Makron nüvə arsenalının artırılacağını AÇIQLADI .....                        Bəhreyn İranın 70 raket və 59 PUA-sını məhv edib .....                        Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                       
22-10-2025, 15:24
10 aydır itkin düşən kişinin qətlə yetirildiyi məlum oldu - Arvadı tutuldu


10 aydır itkin düşən kişinin qətlə yetirildiyi məlum oldu - Arvadı tutuldu

Bakının Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
22-10-2025, 15:20
Xarkovda uşaq bağçası bombalandı


Xarkovda uşaq bağçası bombalandı

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Zərbə nəticəsində şəhərdə özəl uşaq bağçasında yanğın baş verib.
Hadisə nəticəsində 1 qadın həlak olub, daha 6 nəfər isə yaralanıb.
Bağçadakı uşaqlar isə təxliyə edilib.
Hücum zamanı bağçanın yaxınlığında yerləşən ofisə də zərər dəyib.
22-10-2025, 15:17
Məsud Pezeşkianın oğlu: “Atamın planı düzgün anlaşılmır”


Məsud Pezeşkianın oğlu: “Atamın planı düzgün anlaşılmır”[/color]

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə cavab verib.
O, “Telegram” kanalında paylaşım edərək atasının ölkədəki problemləri açıq şəkildə qəbul etdiyini və islahat yolunun da məhz buradan başladığını bildirib.
“Atam mövcud çatışmazlıqları səmimi şəkildə etiraf edir və hesab edir ki, bu, dəyişikliklərin başlanğıcıdır. Onun planı, gələcəyə baxışı və ümidi var, amma ideyaları bəzən cəmiyyət tərəfindən düzgün anlaşılmır”, - Yusif Pezeşkian qeyd edib.
Prezidentin oğlu vurğulayıb ki, problemlərin həlli üçün hökumət, parlament, məhkəmə sistemi, dini strukturlar və xalq arasında birgə əməkdaşlıq vacibdir.
“Yeni nəticələr əldə etmək üçün köhnə üsulları təkrarlamaq olmaz. Bəzən hərəkətə başlamaq üçün sistemi silkələmək lazımdır”, - o yazıb.
22-10-2025, 15:06
Estoniya XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət etdi


Estoniya XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət etdi

Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.
Nazir burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının mənzərəsini seyr edən qonaqlara Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.




22-10-2025, 15:02
Orta Dəhliz Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir - Nazir


Orta Dəhliz Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir - Nazir

Orta Dəhliz alternativ deyil, Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə çıxşında deyib.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən Qərb ölkələrinin Orta Dəhlizə böyük marağı müşahidə edilir.
“Vaxtilə Qərb ölkələri Orta Dəhlizi rəqib marşrut kimi dəyərləndirirdilər. Lakin son illərdə həmin ölkələrin dəhlizə maraqlarının artdığını görürük”, - nazir söyləyib.
R.Nəbiyev qeyd edib ki, Azərbaycan Orta Dəhliz layihəsi üzrə öhdəliklərinə sadiqdir:
“Azərbaycanda dəmir yolu infrastrukturu tam yenilənib, minlərlə kilometr dəmir yolları çəkilib. Doqquz beynəlxalq hava limanından üçü bu yaxınlarda azad olunmuş ərazilərdə inşa olunub. Azərbaycan həmçinin Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafına təqribən 1 milyard ABŞ dolları həcmində investsiya yatırıb”.
Nazir Zəngəzur dəhlizinə də toxunaraq dəhlizin inkişafı üçün böyük perspektivin olduğunu vurğulayıb.
22-10-2025, 14:57
Simonyan Sahibə Qafarova ilə görüşü barədə: “Çox müsbət oldu”


Simonyan Sahibə Qafarova ilə görüşü barədə: “Çox müsbət oldu”

Ötən gün Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
Spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar. Onlar konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Simonyan Sahibə Qafarova ilə görüşü barədə açıqlama verib.
O, görüşün məzmumundan danışıb: "Sahibə Qafarova ilə söhbətimiz oldu, məsələn, hərbi təcavüz haqqında danışdıq. Kimlərsə deyir ki, belə bir şey ola bilər, o mənə dedi ki, bu mümkün deyil, bu qədər addım atmışıq".
Erməni spikerin sözlərinə görə, tərəflər görüşdə çox işlər gördüklərini bildiriblər: "Öz üzərimizə beynəlxalq öhdəliklər götürmüşük. Belə bir fikir var ki, parlamentlər cəmiyyətləri hazırlamaq, onları bir-birinə daha da yaxınlaşdırmaq, sülh reallığında yaşamaq, bir-birinə doğru addımlar atmaq məntiqini öz üzərinə götürməlidir. Çox müsbət, isti görüş oldu".
22-10-2025, 14:52
Mən sizin işinizdən razıyam - İlham Əliyev


