3-10-2022, 17:15
Sərnişindaşıma ilə bağlı təkliflər hazrlanır - Tapşırıq verildiNazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sərnişindaşıma sahəsində təkliflər hazırlamağı tapşırıb. Bu barədə nazirlikdən bildirilib.“Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi, bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət edib. Müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşma tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti nazirliyə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həll yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanmasını tapşırıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq”, - deyə məlumatda qeyd olunub.
3-10-2022, 17:12
Stansiyaların iş rejimilə bağlı yeni qərarBənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərin başlanması ilə əlaqədar sentyabr ayının 6-dan xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb. "Sərnişinlər adi iş rejimi qaydasında Bənövşəyi xəttin stansiyalarının xidmətindən istifadə edə bilərlər. Xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları hər gün saat 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq", - qurum rəsmisi qeyd edib.
3-10-2022, 17:10
Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdıErmənistanın sabiq baş naziri Vazgen Manukyan rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə apardığı danışıqların əleyhinə çıxaraq, onu dərhal dayandırmağı tələb edib.
Butov.az xəbər verir ki, V.Manukyan bu danışıqları erməni xalqı üçün “zəiflik, axmaqlıq və alçaldıcılıq” adlandırıb. V.Manukyan erməni xalqını hərəkətə gətirmək üçün sərsəm fikirlər səsləndirib.“Deyirlər ki, razı olmasaq, Azərbaycan yenə müharibəyə başlayacaq. Qoy cəsarət etsinlər. Qoyun kimi başımızı qurbangaha əyməkdənsə, arvadımızı, övladlarımızı, gələcəyimizi, namusumuzu döyüşərək qorumağımız daha düzgün deyilmi?”, - deyən sabiq baş nazir erməniləri müharibədən qorxmamağa çağırıb.“Gücə qarşı güc, əzmkarlığa qarşı əzm, orduya qarşı ordu”, - deyə Vazgen Manukyan daha sonra bildirib. Qeyd edək ki, 76 yaşlı V.Manukyan Ermənistan Respublikasının ilk baş naziridir (1990-1991). O, 1992-1993-cü illərdə Ermənistan Respublikasının müdafiə naziri postunu tutub.
3-10-2022, 17:07
Duma Ukraynanın 4 vilayətinin ilhaqına dair sazişi təsdiqlədiRusiya Dövlət Duması (parlamentin aşağı palatası) Ukraynanın işğal altındakı Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin ilhaqı haqqında sazişi ratifikiasiya edib. Bu barədə Dumadan bildirilib. Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib. Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb. Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib. Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinn rəhbərləri imzalayıblar.
3-10-2022, 17:05
Çexiya vətəndaşlarını Rusiyadan çıxarırÇexiya öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb. Bu barədə Çexiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilir. “Rusiya Federasiyasının Ukraynaya davam edən hərbi müdaxiləsi və Rusiya Federasiyasında ilk növbədə Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiya Federasiyasına səfər etməkdən çəkinməyi tövsiyə edir, vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırır", - deyə bəyanatda qeyd olunub.
3-10-2022, 17:02
Yoluxma kəskin azaldıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 821 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb. Onlardan 810 929 nəfər müalicə olunaraq sağalıb, 9919 nəfər vəfat edib, aktiv xəstə sayı 813 nəfərdir. Ölkədə son sutka ərzində 1580, hazırkı dövrədək isə 7 256 426 test aparılıb.
3-10-2022, 16:55
Bakıda özəl klinikada ölümBakıda özəl klinikada ölüm qeydə alınıb.
Butov.az xəbər verir ki, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən "Real Hospital"da qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib. Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
3-10-2022, 16:53
Türkiyənin Ukrayna üçün inşa etdiyi hərbi gəmi suya buraxıldı Türkiyənin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi “Hetman İvan Mazepa” hərbi gəmisi İstanbulda suya buraxılıb.
Butov.az xəbər verir ki, mərasimdə Türkiyə rəsmiləri ilə yanaşı, Ukraynanın birinci xanımı Yelena Zelenskaya da iştirak edib.“Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya buraxmaq şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək”, - deyə Zelenskaya özünün "Telegram" kanalında yazıb. Qeyd edək ki, Türkiyədən iki gəminin alınması üçün bir neçə il əvvəl 140.7 milyon dollar dəyərində müqavilə imzalanıb. Layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır.
3-10-2022, 16:51
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalara hazırlaşırAvropa İttifaqının (Aİ) bir neçə ölkəsi qadınların etiraz aksiyalarının yatırılmasına cavab olaraq İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər hazırlayıb. Qara siyahıya 16 fiziki şəxs və təşkilatın əlavə edilməsi təklif olunur. Bu barədə "Der Spiegel" məlumat yayıb. Sanksiyaların təşəbbüskar qismində Almaniya, Danimarka, İspaniya, İtaliya, Fransa və Çex Respublikası çıxış edib. Xatırladaq ki, İranda etiraz aksiyaları sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, qız baş örtüyünü düzgün taxmadığına görə saxlanılıb. O, dindirilmə zamanı infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.
3-10-2022, 16:39
Cenevrə görüşünün detalları - XİN açıqlama yaydı2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib. Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb. Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub. Ceyhun Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb. Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb. Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.