22-11-2022, 21:56
Səfirliyin açılması qərarı dostluq əlaqələrini daha da gücləndirir - Prezidentİsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir. Bu barədə Prezident İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla telefon danışığı zamanı bildirib. Prezident İlham Əliyev telefon zənginə görə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa minnətdarlığını ifadə edib.
22-11-2022, 21:37
“Bizim üçün ağır zərbədir” - Messinin məğlubiyyət şərhi"Bəhanəyə yer yoxdur. Biz həmişəkindən daha sıx birləşəcəyik. Komandamız güclüdür və bunu göstərdik". Bunu Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 35 yaşlı məşhur futbolçu məğlubiyyəti gözləmədiklərini bildirib. "Bizim üçün ağır zərbə oldu, amma əsl komanda olduğumuzu göstərməliyik", - Messi söyləyib. Qeyd edək ki, Argentina yığmasının yeganə qolunu Lionel Messi vurub.
22-11-2022, 21:34
Yaşa görə pensiya 455 manat olacaqAzərbaycanda gələn il yaşa görə pensiyanın məbləği 455 manat olacaq. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Onun sözlərinə görə, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək. Komitə sədri qeyd edib ki, gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.
22-11-2022, 21:29
Müdafiə Nazirliyi sülhməramlıları Sarıbabaya çağırdıQeyd etdiyimiz kimi, Ermənistanda istehsal edilmiş Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi noyabrın 21-də aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aşkar edilmiş minalar barədə Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb, eləcə də mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.
22-11-2022, 21:27
Ərdoğandan terroru dəstəkləyənlərə xəbərdarlıq“İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumudur”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edib: “Terrorçular bu dəfə də sivil insanları hədəf aldılar. 4 yaşlı körpə, 22 yaşlı müəllim şəhid oldu”. Ərdoğan onu da bildirib ki, terrorçuların kimliyi, onları kimlərin himayə etdyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur: “Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.
22-11-2022, 21:08
DİN siqaretə görə 383.300 manat cərimə yazıbDaxili İşlər Nazirliyi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır. Cari ildə respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10.835, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub. Tətbiq edilmiş cərimələr 383.300 manat təşkil edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
22-11-2022, 21:03
Tehranda bağçalar və ibtidai məktəblər bağlanıbİranın Tehran əyalətində dekabrın 1-dək ibtidai məktəblər və bağçalar və bağlanıb. Dərslər və təlimlər virtual keçiriləcək. Yerli hakimiyyət təmsilçiləri məktəb və bağçaların bağlanmasını Tehranın havasının çirkli olması ilə əlaqələndiriblər. Bildirilib ki, əyalətin Firuzkuh, Daməvənd, Rudhen və Pardis şəhərlərində isə ibtidai məktəblər və bağçalar işləyəcək.
22-11-2022, 13:47
Tehranda bağçalar və ibtidai məktəblər bağlanıbİranın Tehran əyalətində dekabrın 1-dək ibtidai məktəblər və bağçalar və bağlanıb. Dərslər və təlimlər virtual keçiriləcək. Yerli hakimiyyət təmsilçiləri məktəb və bağçaların bağlanmasını Tehranın havasının çirkli olması ilə əlaqələndiriblər. Bildirilib ki, əyalətin Firuzkuh, Daməvənd, Rudhen və Pardis şəhərlərində isə ibtidai məktəblər və bağçalar işləyəcək.
22-11-2022, 13:46
İranda 40-dan çox xarici vətəndaş həbs edilibİranda hökumət əleyhinə etiraz aksiyaları zamanı 40-dan çox xarici ölkə vətəndaşı həbs edilib. Bu barədə İranın Məhkəmə Sisteminin səlahiyyətli nümayəndəsi Məsud Setayeşi bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir. Lakin onlar haqqında məlumatlar açıqlanmayıb. Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Molla rejiminin əleyhinə keçirilən aksiyalar zamanı ümumilikdə 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılan şəxslərdən 5-nin edam olunmasına qərar verilib.
22-11-2022, 13:44
70-dən çox gəmi Ukraynaya giriş icazəsi gözləyir
90 min 428 ton taxıl və digər ərzaq məhsulları daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib, daha 76 gəmi isə limanlara daxil olmaq üçün icazə gözləyir. Bu barədə Odessanın regional hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçuk bildirib. Onun sözlərinə görə, hazırda 76 gəmi Ukrayna limanlarına daxil olmaq üçün icazə gözləyir, yüklənən 33 gəmi isə təyinat nöqtəsinə getmək üçün Türkiyənin ərazi sularında baxışdan keçməyə hazırlaşır. Ukraynanın Aqrar Siyasət Nazirliyinin məlumatına əsasən, “taxıl dəhlizi” əməliyyatının davam etdiyi müddət ərzində ölkədən 12 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edib.