23-09-2022, 21:05
Neft sürətlə ucuzlaşır - 87 dollardan aşağı düşdü
Dünya bazarında neftin qiyməti 4%-ə qədər enib. Brent markalı neft yanvarın 25-dən bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı düşüb.
Butov.az xəbər verir ki, beynəlxalq ticarət məlumatlarına görə, WTI markalı neft yanvarın 11-dən bəri ilk dəfə olaraq 80 dollardan ucuzlaşıb, 79,78 dollar olub. Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 3,71% azalaraq bir barel üçün 87,1 dollar olub, daha sonra isə 87 dollardan aşağı düşüb.
23-09-2022, 21:03
Şəhid ailələrinə qarşı dələduzluq - 7 il həbs verildiBakı Ağır Cinayətlər Məhkəməsində şəhid ailələrinə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Fərid Abdinovun işi üzrə məhkəmə prosesi başa çatıb.
Butov.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Abdinov 7 il azadlıqdan məhrum edilib. İttihama görə, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər. DİN-dən verilən məlumata əsasən, vətəndaşların şikayətləri araşdırılıb və onların Fərid Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.
23-09-2022, 21:01
İranda hakimiyyətə dəstək aksiyaları keçirilibİranın paytaxtı Tehranda hakimiyyətə dəstək mitinqləri keçirilib.
Butov.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, cümə namazından sonra aksiyaya çıxanlar ölkədə xaricdən təşkil olunmuş iğtişaşları pislədiklərini bəyan ediblər. Yürüş iştirakçıları indiyədək bir neçə təhlükəsizlik əməkdaşının ölümü ilə nəticələnmiş iğtişaşların zorakı hərəkətlərinə qəzəbləndiklərini bildiriblər. Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Mehsa Əmininin ölümünə etiraz olaraq bəzi qadınlar saçlarını kəsib. Aksiyalar Tehran, Pave, Bane, Mehabad, Rəşt şəhərlərində davam etdirilir. Etnik kürdlərin çox olduğu Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətlərində də insanlar etirazlara başlayıb.
23-09-2022, 21:00
Moskva hər şey edir ki, nüvə silahından istifadə olunmasın - KremlRusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bildirib ki, Kreml öz günahı olmadan nüvə raketlərindən istifadə risklərini minimuma endirmək üçün hər şeyi edir.
Butov.az xəbər verir ki, Venediktov bunu cümə günü Kuba raket böhranının 60-cı ildönümünə həsr olunmuş konfransda deyib. “SSRİ ilə ABŞ arasında qarşıdurma başa çatdıqdan sonra keçmiş kimi görünən nüvə təhlükəsi üfüqdə yenidən peyda olub. Qeyd edirəm ki, bu, heç bir halda Rusiyanın günahı deyil”.
23-09-2022, 20:57
Döyüşə çağırılan rus gənc intihara cəhd etdi Rusiyanın paytaxtı Moskvada hərbi xidmətə çağırış vərəqəsi alan 25 yaşlı şəxs intihara cəhd edib.
Butov.az xəbər verir ki, Nikita adlı gənc əvvəl hiddətlənib və spirtli içki qəbul etməyə başlayıb. O, bir müddət sonra sərxoş vəziyyətdə damarlarını kəsərək eyvandan özünü atmağa çalışıb. Lakin son dəqiqədə anası onun həyatını xilas edib və təcili tibbi yardım xidmətinə zəng vurub. Nikita xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsi nəticəsində onu həyata qaytarmaq mümkün olub.
23-09-2022, 20:54
ATƏT rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilərAzərbaycan-Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyi ATƏT-in fəaliyyətdə olan sədri və üzv ölkələrin XİN başçıları müzakirə ediblər.
Butov.az xəbər verir ki, məlumatı ATƏT-in saytı yayıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, İsveçin xarici işlər naziri Ann Linde, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə yanaşı ATƏT-in Baş katibi Helqa Mariya Şmidt də iştirak edib. Məlumata görə, diplomatlar ATƏT-in bu istiqamətdə daha fəal iştirakının vacibliyindən danışıblar. Onlar Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etməsinin aktual olduğunu qeyd edərək bu istiqamətdə ATƏT-in regiondakı təcrübəsini xatırladıblar. Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 77-ci sessisyası çərçivəsində baş tutub.
23-09-2022, 20:44
ABŞ İran generalına və Əxlaq Polisinə sanksiya tətbiq etdiABŞ İran Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Kiyumərd Heydəriyə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. İran vətəndaşı olan 5 nəfərə, eləcə də İran Əxlaqı Müdafiə Polisinə sanksiya tətbiq edilib.
23-09-2022, 20:42
Altıağac Milli Parkında yanğınXızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
23-09-2022, 20:37
Vətən Müharibəsi şəhidinin ailəsi ziyarət olunubTorpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Naftalanda daim ehtiramla anılır. Şəhər rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olur.
Butov.az xəbər verir ki, anım günü ərəfəsində Vətən Müharibəsi şəhidi Fərid Adıgözəlovun ailəsi Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, Naftalan ŞİH yanında İctimai Şuranın sədri Möhübbət Bədəlov və digər rəsmlər tərəfindən ziyarət edilib. Görüş zamanı İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından söz açaraq dünya hərb tarixinə əbədi həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib. Görüşdə ailənin müraciəti ilə əlaqədar ŞİH başçısı bir sıra məsələlərin qısa müddətdə həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Adıgözəlov Fərid İlqar oğlu ölkə rəhbərinin müvafiq Sərəncamı ilə ölümündən sonra. “Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü"medalları ilə təltif olunub. Ailəlidir, 1 qız övladı bizlərə yadigar qalıb.
23-09-2022, 20:34
Gələn il maaş və pensiyalar nə qədər artacaq?
Dünən Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib. İclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub. Bildirilib ki, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub. Konkret rəqəmlərə gəldikdə isə 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır. Deputat Vüqar Bayramov bildirib ki, gələn il büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək. Nəticədə həmin istiqamətə 6 milyard 495 milyon manat vəsait ayrılacaq. Eyni zamanda bu, 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir. "2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur. Bütövlükdə, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub. Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyat üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır", - deyə deputat gələn il üçün gözləntilərini dilə gətirib.