Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
30-09-2022, 08:11
Vətənpərvərlik - söz və əməlin vəhdəti.
Vətənpərvərlik - söz və əməlin vəhdəti.


Vətənə məhəbbət, öz şəxsi mənafelərini vətən yolunda qurban verməyə
əsaslanan hissi və mənəvi bağlılıqdır vətənpərvərlik. Bu bağlılıq, həmçinin
mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərini özündə
birləşdirən milli hissiyyat, milli qürür kimi də dəyərləndirilir. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və
adət ənənələrinə bağlanmış dövlətçilik durur.
Xalqın və dövlətçiliyin formalaşmasında vətənpərvərlik onun inkişafının ümumimilli məqamlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.
Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar,
şəhidlik zirvəsinə yüksəliblər. Babalarımızın əmanəti olan Vətən onların
davamçıları tərəfindən də sevilib, qorunub və bu gün də sevilməkdə,
qorunmaqdadır.
Tariximizin hansı səhifəsini vərəqləsək, orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Buna görə də vətənpərvərlik – söz ilə əməlin üst-üstə düşməsidir.
Vətən sadəcə coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Hər bir vətəndaş, ləyaqətli, iradəli, əqidəli, vətənpərvər şəxs millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki, milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi birləşir. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs Vətənlə bağlı heç bir hadisəyə laqeyd qala bilməz. Ona görə ki, Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa daim sövq edir.
Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır.
Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşmüşdür. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu
danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaratdığı ənənələri, milli
mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Onlar dövlətin həm bu günü, həm də gələcəyidir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyini yaşayan Azərbaycana məhz milli şüura malik vətənpərvər gənclər lazımdır. Vətəni sevmədən, qorumadan, ata-babalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrənmədən vətənpərvər yetişmək
olmaz. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə təhrik edən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hissi hələ uşaqlıq illərindən aşılamaq başlıca vəzifədir. Hərbi-vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir.
Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə
örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Müstəqillik əldə edəndən bu günədək ölkəmizdə həyata keçirilmiş islahatlar, görülmüş quruculuq işləri, insanların rifahı üçün yaradılmış imkanlar, gənclərə qayğı, onların cəmiyyətdəki roluna verilən önəm vətəndaşlarımızda vətənpərvərlik hissini, Vətənə sevgini daha da möhkəmləndirmişdir. Bütün bunların nəticəsidir ki, 44 günlük şanlı Vətən müharibəsində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədə Vətənimizin igid övladları misilsiz qəhrəmanlıq göstərərək, düşmənə gözdağı verərək tarixi ədaləti bərpa etdi.
Bu qələbə 30 illik həsrətə son qoymaqla yanaşı bütün dünyaya müzəffər Azərbaycan ordusunun gücünü bir daha dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə Azərbaycanın daxili və xarici siyasətinin, Ali Baş Komandanının dəmir yumruğu ətrafında birləşən vətəndaşların vətənpərvərlik ruhunun, dönməzliyinin qələbəsi oldu. Bu qələbə rəşadətli Azərbaycan ordusunun, qətiyyətli Ali Baş Komandanın və milli mənəvi dəyərləri ilə dünyada nümunə olan Azərbaycan xalqının qələbəsidir.
Fikirlərimi qəlblərdəki həsrəti silən o ifadələr ilə bitirmək istəyirəm: Qarabağ bizimdir! Qarabağ AZƏRBAYCANDIR!

Nurlan Cəbrayılzadə,
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi,
I kurs

29-09-2022, 23:01
Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı


Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı

Rusiya prezidenti Vladimir Putinin səfərbərliklə bağlı verdiyi sərəncamdan sonra minlərlə vətəndaş müxtəlif yollarla ölkəni tərk etməyə başlayıb. Ukraynada döyüşməkdən imtina edənlər əsasən qonşu ölkələrə qaçırlar. Butov.az xəbər verir ki, Rusiya Telegram kanallarının məlumatına görə, məşhur azərbaycanlı bloger Hüseyn Həsənov da səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk edib. Onun hara getdiyi məlum deyil.
29-09-2022, 22:50
Zabitlərimiz Oklahomada ABŞ hərbçiləri ilə görüşdü


