“Səfirlik açmaq qərarını Azərbaycan yeməyi ilə qeyd edirik” – İsrail səfiri
İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarı ilə bağlı paylaşım edib. Diplomat bu barədə twitter hesabında yazıb. “Azərbaycanın İsraildə səfirlik açmaq qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik. Amma hansı yeməklə qeyd edəcəyimzi razılaşdıra bilmirik”, - səfir bildirib. C.Dik Azərbaycanın bir neçə milli yeməyinin adını çəkib və onlar arasından hansını seçməklə bağlı məsləhət istəyib. “Düşbərə və dolma, şah plov və balıq ləvəngisi, piti və yarpaq xəngəli, kabab”, - diplomat bildirib. Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib. Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 300 milyon ABŞ dollarına yaxın olub. Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 87,7 milyon dollar, idxalın həcmi isə 211,5 milyon dollar olub. Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.
İran silahlı qüvvələri İraqın Kürdüstan əyalətinə növbəti dəfə raket zərbələri endirib. Bu barədə yerli mənbələrə istinadən INA agentliyi məlumat yayıb. Zərbələr kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahlarına dəyib. Məlumata görə, onlar İranda hökumət əleyhinə etirazlara dəstək verdiklərinə görə hədəf seçilib. “Shafaq News” portalının məlumatına görə, İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub. Atışma nəticəsində bir neçə nəfərin öldüyü deyilir. Qeyd edək ki, ABŞ-ın Ərbildəki konsulluğu raket hücumuna görə həyəcan siqnalı verib.
Gorusun Xnatsax kəndi istiqamətində erməni postunda erməni hərbçilərin təxribat törətmələrinin videogörüntüləri yayılıb. Videogörüntülər Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığındakı postda lentə alınıb. Görüntülərdə içkili vəziyyətdə olan ermənilər nalayiq sözlər səsləndirməklə sanki Azərbaycan hərbçilərini təxribata sövq etməyə cəhd göstərir, onlara qarşı silah tətbiq edilməsinə çalışırlar. Videodan görünür ki, hərbi mövqelər arasında məsafə çox yaxındır. Bu vəziyyətdə yalnız Azərbaycan əsgərinin təmkinli davranışı hansısa “zinvoru” o dünyaya göndərməkdən və növbəti dəfə erməni anasını gözüyaşlı qoymaqdan qurtarır.
Suriyanın şimalında fəaliyyət göstərən terrorçular Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 4 raket atıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Raketlərin düşdüyü ərazidə araşdırma aparılır. Məlumata görə, raketlər boş əraziyə düşüb. Bundan əvvəl Türkiyənin Kilis şəhərində yerləşən sərhəd-keçid məntəqəsinə raket hücumu edilib. Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, zərbə nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb. Hücum PKK/PYD terror təşkilatı tərəfindən Tel Rıfat bölgəsindən həyata keçirilib.
Almaniya Polşaya ölkə ərazisində "Patriot" hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini təklif edib. Bu barədə Almaniyanın müdafiə naziri Kristin Lemberlext bildirib. Təklif ötən həftə Polşaya raket zərbəsindən sonra irəli sürülüb. Məlum hadisə nəticəsində Polşada iki mülki şəxs həlak olmuşdu. "Təhlükəsizliyini təmin etməkdə dəstək təklif etmişik", - nazir qeyd edib. NATO baş katibi Yens Stoltenberq bildirib ki, keçən həftə Polşaya dəyən və iki nəfərin ölümünə səbəb olan raketin Rusiyadan deyil, Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən atıldığı görünür. Məlumat üçün bildirək ki, ABŞ-ın məşhur "Raytheon" şirkətinin istehsal etdiyi "Patriot" hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün nəzərdə tutulub.
Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktında şübhəli bilinən daha iki nəfər həbs edilib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Şübhəlilərin terror aktını həyata keçirən Əhlam Əlbəşir və qaçan şübhəli Bilal Həsənin qanunsuz olaraq Türkiyəyə keçməsinə köməklik etdiyi bildirilir. Noyabrın 13-də İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Fransa Prezidenti Emmanuel Makron hücuma məruz qalıb. O, bu dəfə ölkədəki böhran səbəbindən hədəfə alınıb. Belə ki, Fransanın siyasi və iqtisadi vəziyyətinə görə yaranmış böhrana etiraz edən qadın Makronu şillələyib. Həmin görüntüləri təqdim edirik:
Ərdoğan ilk dəfə Misir prezidenti ilə görüşdü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir lideri Əbdül Fəttah əs-Sissi ilə ilk dəfə görüşüb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Görüş Qətərdə futbol üzrə dünya çempionatının açılışına həsr olunmuş mərasimdə baş tutub. Onlar salamlaşıb və bir-birinin əllərini sıxıblar.
Türkiyə sərhədinə raket hücumu - 8 nəfər yaralandı
Türkiyənin Kilis şəhərində yerləşən sərhəd-keçid məntəqəsinə raket hücumu edilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Zərbə nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb. Hücum PKK/PYD terror təşkilatı tərəfindən Tel Rıfat bölgəsindən həyata keçirilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!