2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
6-08-2025, 15:33
Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşdü


Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşdü

Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşüb.
Hadisə Şəki-Qax avtomobil yolunun Qaxın Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini 29 yaşlı Elşən Abdullayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq öncə ağaca dəyib, daha sonra isə aşıb.
Qəza zamanı sürücü Elşən Abdullayev və onun atası 70 yaşlı Eldar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xətəxanasına yerləşdiriliblər.
Məlumata görə, avtomobildə sürücünün anası da olub, lakin qadın xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
6-08-2025, 15:28
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri


Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri

Daxili İşlər Nazirliyi tərəfindən aparılan profilaktik tədbirlərə baxmayaraq sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarının təşkil edilməsi hallarına rast gəlinməkdədir.
DİN-dən bildirilib ki, qeyd edilən qanunsuz hərəkətlərə qarşı mübarizə istiqamətində Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən növbəti dəfə bir-neçə əməliyyat-texniki tədbir hazirlanaraq həyata keçirilib.
Belə ki, Baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Adları sadalanan şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb onlardan "fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər. Daha sonra onlar sosial platformalarda “Kral Kazino" və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və sair maddi sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.
Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb edilmələri istiqamətində tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir.

6-08-2025, 14:49
Çimərliklərdə yoluxucu xəstəlik aşkarlanıb? - RƏSMİ


Çimərliklərdə yoluxucu xəstəlik aşkarlanıb? - RƏSMİ

Hazırda Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə Mərkəz tərəfindən monitorinqlər davam etdirilir.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir.
Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir.
Xatırladaq ki, son günlər uşaqlar arasında bağırsaq infeksiyasına yoluxma hallarının qeydə alındığına dair məlumatlar yayılıb.
6-08-2025, 14:41
Rusiya Azərbaycan qazının nəql olunduğu stansiyaya ZƏRBƏ ENDİRDİ


Rusiya Azərbaycan qazının nəql olunduğu stansiyaya ZƏRBƏ ENDİRDİ[/size]

Rusiya onlarla dronla Rumıniya sərhədi yaxınlığında Ukraynanın qaz nəqli infrastrukturu obyektinə hücum edib.
Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, bu stansiya vasitəsilə ABŞ və Azərbaycandan Ukraynaya qaz tədarük olunur.
Bildirilib ki, 6 avqust 2025-ci ildə Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasında məqsədyönlü şəkildə hücum edib.
Diqqətə çatdırılıb ki, sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.
Məlumata görə, stansiyaya dronlar vasitəsilə hücum edilib.
Hadisə yerinə mütəxəssislər cəlb olunub və onlar dəyən ziyanın həcmi ilə bağlı hesablamalar aparırlar.
Ukrayna Energetika Nazirliyi Rusiyanın enerji təsisatlarını hədəf almasından sonra heç bir nəticə ilə üzləşməyəcəyi təqdirdə, Avropadakı infrastrukturun da təhlükədə olacağı ilə bağlı xəbərdarlıq edib.
6-08-2025, 14:34
Qarabağa getmək istəyənlər üçün yenilik - Şərtlər sadələşdirildi


Qarabağa getmək istəyənlər üçün yenilik - Şərtlər sadələşdirildi

Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini məlumat yayıb.
Məlumata görə, bu funksionallığın təmin edilməsi qurum və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.
“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.
Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.

6-08-2025, 14:28
“Qarabağ”ın qələbəsi Azərbaycana xal qazandırdı


“Qarabağ”ın qələbəsi Azərbaycana xal qazandırdı

“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü mərhələsində Şimali Makedoniyanın “Şkediya” klubuna qarşı ilk oyunu ölkəyə UEFA reytinqində növbəti xalları qazandırıb.
Ağdam təmsilçisinin qələbəsi (1:0) sayəsində Azərbaycanın balansını 0,250 xalla tamamlayıb. Beləliklə, Azərbaycanın 19.000 xalı var və 28-ci yerdədir. Ukrayna bir mövqe irəlidədir (19,225), Rusiya isə (18,299) geridədir.
Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb.
6-08-2025, 14:18
Azərbaycanda minatəmizləmə prosesi - Necə gedir?


Azərbaycanda minatəmizləmə prosesi - Necə gedir?


