11-12-2022, 16:35
Azərbaycan XİN-dən Rusiyaya nota“Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib. Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib”. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilib. Bu məsələyə münasibətinizi öyrənmək istərdik” sualına cavab olaraq bildirib. Ayxan Hacızadə deyib ki, Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur: “Cari ilin 3 dekabr tarixindən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb”.
11-12-2022, 16:18
Sabahın hava proqnozuAzərbaycanda dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.
11-12-2022, 16:11
Əfqanıstan Yaponiyaya təşəkkür etdiƏfqanıstanın "Taliban" hökuməti Yaponiyaya təşəkkür edib. Bu barədə "Taliban"ın Kabildəki mərkəzi hökuməti məlumat yayıb. Məlumata əsasən, Yaponiya Əfqanıstana 106 milyon dollarlıq humanitar yardım ayırıb. 2023-cü ildə yardım mərhələli şəkildə Kabilə çatdırılacaq. Bunun qarşılığında "Taliban" hökuməti Tokioya təşəkkür edib.
11-12-2022, 16:04
Şimali Kiprdə meymunçiçəyi aşkarlandıŞimali Kipr Türk Cümhuriyyətində meymunçiçəyi xəstəliyinə ilk yoluxma qeydə alınıb. Bu barədə Türk Cümhuriyyətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Lefkoşa Dövlət Xəstəxanasına müraciət edən şəxsin meymunçiçəyi virusuna yoluxduğu müəyyən olunub. Təcrid olunaraq müalicəsinə başlanan xəstənin təmaslarının təqib edilməsi üçün araşdırmalar aparılır.
11-12-2022, 15:56
Yeni ilə hazırlaşarkən öldüBakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş. Həmin vaxt o, pəncərədən yıxılıb. Yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.
11-12-2022, 15:43
Rusiya XİN-dən Gürcüstana mesaj"Bir daha vurğulamaq istəyirəm ki, Rusiya tərəfi lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstan ilə birbaşa aviareysləri bərpa etmək barədə qərar qəbul edə bilər. Biz qarşı tərəfin mövqeyini gözləyirik". Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. O bildirib ki, Rusiya tərəfi buna hazırdır, lakin Gürcüstan bu məsələdə gözləmə mövqeyində dayanıb: “Birbaşa uçuşların bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması məsələsində aydın mövqeyimiz var. Lazımi ilkin şərtlər formalaşarsa, biz bununla bağlı qərarların qəbuluna hazırıq. Təəssüf ki, Tbilisinin mövqeyi isə aydın deyil. Hətta Gürcüstan Rusiyaya qarşı daha radikal mövqe nümayiş etdirir".
11-12-2022, 15:39
Avropa İttifaqının Ukraynaya yeni yardım planı təsdiqləndiAvropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib. Sənəd qəbul olunması üçün gələn həftə Avropa Parlamentinə göndəriləcək. Bu barədə qurumun saytında məlumat yer alıb. Şura Aİ-nin 2023-cü ildə Ukraynaya kredit şəklində 18 milyard avro maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib. Kreditin 10 illik güzəşt müddəti olacaq.
11-12-2022, 15:29
Məğlub olan Ronaldo göz yaşlarına boğulduQətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya millisinin Mərakeşə məğlub olmasından sonra Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo göz yaşlarına boğulub. Futbolçunun ağlaması fotolara yansıyıb. Qeyd edək ki, Mərakeş rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Portuqaliya millisi heç vaxt dünya çempionu olmayıb. Kriştianu Ronaldo karyerasının əvvəlindən beş dünya çempionatında iştirak edib, turnirlərin pley-off mərhələsində qol vurmayıb. Futbolçu bugünkü görüşün start heyətində də yer almayıb.
11-12-2022, 15:26
Mərakeşdən Ukraynaya ilk hərbi yardımMərakeş Ukraynaya hərbi yardım göstərən ilk Afrika ölkəsi olacaq. Bu barədə Fransanın “Le journal de l” qəzeti yazıb. Qeyd olunub ki, Mərakeş Ukraynaya T-72 tanklarının ehtiyat hissələrini vermək niyyətindədir. Beləliklə, Mərakeş Kiyevi silahla dəstəkləyən Afrika ölkələrindən birincisi olacaq. Həmçinin bildirilib ki, ABŞ-ın tövsiyəsi ilə Ukraynaya tanklar üçün ehtiyat hissələri Kiyevə göndəriləcək.
11-12-2022, 15:19
Toyda bıçaqlanma ölümlə nəticələndiGoranboyda toy məclisində bıçaqlanma olub. Hadisə rayonun Faxralı kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, lakin vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.