Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
5-09-2022, 01:20
Paşinyan Rusiyaya gedir


Paşinyan Rusiyaya gedir

Sentyabrın 7-də Vladivostokda Şərq İqtisadi Forumunun plenar iclası keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. İclada Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, digər dövlət və hökumət başçıları iştirak edəcək. Gün ərzində Vladimir Putinin konfransa dəvət olunmuş xarici liderlərlə ikitərəfli görüşləri də nəzərdə tutulub. İkitərəfli və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Məlumata görə, telekonfrans vasitəsilə Myanma, Monqolustan, Çin, Hindistan və Malayziya liderləri də sessiyada iştirak edəcək.
5-09-2022, 00:54
Ermənilər yenidən Kəlbəcəri atəşə tutdular


Ermənilər yenidən Kəlbəcəri atəşə tutdular

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
5-09-2022, 00:51
İsrail Türkiyə ilə razılaşmanı təsdiqlədi


İsrail Türkiyə ilə razılaşmanı təsdiqlədi

İsrailin Nazirlər Kabineti aviaşirkətlərin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib. Bu barədə İsrailin Baş naziri Yair Lapid twitter səhifəsində məlumat paylaşıb. “Bu gün hökumət Türkiyə ilə İsrail arasında hava nəqliyyatının bərpasına dair sazişi təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcəklər”, - deyə Baş nazir vurğulayıb.
5-09-2022, 00:50
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi


Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Bakı şəhərinin Xətai rayonunda yanğın olub. Butov.az xəbər verir ki, Yeromenko küçəsi 56 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib. Tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
5-09-2022, 00:48
Qonşu ölkənin meşələri yanır


Qonşu ölkənin meşələri yanır

Gürcüstanda bir neçə yerdə eyni anda meşə yanğınları başlayıb. Butov.az xəbər verir ki, qonşu ölkənin Tetricğaro, Kvareli, Mestia və Çoxatauri bələdiyyələrinin ərazisindəki meşə sahələrində yanğın baş verib. Fövqəladə Hallar İdarəsi hadisə yerinə yanğınsöndürmə qruplarının səfərbər olduğunu bildirib. Bundan əlavə, Çoxatauri bələdiyyəsinin Zemo Xeti ərazisində, Mestia bələdiyyəsinin Latali, Kvareli bələdiyyəsinin Şilda, Tetricğaronun isə Asureti kəndində yanğın ocaqlarının söndürüldüyü deyilir. Fövqəladə Hallar İdarəsi digər ərazilərdə yanğının lokallaşdırılması işlərinin davam etdirildiyini qeyd edib.
5-09-2022, 00:46
Şəhidlərimiz anıldı


Şəhidlərimiz anıldı

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib. Vətən Müharibəsi Qəhrəmanı şəhid Zaur Nudirəliyev və şəhid Rüfət Əsgərovun xatirələrinə həsr olunan mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də Heydər Əliyev adına Hərbi İnstitutun şəxsi heyəti iştirak ediblər. FHN-nin mətbuat xidmətindən bildiriblər ki, mərasimlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər ifa olunub.
5-09-2022, 00:40
Çeçen döyüşçülər Donetskdə hücuma keçdi


Çeçen döyüşçülər Donetskdə hücuma keçdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Donetsk ərazisində hücuma başlandığını elan edib. Bu barədə Kadırov Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, hücum "Axmat" xüsusi təyinatlıları və digər korpuslar tərəfindən təşkil edilib. Qeyd olunub ki, qırıcılar Soledar, Yakovlevka və Seversk istiqamətində aktiv şəkildə hərəkətə keçib.
5-09-2022, 00:37
Rusiyanın Çindəki səfiri istefa verdi


Rusiyanın Çindəki səfiri istefa verdi

Rusiyanın Çindəki səfiri Andrey Denisov istefa verib. Butov.az xəbər verir ki, diplomat tezliklə vəzifəsini tərk etmək qərarına gəlib. “Bəli, həqiqətən də, Çin Xarici İşlər Nazirliyinin və digər ölkələrin Pekindəki diplomatik nümayəndəliklərinin artıq bildirdiyi kimi, vəzifəmi yaxın vaxtlarda tərk edirəm”, - rusiyalı diplomat açıqlamasında deyib.
4-09-2022, 23:41
Lerikdə turist avtobusu qəzaya uğradı - 8 ölü


Lerikdə turist avtobusu qəzaya uğradı - 8 ölü

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub. Butov.az xəbər verir ki, qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri - Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959). Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb. Son məlumata görə, qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Lerikdə yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Butov.az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda yerləşən Günəşli kəndi ərazisində baş verib. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Hadisə zamanı avtobusda 50 nəfərin olduğu bildirilir. Yaralılar xəstəxanaya aparılıb. Qəzanın ilkin səbəbi hələlik məlum deyil.
4-09-2022, 23:32
İdmançımız ilk qızıl medalını qazandı


İdmançımız ilk qızıl medalını qazandı

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb. Butov.az-ın xəbərinə görə, 60 kiloqram çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır. Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!