14-11-2022, 20:06
Azərbaycan çempionatının püşkü atıldıMinifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb. "Hilton Hotel"də keçirilən tədbirdə I turda üz-üzə gələcək komandalar bəlli olub. Püşkatmaya Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov, futbolçusu Qara Qarayev, "Zirə"nin sükanı arxasında olan Rəşad Sadıqov, paytaxt klubunun müdafiəçisi Ruslan Abışov və Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov da qatılıb.
I turun cütləri:“Aznur” - “Real" Bakı
“Sumqayıt” - “Bakı”
“Xəzər” - “Birbaşa Bakı”
“Qaradağ Lökbatan” - “Füzuli Ərgünəş”
“Dinamo” Gəncə - “Odlar Yurdu”
“Dəyirman” - “Dəmir Yumruq”
“Qarabağ” - “Galaxy” Şuşa
“Veteran” - “Zəngəzur”
Qeyd edək ki, 1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəni təmsil edəcək.
14-11-2022, 20:03
Zelenski Ukraynanın sülhə hazır olduğunu açıqladı
"Biz ölkəmiz üçün sülhə hazırıq". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Xersona səfəri zamanı deyib. O, sülhə hazır olduğunu bildirib. Qeyd edək ki, bu gün Ukrayna dövlət başçısı işğaldan azad edilən Xersona səfər edib.
14-11-2022, 20:01
Yüklərin Zəngəzurdan daşınması daha ucuz başa gələcəkZəngəzur dəhlizinin açılması Çindən Azərbaycana və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından 2 həftə daha tez çatması deməkdir. Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib. X.Həsənli bildirib ki, bu, vaxta qənaət etməklə yanaşı, qiymətlərə də təsir edəcək: "Sahibkarlar bununla daha çox gəlir əldə edəcək. Gürcüstan limanlarının qiyməti bahadır və alternativi yoxdur. Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa, bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda sərhəd-keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək". Departament müdirinin sözlərinə görə, qlobal logistikada olduğu kimi regional daşınmada da Zəngəzur dəhlizi vaxt və xərc baxımından önəmlidir: "Türkiyədən gələn TIR-lər Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də aşağı olacaq. Zəngəzur dəhlizi eyni zamanda Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da əhəmiyyətlidir".
14-11-2022, 19:59
Aİ İrana qarşı sanksiyaları təsdiqlədiAvropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaları razılaşdırıblar. Bu barədə DPA agentliyi Brüsseldə olan diplomatlara istinadən məlumat yayıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, bu sanksiyalarla Avropa İttifaqı Tehrandakı İran rejiminə birmənalı siqnal göndərir. Berbokun sözlərinə görə, Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahı hazırlayacaqlar.
14-11-2022, 19:57
Miqrasiya Xidmətinin mətbuat katibi işdən çıxdıDövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov işdən çıxıb. Bu barədə o, özü məlumat yayıb. E.Kələntərov fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib. Qeyd edək ki, E.Kələntərov 2020-ci ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb.
14-11-2022, 19:55
Qondarma respublikanın XİN-i ləğv edildiQondarma Luqansk Xalq Respublikasının (LXR) rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik Xarici İşlər Nazirliyini ləğv edib. Bu barədə o, noyabrın 14-də sərəncam imzalayıb. "Luqansk Xalq Respublikasının Xarici İşlər Nazirliyi ləğv edilsin. Ləğv proseduru 2023-cü il iyunun 1-dən gec olmayaraq başa çatdırılsın", - sənəddə deyilir.
14-11-2022, 19:53
Türkiyə ABŞ-ın başsağlığını qəbul etmədi"Bizə verilən mesajı aldıq, mesajın nə olduğunu bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmirik". Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. “Biz heç kimin düşməni deyilik, heç kimə xəyanət etmirik. Bildirmək istəyirəm ki, bizim xəyanətə dözməyə gücümüz yoxdur. Əməliyyatlar davam edir. Əgər onlar tutulmasaydı, bu gün qaçaqmalçılıq yolu ilə Yunanıstana keçəcəkdilər”, - deyə nazir İstanbulda törədilən terrordan söz açıb. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Bəzi ekspertlər terror aktının ABŞ-ın sifarişi ilə həyata keçirildiyini iddia edirlər.
14-11-2022, 19:51
Terror törədən qadının kimliyi məlum olduTürkiyənin İstanbul şəhərində terror aktı törədən qadının kimliyi məlum olub. Ötən gün terror törədən şəxsin Suriya əsilli Əhlam Əlbəşir olduğu müəyyən edilib. O, İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq, istintaqa cəlb olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
14-11-2022, 00:39
İstanbul Prokurorluğundan partlayış açıqlamasıİstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir. İnsidentin təfərrüatı araşdırılır. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib, 36 nəfər yaralanıb.
13-11-2022, 19:26
İstanbul Prokurorluğundan partlayış açıqlamasıİstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir. İnsidentin təfərrüatı araşdırılır. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib, 36 nəfər yaralanıb.