Hazırda humanitar minatəmizləmə əməliyyatları tam gücü ilə davam etdirilir. Bu prosesə ANAMA, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və kommersiya qurumları yaxından cəlb olunub. Təmizləmə işləri həm əl üsulu ilə, həm də texnikanın köməyi ilə aparılır.
Bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov açıqlama verib.
H.Səfirxanov əlavə edib ki, bu sahədə problemlər hələ də mövcuddur:
“Beynəlxalq təşkilatların yardımları olsa da, təəssüf ki, bu dəstək Azərbaycanın üzləşdiyi real ehtiyaclara tam cavab vermir. Biz istərdik ki, beynəlxalq ictimaiyyət Azərbaycana minatəmizləmə sahəsində yardımını daha da artırsın”.
O eyni zamanda qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra rəsmi məlumatlara əsasən, mina partlayışları nəticəsində 400-dən çox insan xəsarət alıb. Verilən məlumata görə, onların böyük əksəriyyəti mülki şəxslərdir.
“İndiyədək 70 nəfər mina qurbanı həlak olub və onlardan 55-i mülki şəxslərdir. Əfsuslar olsun ki, bu hadisələr ara-sıra hələ də baş verir. Bütün maarifləndirmə və təhlükəsizlik tədbirlərinə baxmayaraq, mina partlayışları insanların həyatına və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir”.
Hafiz Səfirxanov həmçinin vurğulayıb ki, Azərbaycandakı mina qurbanlarının sayı bütün Cənubi Qafqaz regionunda qeydə alınan mina qurbanlarının sayını üstələyir və bu rəqəm artmaqda davam edir:
“Əhalini mina təhlükəsinə qarşı aparılan maarifləndirmə tədbirlərində verilən təlimatlara ciddi şəkildə əməl etməyə, yalnız icazə verilmiş ərazilərə daxil olmağa və naməlum əşyalara toxunmamağa səsləyirik”.
5-08-2025, 22:42
İki nazirlik əhaliyə birgə müraciət etdi


İki nazirlik əhaliyə birgə müraciət etdi

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın təhlükəsizliyi ilə bağlı birgə müraciət ediblər.
Daxili İşlər Nazirliyindəm (DİN) verilən məlumatda qeyd olunub ki, ölkə ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə ekoloji təhlükəsizliyin qorunması fonunda hər iki nazirlik tərəfindən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi və profilaktikası sahəsində fasiləsiz xidmət aparılır.
"Yay mövsümündə havaların isti və quraq keçməsi, meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığını nəzərə alaraq hər kəsi təbiətə səfərlər zamanı müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.
Təəssüf ki, aparılan təhlillərin nəticəsində məlum olur ki, meşə massivlərində qeydə alınan yanğınların mütləq əksəriyyəti insan səhlənkarlığı ucbatından baş verir. Tam söndürülməmiş tütün məmulatının təbiətə atılması, yandırılan kol-kos, eləcə də odla ehtiyatsız davranış yanğınlara və yaşıllıqların məhvinə gətirib çıxara bilər.
Gəlin, təbiət qoynunda keçirəcəyimiz istirahətimizi hamılıqla elə təşkil edək ki, özümüzdən sonra ətraf-mühitə bərpası illər tələb edən sağalmaz yaralar vurmayaq, yanğın təhlükəsizliyi qaydalarına əməl edək. Unutmayaq ki, ekoloji təhlükəsizliyi və meşə massivlərini qorumaq bizim vətəndaş kimi başlıca öhdəliklərimizdən biridir", - müraciətdə vurğulanıb.
5-08-2025, 21:20
Klintonlar məhkəməyə çağırıldı


Klintonlar məhkəməyə çağırıldı

ABŞ-nin keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klinton mərhum maliyyəçi Cefri Epşteynin məhkəmə işi üzrə dindirilməyə çağırılıb.
Bu barədə "New York Post" məlumat yayıb.
Qeyd edək ki, bir çox rəsmilər, o cümlədən ABŞ prezidenti Donald Tramp da Epşteynlə əlaqələrdə ittiham olunur.
Maliyyəçi yetkinlik yaşına çatmayanların cinsi istismarı üzrə ittiham olunaraq 2019-cü ildə həbs edilib və öz məhkəməsini gözləyərkən həbsxanada ölü tapılıb.
5-08-2025, 20:37
Hindistanla Pakistan arasında atəşkəs pozuldu


Hindistanla Pakistan arasında atəşkəs pozuldu

Pakistan Cammu və Kəşmirdə Hindistanla Nəzarət Xətti boyunca atəşkəsi pozub, itki yoxdur.
Bu barədə Hindistan mediası yazıb.
"Pakistan Poonç sektorunda əsassız atəş açaraq Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atəşkəsi pozub. Hindistan Ordusu Pakistanın atəşkəsi pozmasına cavab verib. Atışma 15 dəqiqə davam edib. İtki yoxdur", - deyə məlumatda bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!