Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
20-09-2022, 17:54
Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşdü


Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşdü

Ötən gün xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və regionda son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov bu il qeyd etdiyimiz BMT-yə üzvlüyümüzün 30 ili ərzində münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüslər irəli sürdüyünü bildirib. Nazir Ceyhun Bayramov BMT Baş Assambleyanın sədrinin və digər yüksək səviyyəli rəhbər heyətin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlərin əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və bu çərçivədə təşəbbüsləri qeyd olunub. Nazir daha sonra, Ermənistanın genişmiqyaslı təxribatları, sülh quruculuğu sahəsində ölkəmizin təşəbbüsləri barədə ətraflı məlumat verib. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb. Baş katib Antonio Quterreş BMT ilə Azərbaycanın nümunəvi əməkdaşlıq münasibətlərinə malik olduğunu, bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Antonio Quterreş Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Ermənistanla-Azərbaycan arasında yaranmış gərginliyin azaldılmasının və normallaşma prosesinin vacibliyini vurğulayıb. Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
20-09-2022, 17:50
Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini açıqladı


Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini açıqladı

19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikası xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. XİN-dən verilən məlumata görə, görüş zamanı, nazir Ceyhun Bayramov post münaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov 12-14 sentyabr tarixlərində Ermənistanın Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəsin də Ermənistan tərəfindən pozulması faktını və bununla əlavə itkilərə səbəb olduğunu vurğulayıb. Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib. Nazir Ermənistanın 30 il ərzində ölkəmizin beynəlxalq tanınmış ərazilərinin işğalının törətdiyi dərin fəsadlara baxmayaraq, 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalanması təklifini irəli sürdüyünü və bu istiqamətdə ardıcıl təşəbbüslərlə çıxış etdiyini xatırladıb. Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib. Ceyhun Bayramov liderlər arasında üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun olaraq davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlarına hazırlığını bir daha diqqətə çatdırıb.
20-09-2022, 17:46
ABŞ İran təyyarələrinə sanksiya qoydu


ABŞ İran təyyarələrinə sanksiya qoydu

ABŞ-ın Ticarət Nazirliyi ixrac rejiminin pozulmasına görə İranın 3 təyyarəsinə qarşı sanksiya tətbiq edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, Mahan Air, İran Air və Qeshm Air şirkətlərinə məxsus 3 təyyarə Rusiyaya yük, o cümlədən elektronika məhsulları daşıyıb. Bu səbəbdən onlara sanksiya tətbiq edilib.
20-09-2022, 17:44
Rusiya və Ukrayna əsirlərin dəyişdirilməsi barədə razılığa gəlib


Rusiya və Ukrayna əsirlərin dəyişdirilməsi barədə razılığa gəlib

Rusiya və Ukrayna arasında 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "PBS" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna Prezidentlərini bir araya gətirməkdə israrlıdır: "Bu liderləri bir araya gətirmək üçün israrlı arzumuz var. Hələ ki, bacarmamışıq, amma ümidimi itirmirəm". Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfi ilə danışıqlar aparır, nəticə əldə etməyə çalışır: "Biz həm Putinlə, həm də Zelenski ilə danışıqlar aparırıq. Biz onlardan birinin tərəfini tutmaqla deyil, hər iki liderlə əlaqə saxlamaqla nəticə əldə etməyə çalışmalıyıq".
20-09-2022, 17:42
Tacikistan və Qırğızıstan sülh protokolu imzaladı


Tacikistan və Qırğızıstan sülh protokolu imzaladı

Tacikistan və Qırğızıstan arasında sülh protokolu imzalanıb. Butov.az xəbər verir ki, iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri Tacikistanda “Guliston” sərhəd-keçid məntəqəsi ərazisində görüşüblər. Tərəflər atəşkəs rejiminə riayət olunmasının vacibliyini vurğulayıblar. Komitə rəhbərləri sərhədyanı rayonların sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilməsi haqda yekdil fikrə gəliblər. İclas üç bənddən ibarət protokolun imzalanması ilə başa çatıb. Beləliklə, qoşunların sərhəddən daimi dislokasiya yerlərinə çıxarılması nəzərdə tutulur.
20-09-2022, 17:39
Gürcüstan və Polşa birgə PUA istehsal edəcək


