Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
11-12-2025, 14:26
Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib


Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib

Macarıstana işgüzar səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu bu ölkənin Prezidenti Tamas Sulyok qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyi üzrə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunan irəliləyişi dəyərləndirmək üçün əhəmiyyətli bir platforma yaradıb.
Tərəflər ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, nəqliyyat əlaqəliliyi, təhsil və mədəni mübadilə kimi əsas sahələr üzrə strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsində davamlı siyasi dialoqun və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb.
Regiondakı post-münaqişə reallıqları, Ermənistan ilə normallaşma prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinə də toxunulub.
Tərəflər regional və çoxtərəfli çərçivələrdə genişlənən əməkdaşlığı vurğulayaraq iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ortaq öhdəliyi qeyd ediblər.
11-12-2025, 14:22
Bakıda yüksək vəzifəli şəxslər HƏBS EDİLDİ


Bakıda yüksək vəzifəli şəxslər HƏBS EDİLDİ

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.
Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham olunan R.Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda şübhəli bilinir.
Daşdəmirov Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Bu işlə əlaqəli Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə də saxlanılıb.
Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
11-12-2025, 14:10
İrəvandakı qondarma “Qarabağ nümayəndəliyi”ndə axtarış gedir


İrəvandakı qondarma “Qarabağ nümayəndəliyi”ndə axtarış gedir

İstintaq Komitəsi bildirib ki, "cinayə işi çərçivəsində zəruri istintaq hərəkətləri həyata keçirilir". Lakin onlar hansı işə istinad etdiklərini dəqiqləşdirməyiblər.
Ermənistan İstintaq Komitəsinin əməkdaşları İrəvandakı qondarma “Dağlıq Qarabağ nümayəndəliyi”ndə axtarış aparırlar.
Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Qondarma nümayəndəliyin təmsilçisi Njde İskandaryan bildirib, bir saat əvvəl müstəntiqlər gəlib axtarışa və sənədlərin müsadirəsinə icazə verən məhkəmə qərarını təqdim ediblər.
"Biz sənədləri təqdim etmişik və hadisələrin gedişatını izləyirik. Onların hansı sənədləri axtardıqlarını və ya nəyi müsadirə etməli olduqlarını bilmirəm", - İskandaryan deyib.
İstintaq Komitəsindən bildirilib ki, "cinayə işi çərçivəsində zəruri istintaq hərəkətləri həyata keçirilir", lakin hansı işə istinad etdikləri açıqlanmayıb.
11-12-2025, 14:01
Ermənilərin məhkəməsində tərəflərə replika hüququndan istifadə etmək imkanı yaradıldı


Ermənilərin məhkəməsində tərəflərə replika hüququndan istifadə etmək imkanı yaradıldı

Dekabrın 11-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Məhkəmə iclasında tərəflərə replika hüququndan istifadə etmək imkanı yaradılıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında əvvəlcə təqsirləndirilən şəxslərin cinayətkar birlikdə rollarının mübahisələndirilməsinə dair hissə barədə danışıb.
Xatırladıb ki, müdafiə tərəfinin fikrincə, cinayətkar birlik dünya təcrübəsinə əsasən, kriminal cinayətlərin törədilməsi üçün yaradılır. Dövlət ittihamını müdafiiə edən prokurorun sözlərinə görə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da təsdiqlənib ki, birinci Qarabağ müharibəsi başlanmazdan bir neçə il əvvəl qeyd edilən cinayətkar dəstələr formalaşdırılmağa başlanmışdı: “Doğrudur, tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, həmin dəstələr həqiqətən də Ermənistan rəhbərliyi tərəfindən dəstəklənib və silahlandırılıb. Lakin sonradan biz gördük ki, həmin silahlı dəstələrin rəhbərləri və üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumda və Ermənistanda mühüm siyasi və hərbi postlar tutdular. Yəni, həmin dəstələr təsadüfi, özbaşına birliklər deyildi və sonradan da Azərbaycan ərazilərini işğal edən cinayətkar ordunun tərkib hissələrinə çevrildilər. Təqsirləndirilən şəxslərə gəldikdə, onlardan məsələn, David Manukyan Şuşa batalyonunun üzvü, Davit İşxanyan “28-ci Martuni” batalyonunun komandiri olub. Hansı ki, bu və digər batalyonlar məhz qeyd edilən qanunsuz dəstələrin adının dəyişmiş, daha mütəşəkkil və hərbiləşdirilmiş forması olub”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
11-12-2025, 13:58
Ruslar Ukraynada daha bir şəhəri işğal etdilər


Ruslar Ukraynada daha bir şəhəri işğal etdilər

Rusiya qoşunları Xarkov bölgəsindəki Liman şəhərini nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Rusiya Ukraynada müharibəyə 24 fevral 2022-ci ildə başlayıb. Buna cavab olaraq Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər.
11-12-2025, 00:28
“Nəriman barədə nə deyəcəyimi özüm də bilmirəm” - Qurban Qurbanov


“Nəriman barədə nə deyəcəyimi özüm də bilmirəm” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ayaks”la oyunda yaxşı çıxış etməyən və bu səbəbdən azarkeşlərin tənqidi ilə üzləşən futbolçusu Nəriman Axundzadə barədə danışıb.
Təcrübəli mütəxəssis sözüegedən qarşılaşmadan sonra bunları deyib:
“Nəriman Axundzadə ilə bağlı müzakirələr çox gedir. Nəriman barədə nə deyəcəyimi özüm də bilmirəm. Hansısa fikir bildirsəm, azarkeşə qarşı çıxmış olacağam. Daha da yaxşı oynaya bilərdi. Hər zaman futbolçularımızın yanındayam. Azarkeşlərin Nərimanla bağlı tənqidinə cavabım yoxdur”.
11-12-2025, 00:16
“Qarabağ” baxımlı qollar vurdu - Rəqib komanda


