
İranda 12 min nəfərin öldürüldüyü iddia olunur


İranda 12 min nəfərin öldürüldüyü iddia olunur

İranda etirazlar zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla, təxminən 2000 nəfər həlak olub.
Bu barədə İran rəsmisi məlumat verib.
Maraqlıdır ki, İranın müxalifət mediası aksiyalarda azı 12 min nəfərin öldüyünü bildirib.
Xatırladaq ki, artıq 2 həftədir İranda siyasi-sosial narazılıq əsnasında etirazlar davam edir.
13-01-2026, 16:38
Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? - AÇIQLAMA


Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? - AÇIQLAMA

Ermənistan əsgərləri Qaragöl yaxınlığındakı posta gedərkən Azərbaycan sərhəd məntəqəsinin düz yanından keçirlər.
Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də jurnalistlərə açıqlamasında bildirib.
Nazir həmin yerdə Azərbaycan hərbçilərinin erməni əsgərləri saxlayıb yoxladığı barədə iddialarla razılaşmayıb. O, erməni əsgərlərin Azərbaycan sərhəd məntəqəsinin yaxınlığından keçdiyini təsdiqləyib, lakin onların yoxlandığını təkzib edib.
S.Papikyan deyib ki, iki seçim var: ya Ermənistan bu mövqedən həmişəlik çəkilməli, ya da erməni hərbçilər Azərbaycanın sərhəd məntəqəsinin yanından keçməyə davam etməlidir.
Nazirin sözlərinə görə, məsələ demarkasiya və delimitasiya komissiyalarının səlahiyyətlərinə aiddir:
“Bu qərarı tək mən verə bilmərəm. Əgər həmin mövqedən imtina əmri versəm, birmənalı şəkildə ərazini güzəştə getməkdə ittiham olunacağam", - deyə nazir bildirib.
Papaikyan deyib ki, Qaragöl ətrafındakı gərgin vəziyyət 2021-ci ilin may ayından hazırkı günədək davam edir.
Xatırladaq ki, Qaragölün ərazisi dəniz səviyyəsindən 2658 metr hündürlükdə Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşir. Ərazi uzun illər Ermənistanın işğalı altında olub.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 2021-ci il mayın 12-də Qaragöl istiqamətində dövlət sərhədini bərpa edib. O zaman rəsmi İrəvan dünyaya car çəkirdi ki, guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub.
Lakin bütün təxribatlara və təzyiqlərə məhəl qoymayan Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafından geri çəkilmədi, əksinə, ərazidəki mövqelərini möhkəmləndirdi.
Qeyd edək ki, Ermənistan hələ 1992-ci ildə Laçını işğal edəndən sonra sözügedən ərazidə dövlət sərhədini irəli çəkmişdi. Nəticədə Laçın ərazisindəki Qaragöl bölgəsini mənimsəmişdilər.
Laçın bölgəsini 2020-ci ilin noyabrınadək işğal altında saxlayan Ermənistan II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmırdı.
Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafını düşməndən geri alaraq, onları geri çəkilməyə məcbur edib. Ermənistan ordusu bir neçə dəfə ərazidə silahlı toqquşma yaratmağa cəhd göstərib.
13-01-2026, 16:34
"ARB"nin yayımı dayandırıldı


"ARB"nin yayımı dayandırıldı

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ARB" kanalının efirində "Media haqqında" Qanunun pozulması faktı müzakirə olunmuşdur.
Audiovizual Şuradan verilən məlumata görə,10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmamışdır. Beləliklə, "Media haqqında" Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunmuşdur.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul etmişlər.
13-01-2026, 16:28
Prezident məşhur kənddə görülmüş işlərlə tanış oldu


Prezident məşhur kənddə görülmüş işlərlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.
Dövlətimizin başçısına kənddə icra olunan işlər barədə məlumat verildi.
Qeyd edildi ki, Çıldıran Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini heyvandarlıq və bitkiçilik təşkil edib. Kənddə məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Burada XII əsrə aid “Alban məbədi” və XIII əsrə aid “Qırmızı məbəd” memarlıq abidələri yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.
Kənddə 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb.
Çıldıran kəndində 2 mövcud transformator, elektrik və qaz xətləri bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Bundan başqa, su nasosu istifadəyə verilib, ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənib və subartezian quyusu təmir olunub, 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilib, park salınıb.
Sonra Prezident İlham Əliyev kəndə köçmüş Verdi Abdullayevin ailəsinə baş çəkdi.










13-01-2026, 16:24
Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı ARTIRILDI


Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı ARTIRILDI

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Belə ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur.
Qeyd edilib ki, hər zaman ekspres marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!