Gürcüstan və Polşa birgə PUA istehsal edəcək

Gürcüstan Polşa şirkəti ilə birgə pilotsuz uçuş aparatları (PUA) istehsalına başlayacaq. Bu barədə Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze məlumat verib. "Polşa şirkəti ilə bütün rəsmi proseslər başa çatıb", - deyə nazir bildirib. Lakin o, əməkdaşlıq ediləcək şirkətin adını və PUA-nın modelini açıqlamayıb.
19-09-2022, 20:29
Almaniya Ukraynaya yeni hərbi texnikalar verib


Almaniya Ukraynaya yeni hərbi texnikalar verib

Almaniya vəd edilmiş hərbi texnikanı Ukraynaya təhvil verib. Ukraynanın silahlı qüvvələri iki ədəd “Mars II” raket sistemi və 50 ədəd “Dingo” zirehli personal daşıyıcısını qəbul edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna hərbçiləri üçün təlim layihələri də istifadəyə veriləcək.“Dingo” zirehli personal daşıyıcısı patrul xidmətləri üçün istifadə olunan xüsusi silahlı maşındır. Almaniyada müxtəlif dəyişikliklərdə 500-dən çox belə avtomobil var.“Mars II” qurğuları HIMARS-in alman analoqu olan MLRS-in tırtıl bazasına quraşdırılıb. Raketin çəkisi 107 kiloqram, uçuş məsafəsi 40 kilometrdir. Sursat 140 millimetrə qədər qalınlığı olan zirehi dəlib keçə bilir.
19-09-2022, 20:27
Azərbaycan MDB-də çox Rusiyaya məhsul göndərir


Azərbaycan MDB-də çox Rusiyaya məhsul göndərir

Cari ilin yanvar-avqust aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 543,6 milyon ABŞ dolları, Ukraynaya 333 milyon dollar, Belarusa isə 81,3 milyon dollar olub.
19-09-2022, 20:26
Avropa Məhkəməsinə ilk dəfə qadın rəhbərlik edəcək


Avropa Məhkəməsinə ilk dəfə qadın rəhbərlik edəcək

Avropa İnsan Haqları Məhkəməsinin yeni prezidenti seçilib. Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, məhkəməyə İrlandiyadan olan Siofra Oliri rəhbərlik edəcək. Xanım prezident vəzifəsinə noyabr ayının 1-dən etibarən başlayacaq. Avropa İnsan Haqları Məhkəməsinin ilk qadın rəhbəri olan xanım Oliri bu vəzifədə İslandiyadan olan Robert Spanonu əvəz edəcək. Oliri bundan əvvəl məhkəmənin vitse-prezidenti vəzifəsində olub.
19-09-2022, 20:24
Rusiya və Çin birgə hərbi təlimlər barədə razılığa gəldilər


Rusiya və Çin birgə hərbi təlimlər barədə razılığa gəldilər

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Yanq Tzeçi arasında görüş keçirilib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər ABŞ-ın Asiya-Sakit okean regionunda hərəkətləri nəticəsində gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib, hərbi-texniki əməkdaşlıq və hərbi qüvvələrin gücləndirilməsinə dair razılığa gəliblər. Görüş zamanı Əfqanıstan məsələsi, Asiya-Sakit okean regionunun hərbi-siyasi vəziyyəti, o cümlədən Koreya yarımadası və Tayvan ətrafındakı vəziyyət müzakirə edilib."Həmsöhbətlər ABŞ və onun müttəfiqləri tərəfindən regionda gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər”, - açıqlamada deyilir. Bundan əlavə, Patruşev və Yanq Tzeçi Ukrayna mövzusunu da müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!