Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
13-12-2025, 17:20
İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO


İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO

9 dekabr 2025-ci il tarixində Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin 27 sentyabr 2025-ci il tarixində dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dənizdə müxtəlif istiqamətlər üzrə axtarış tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək",-məlumatda deyilir.

13-12-2025, 16:33
Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub


Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub

11-12 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Krallığında səfərdə olub.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər zamanı Banqkok şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Siyasi məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Tailand Krallığının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.
Daha sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Müqabil tərəfə Azərbaycanın sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün görülən tədbirlər, eləcə də həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verilib.
Tailand Krallığının xarici işlər naziri Sihasak Phuanqketkeov ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Səfirliyin açılışının və ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
Eyni zamanda, nazir müavini Elnur Məmmədov Tailand Krallığı Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının spikeri Vanmuhammadnoor Matha ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu qeyd olunub, çoxtərəfli parlamentlərarası platformalarda təşəkkül tapmış səmərəli əməkdaşlıq məmnunluqla vurğulanıb.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Tailandın nüfuzlu TNN televiziya kanalına, eləcə də parlamentin televiziya kanalına müsahibələr verib. O, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Səfirlik tərəfindən təşkil olunmuş mərasimdə iştirak edib.
Bununla yanaşı, xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
13-12-2025, 12:19
Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb


Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10 min 800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, “Dyson” markalı saç feni və digər mallar aşkarlanıb.
Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan “Body-Scan” cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqabılarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş, ümumilikdə 90 qram qızıl külçə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
13-12-2025, 12:02
Türkiyə Rusiyadan təzminat tələb edəcək?


Türkiyə Rusiyadan təzminat tələb edəcək?

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Rusiya silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirdiyini və nəticədə Çernomorsk limanında mülki gəminin zədələndiyini bildirib
Hadisə ilə bağlı yayılan foto və videolara əsasən, zərbəyə məruz qalan gəminin Türkiyənin "Cenk RoRo" şirkətinə aid olduğu bildirilir.
Ukrayna mediasının yaydığı məlumata görə, Panama bayrağı altında üzən "Cenk RoRo" gəmisi Türkiyənin Karasu limanından Rumıniyaya doğru hərəkət edirmiş. Gəminin sahibi Türkiyənin yük avtomobilləri və qoşquların daşınması üzrə ixtisaslaşan "Cenk Shipping RoRo" şirkətidir. Sosial şəbəkələrdə yayılan fotolarda zərbə anında gəmidə yük maşınlarının olduğu da görünür. İlkin məlumatlara əsasən, hücum iki “İskander-M” raketi ilə həyata keçirilib. "Reuters" həmçinin gəmi sahibinin Türkiyə vətəndaşı olduğunu qeyd edir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Rusiya və Ukraynanın limanlara və enerji infrastrukturlarına zərbələrə moratorium elan etməsini təklif edib. Çernomorsk limanında baş verən bu insident isə həmin təklifdən qısa müddət sonra qeydə alınıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Yıldırım Tuğrul bildirib ki, hadisənin araşdırılmasına ehtiyac var:
“Hadisənin baş verməsindən hələ qısa müddət keçib. Ötən gün baş verən bu olay detallı araşdırılmalı və müvafiq açıqlamalar verilməlidir. İki tərəfin döyüşdüyü bir vaxtda üçüncü tərəflərin özəlliyinə və qorunmasına diqqət edilməlidir. Bundan çox qısa müddət əvvəl Qara dənizdə sahilə yaxın ərazidə iki gəmi dron hücumu ilə vurulmuşdu. O zaman da hücumu Ukraynanın etdiyi bildirildi. Ona görə də, bu hadisələrə dərhal reaksiya verməmək lazımdır. Baş verənləri anlamaq gərəklidir. Məsələn, İsraildə jurnalistlər də öldürülür. Bu da xətadır. Beynəlxalq anlaşmalar mövcuddur. Bu anlaşmalara bütün ölkələrin tabe olması lazımlıdır. Prioritet cənab Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, üçüncü tərəflərə əsla ziyan vurulmamalıdır”.