“Qarabağ” baxımlı qollar vurdu - Rəqib komanda

“Çox maraqlı oyun alındı. “Qarabağ” baxımlı qollar vurdu. Onların bir çox fürsətləri oldu. Fasilədən sonra hesabda geri düşdük. Geridönüş bizim üçün çətin olsa da, sonda bunu bacardıq”
Bunu Niderlandın “Ayaks” klubunun baş məşqçisi Fred Qrim Bakıda “Qarabağ”ı 4:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının VI tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Niderland təmsilçisinin çalışdırıcısı Ağdam klubunun yaxşı oynadığını bildirib:
”Düşünürəm ki, çox yaxşı taktiki sxem seçmişdik. Daha da yaxşı ola bilərdik. Əsas olan bizim istədiyimiz nəticəni əldə etməyimizdir. Çox sevinirəm və hətta təəccüblənirəm ki, bizdə bu qədər güc var idi. Yekun nəticədən məmnunam. İnanılmaz hisslər keçirdik. Oyunçularımız meydançada bir neçə dəfə sürüşürdü. “Qarabağ”da bu, az baş verirdi. Bəlkə də onlar belə hava şəraitinə öyrəşib”.
10-12-2025, 23:32
“Qarabağ” Bakıda məğlub oldu


“Qarabağ” Bakıda məğlub oldu

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kamilo Duran açıb. Amsterdam təmsilçisi 39-cu dəqiqədə Kasper Dolberqin qolu ilə tarazlığı bərpa edib. İlk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci yarıya da sürətli başlayan "Qarabağ" 47-ci dəqiqədə yenidən hesabda önə keçib. Bu dəfə Mateus Silva fərqlənib. Buna baxmayaraq, Azərbaycan təmsilçisi qələbə hesabını qoruyub saxlaya bilməyib. 79 və 90-cı dəqiqələrdə Oskar Qlux, 83-cü dəqiqədə isə Anton Qoei "Qarabağ"ın qapısına yol tapıblar.
Bu nəticədən sonra turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci, "Ayaks" isə 3 xalla 33-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcək.

***

"Qarabağ" - "Ayaks" (Niderland) oyununda altıncı qol vurulub.
Qonaqlar matçda dördüncü dəfə fərqləniblər - 2:4.
Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.
10-12-2025, 23:18
Meloni-Zelenski görüşü gərgin keçib


Meloni-Zelenski görüşü gərgin keçib

Meloni Romadakı görüşdə Vladimir Zelenskini müharibənin bitməsi üçün “ağrılı güzəştləri” nəzərdən keçirməyə çağırıb. Görüş 90 dəqiqə davam edib.
Bunu İtaliyanın "Corriere della Sera" nəşri yazıb.
Qəzet bildirir ki, 90 dəqiqəlik rəsmi olaraq “konstruktiv” kimi təqdim olunan görüş pərdəarxasında əslində qarşılıqlı təzyiq mühitində keçib. Meloninin mövqeyi qısa şəkildə belə olub ki, Ukrayna sülh üçün bəzi ağır qərarlarla üzləşə bilər.
Məlumata görə, danışıqlar tam da hamar keçməyib. Səbəblərdən biri İtaliyanın ABŞ-ın tezliklə sülh sazişi bağlamaq istəyini dəstəkləməsi və Avropa ölkələrindən fərqli olaraq Vaşinqtonun mövqeyinə daha yaxın dayanmasıdır. Meloninin komandası Ukraynadakı korrupsiya qalmaqalı ilə bağlı narahatlıqlarını da gizlətmir.
Nəşrin yazdığına görə, İtaliyanın hakim partiyasında Meloninin Zelenskiyə “mənəvi təzyiq göstərdiyi”, hətta bunu qismən Ağ Evin adından etdiyi deyilir. Zelenski isə əvəzində Melonidən Trampın mövqeyini yumşaltmağa çalışmasını xahiş edib.
10-12-2025, 23:04
Bakıda yağan yağış azyaşlını xəstəxanalıq etdi


Bakıda yağan yağış azyaşlını xəstəxanalıq etdi

Artıq bir neçə gündür ki, Azərbaycanda davam edən yağıntılı hava paytaxtın həyatını iflic edib. Bu gün Bakıda güclü leysan nəticəsində yolları su basıb, bir çox qəsəbələrdə hərəkət tam çətinləşib. Sakinlər evlərindən çıxmaqda belə çətinlik çəkdiklərini bildirirlər.
Xüsusilə Türkan qəsəbəsində vəziyyət acınacaqlıdır. Qısa müddətdə yağan yağış qəsəbəni sözün əsl mənasında su altında qoyub. Hətta qəfil yaranan gölməçələrdən birində azyaşlı uşaq yıxılaraq xəsarət alıb və xəstəxanaya aparılıb.
Sakinlər vəziyyətin hər il təkrarlanmasından narazıdır. Onların sözlərinə görə, yağış yağan kimi qəsəbə keçilməz olur, yollar suya qərq edilir, evlərə dolan sular isə ciddi fəsadlar yaradır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!