Zabitlərimiz Oklahomada ABŞ hərbçiləri ilə görüşdü

Oklahoma Milli Qvardiyasının Dövlət Tərəfdaşlıq Proqramı ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin üç zabitini Kiber Müdafiə Əməliyyatları sahəsində hərbi bilik mübadiləsi aparmaq üçün Oklahoma şəhərində qəbul edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-də olarkən onlar strategiyanı və təcrübələri müzakirə etmək üçün mülki şəxslər və hərbçi həmkarları ilə görüşlər keçirib.
29-09-2022, 22:38
49 yaşlı qadın xəstəxanada özünü asdı


49 yaşlı qadın xəstəxanada özünü asdı

Bakıda intihar hadisəsi olub. Butov.az xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydə alınıb. Orada xadimə işləyən 49 yaşlı Novruzova Aidə Cəlal qızı xəstəxananın həyətindəki tikilidə özünü asaraq, həyatına son qoyub. Onun hansı səbəbdən canına qəsd etdiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.
29-09-2022, 22:22
Türkiyə Şimali Kiprə qoşun və silah göndərəcək


Türkiyə Şimali Kiprə qoşun və silah göndərəcək

Türkiyə Şimali Kiprə silah və hərbi kontingent göndərə bilər. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
O bildirib ki, bu barədə qərar ABŞ-ın Kiprə qarşı tətbiq edilən silah embarqosunun ləğvinə cavab olaraq qəbul edilə bilər.“Kipr türklərini qorumaq məqsədi ilə oraya daha çox ordu göndərəcəyik və silah olaraq da nəyə ehtiyacları varsa, onu verəcəyik”, - XİN rəhbəri vurğulayıb.
29-09-2022, 22:20
Prokurorluq işçilərinin maaşlarına əlavə artırılır


Prokurorluq işçilərinin maaşlarına əlavə artırılır

Prokurorluq işçilərinin maddi təminatı artırılır. Bu, Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Layihəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən tətbiq ediləcək.
29-09-2022, 22:18
İranın bu əyalətində 120 nəfər saxlanılıb


İranın bu əyalətində 120 nəfər saxlanılıb

İranın Loristan əyalətində Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə 120 nəfər saxlanılıb. Bunu əyalətin baş prokuroru Məhəmməd Rezm Tehranda nümayişlərdə həyatını itirən Loristan mühafizəçisi Ferid Kerempurun ailəsini ziyarəti zamanı deyib."Bu insanlar qanun qarşısında lazımi cəzalarını alacaqlar. Onların bundan əvvəl də bir çox cinayətləri olub", - deyə o, vurğulayıb. Qeyd edək ki, Əmininin ölümündən sonra ölkə daxilində başlayan nümayişlər zamanı Gilan əyalətində 739, Mazandaran əyalətində 450, İlam şəhərində 180 nəfərin saxlandığı açıqlanıb.
29-09-2022, 22:16
Ermənistan ehtiyatdakı artilleriyaçıları hərbi təlimlərə çağırdı


Ermənistan ehtiyatdakı artilleriyaçıları hərbi təlimlərə çağırdı

Ermənistan Müdafiə Nazirliyi hərbçilərin yeni təlimini planlaşdırır. Bu barədə nazirliyin mətbuat katibi Aram Torosyan bildirib. Onun sözlərinə görə, budəfəki təlimlərə raket-artilleriya ixtisasına malik olan ehtiyatdakı hərbçilər cəlb olunacaqlar. Təlimlər noyabrın 22-dək keçiriləcək.
29-09-2022, 22:13
Putin dost olmayan ölkələrlə bağlı yeni fərman imzaladı


Putin dost olmayan ölkələrlə bağlı yeni fərman imzaladı

Rusiya prezidenti Vladimir Putin yeni fərman imzalayıb. Butov.az xəbər verir ki, fərmana əsasən, Rusiya hökuməti dost olmayan ölkələrə Rusiya ərazisindən avtomobil nəqliyyatı üçün istifadəni qadağan edə biləcək. Xatırladaq ki, bundan öncə Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın avtomobil nəqliyyatının Avropa torpaqlarından istifadəsinə müxtəlif məhdudiyyətlər qoyub.
29-09-2022, 22:09
İran Fransaya nota verdi


İran Fransaya nota verdi

İran Fransaya nota verib. Butov.az xəbər verir ki, Fransa səfirliyinin müvəqqəti işlər vəkili Floran İdalo İran Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa Xarici İşlər Nazirliyinin İranın daxili işlərinə müdaxilə xarakterli bəyanatına görə rəsmi Tehranın etiraz notası təqdim olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!