Mən sizin işinizdən razıyam - İlham Əliyev

"Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm".
Bunu Prezident İlham Əliyev Baş nazirin birinci müavini Yaqub Eyyubovu qəbul edərkən deyib.
"Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz. Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim", - dövlət başçısı qeyd edib.
21-10-2025, 17:50
Bu yağlar həyatımız üçün təhlükə mənbəyidir - Ekspertdən XƏBƏRDARLIQ


Bu yağlar həyatımız üçün təhlükə mənbəyidir - Ekspertdən XƏBƏRDARLIQ

Yerli bazarda satılan bitki və kərə yağlarının keyfiyyəti ilə bağlı ciddi narahatlıqlar yaranıb. İddialara görə, hətta ən bahalı və tanınmış markalı yağların tərkibinə belə süni müdaxilələr olunur. Son günlər dabaq xəstəliyinin sürətlə yayılması isə vəziyyəti daha da qəlizləşdirərək, marketlərdə keyfiyyətli yağ məhsullarının seçimini, eləcə də tapılmasını çətinləşdirib.
Qida mütəxəssisi Fərid Səfərov qeyd edib ki, süni müdaxilə edilmiş yağlar ciddi sağlamlıq riskləri daşıya bilər. Onun sözlərinə görə, saxtalaşdırılmış və keyfiyyətsiz yağların içərisinə daha ucuz yağların qarışdırılması qida saxtakarlığının yayılmış formalarından biridir.
“Bu cür yağlar bəzən təmizlənməmiş, oksidləşmiş və ya təkrar istifadə edilmiş köhnə yağlardan ibarət olur. Belə məhsulların tərkibi dəqiq məlum olmur, qiyməti isə çox ucuz olur və etiketi təsadüfi şəkildə hazırlanır. Davamlı istehlak edildikdə isə, belə yağlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər”.
F.Səfərov bildirib ki, yağların keyfiyyəti yeməkdə əsas təhlükəsizlik və sağlamlıq faktoru hesab edilir:
“Şəffaf və etiketində tam məlumat göstərilən məhsulların seçilməsi də bu baxımdan vacib sayılır. Belə halda, istehsal və son istifadə tarixlərinə diqqət yetirmək lazımdır, çünki köhnə yağlar daha tez oksidləşərək keyfiyyətini itirir. Bundan başqa, yağların açılışdan sonra necə saxlanması qaydası da önəmlidir. Məsələn, yüksək temperatur və işıq yağın keyfiyyətinə mənfi təsir göstərə bilər”.
Ekspert yağ seçimində diqqət yetirilməsi vacib olan bir neçə əsas məqama da diqqət çəkib:
“Çox ucuz qiymət digər oxşar məhsullarla müqayisədə kəskin fərqlənirsə, bu, saxtalaşdırma ehtimalını göstərir. Habelə, etiketdə qeyri-müəyyən məlumatların olması da şübhə doğurur. Bununla yanaşı, yağın qoxusu və dadı da məhsulun təzə olub-olmadığını təsdiqləməlidir. Acı yaxud göyərmiş dad hiss olunursa, həmin məhsuldan uzaq durmaq məqsədəuyğundur”.
Qida mütəxəssisi orijinal və etibarlı brendlərin seçilməsi tövsiyə olunduğunu, mümkün qədər tanınmış və sertifikatlaşdırılmış məhsullara üstünlük verilməsinin vacibliyinə də toxunub:
“Saxlama şərtləri, istifadə tarixi və istehsal yeri barədə məlumatlar da diqqətlə yoxlanmalıdır. Sağlamlığımız müəyyən qədər özümüzdən asılıdır və buna görə ağıllı seçimlər etmək çox önəmlidir. Bu isə mütləq məlumatlılıq və diqqət tələb edir. Keyfiyyətli yağların seçilməsi və saxtalaşdırılmış məhsullardan uzaq durmaq isə sağlam həyat tərzinin əsas tərkib hissəsidir”,- deyə ekspert bildirib.
21-10-2025, 17:44
Sürücülər imtahan verdilər - 313 nəfəri kəsildi


Sürücülər imtahan verdilər - 313 nəfəri kəsildi

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 21-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün elektron imtahanlar korpusunda növbəti test imtahanı keçirib.
DİM-dən bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında 1492 nəfər iştirak edib və onlardan 1179-u tələb olunan şərtləri ödəyib. Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üzrə 41 nəfər imtahan verib və onlardan 22-si uğur qazanıb. Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 28 namizəd iştirak edib və 17 nəfər müvəffəqiyyət qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 22-23-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.
21-10-2025, 17:40
İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi


İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi Azərbaycana 2026-cı ildə dövlət səfərinə dəvət edib.
Bu barədə İlham Əliyev Qazaxıstan Prezidenti ilə Astanada mətbuata birgə bəyanatları zamanı deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!