Y.Tuğrul vurulan gəmiyə görə təzminat alınması məsələsinə isə belə münasibət bildirib:
“Məsələ təzminat deyil. Bu hadisənin niyə və necə edildiyi başa düşülməlidir. Təzminat vurulan gəmi ilə əlaqədardır. Beynəlxalq hüquq baxımdan Türkiyə regionda vacib ölkədir və bir çox məsələlərdə sülhün təminatçısıdır. Türkiyənin gəmilərinə bilə-bilə hücumlar olursa, onu ayrıca formada qiymətləndirmək lazımdır”.
13-12-2025, 11:27
General nazirlikdə yüksək vəzifəyə təyin olundu


General nazirlikdə yüksək vəzifəyə təyin olundu

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.
Bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.
Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.
Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.
13-12-2025, 09:40
Bu gün axşam güclü külək başlayacaq - XƏBƏRDARLIQ


Bu gün axşam güclü külək başlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax, Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli, Qubadlı, Beyləqanda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
13-12-2025, 00:08
Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama


Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama

Sosial şəbəkələrdə Astarada itkin düşən balıqçıların tapılması ilə bağlı məlumatlar yayılıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Yayılan xəbərlərlə bağlı itkin düşən Ağadədə Həsənovun əmisi Sübhan Həsənov da məlumatları təkzib edib.
“Yayılan yalan məlumatlara görə axtarışlar dayanır. Axtarışlarla bağlı bizdən başqa heç kimin məlumatına inanmayın” – deyə o bildirib.
S. Həsənov əlavə edib ki, ailə dövlət qurumlarından qonşu ölkələrlə əlaqə yaradılaraq Turan və Ağadədənin tapılması istiqamətində işlərin genişləndirilməsini xahiş edir.
12-12-2025, 23:11
Azərbaycanın daha 4 boksçusu 1/4 finalda


Azərbaycanın daha 4 boksçusu 1/4 finalda

Azərbaycanın daha 4 boksçusu Almaniyanın Keinbaum şəhərində yeniyetmə arasında U-17 Avropa çempionatında 1/4 finala yüksəlib.
Şahin Aslanov (60 kiloqram) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.
Adil Zalov (70 kiloqram) da Avropa çempionatında qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Mujakovski (Polşa) ilə üz-üzə gələcək.
Gülər Hüseynova (48 kiloqram) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.
Fidan Bakarova (63 kiloqram) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.
12-12-2025, 22:35
Ayda iki dəfə maaş alacağıq


Ayda iki dəfə maaş alacağıq

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əməkhaqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək.
Dəyişikliyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, indiyə qədər əməkhaqqının hesablanması qaydası, o cümlədən vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdi.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə isə bunun iki dəfə həyata keçirilməsi təsbit olunur.
Deputat bu yeni qaydanın ailə büdcəsinin planlaşdırılması baxımdan da çox əhəmiyyətli olduğunu vurğulayıb.
O həmçinin söyləyib ki, bu həm də beynəlxalq təcrübədə tətbiq edilən metodlardan biridir və bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi gözlənilir:
“Çünki vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əməkhaqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsində xərclərin planlaşdırılmasına gətirib çıxara bilər”.
V.Bayramov onu xatırladıb ki, işçilər üçün bu metod həm beynəlxalq təcrübədə tətbiq olunur, həm də Beynəlxalq Əmək Təşkilatı belə bir mexanizmi tövsiyə edir: “Digər tərəfdən bu, işçilər üçün, xüsusi olaraq büdcənin planlaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq təcrübəyə uyğun dəyişiklikdir”.
12-12-2025, 22:28
Tramp müharibə edən ölkələri barışdırdı


Tramp müharibə edən ölkələri barışdırdı

ABŞ Prezidenti Donald Tramp Tailandın Baş naziri Anutin Çarnvirakul və Kambocanın Baş naziri Hun Manetlə telefonla danışıb.
Bu barədə ABŞ Prezidenti “Truth” sosial media hesabında bildirib. Dövlət başçısı qeyd edib ki, tərəflər atışmanı dayandırmağa və Malayziyanın Baş naziri Ənvər İbrahimin köməyi ilə Tramp və onların birgə imzaladığı sülh sazişinə qayıtmağa razılıq veriblər.
“Hər iki ölkə sülhə hazırdır və Amerika Birləşmiş Ştatları ilə ticarəti davam etdirir. İki gözəl və çiçəklənən ölkə arasında böyük bir müharibəyə çevrilə biləcək toqquşmanın həllində Anutin və Hun ilə birlikdə işləmək mənim üçün şərəfdir. Həmçinin bu çox vacib məsələdə göstərdiyi köməyə görə Malayziyanın Baş naziri Ənvər İbrahimə təşəkkür edirəm”, - deyə Tramp əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!