Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin! - PUTİN .....                        Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI .....                        Azərbaycanlı şəhid ailələri Yaşar Gülərin dəvəti ilə Ankarada .....                        Gədəbəydə dağlıq ərazidə yanğın .....                        Beyinin qocalmasını dayandıracaq maddə aşkarlandı .....                        Dövlətə xəyanət edən Bəhruz Səmədov 15 il həbs edildi .....                        Tramp Rusiya və Çinlə bağlı Pentaqona tapşırıq verib .....                        Əfqanıstanda ölənlərin sayı 1500-ə çatır .....                        Müharibə və sülh arasında seçim - Çin liderindən mesaj .....                       
15-04-2025, 15:30
Prezident məhkəmələrə sədr və hakimlər təyin etdi - Siyahı


Prezident məhkəmələrə sədr və hakimlər təyin etdi - Siyahı

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib.
Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla apellyasiya instansiyası məhkəmələri üzrə:

- Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin;

- Mehman Dünyamalı oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

- Əlizamin Gülzalı oğlu Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

- Elçin Məhəmməd oğlu Mehdiyev Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

inzibati məhkəmələr üzrə:

- Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilsin;

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

- Günay Mikayıl qızı İsmayıl Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri təyin edilsin;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

- Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Abbas Əhəd oğlu Rzayev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Xəyal Əjdər oğlu Sarıyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Azər İslah oğlu Paşayev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Elbəy Hidayət oğlu Allahverdiyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

- Fərid İlham oğlu Əyyubov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Natiq Mehdi oğlu Abbasov Ağstafa Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Elmir Xoşbəxt oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Marif Sabir oğlu Kazımov Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Ruslan Əliyar oğlu Əlizadə Yevlax Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Gülsarə Kərimovna İmanova Zəngilan Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Elşad İbiş oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin;

- Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.
15-04-2025, 15:11
"Ermənistan atəşkəsi pozmaqla bir yerə çata bilməz"


"Ermənistan atəşkəsi pozmaqla bir yerə çata bilməz"

“Ermənistanın ağlını başına toplaması lazımdır”.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclasında jurnalislətə açıqlaması zamanı söyləyib.
O bildirib ki, “Tək Vətən” hərəkatı ilə Qarabağda Zəfər qazanılıb və işğal edilmiş torpaqlar öz azadlığına qovuşub:
“Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ermənistan ən qısa zamanda bu gerçəkləri qəbul etməlidir və Azərbaycanın uzatdığı barış əlini tutmalıdır. Tez zamanda sülh sazişi imzalanmalıdır. Bölgəyə tezliklə sülh gəlməlidir. Məqsədimiz budur. Ermənistan tərəfindən Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları boş səylərdir. Bununla bir yerə çatmaq olmaz”.
15-04-2025, 14:59
Sabah geomaqnit qasırğası gözlənilir


Sabah geomaqnit qasırğası gözlənilir

Aprelin 16-da G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.
Bildirilib ki, digər TKA-nın da təsiri əlavə olunarsa, geomaqnit qasırğasının intensivliyinin G3 səviyyəsinə qalxması ehtimalı var.
15-04-2025, 14:50
Bakıda mozaikalar bərpa edilir - FOTO


Bakıda mozaikalar bərpa edilir - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində, o cümlədən Nərimanov rayonu, “Ulduz” metro stansiyasının yaxınlığında yerləşən keçmiş Bakı Şin Zavodunun fasadını bəzəyən nadir monumental sənət nümunəsi olan mozaikanın bərpası üzrə genişmiqyaslı işlər həyata keçirilib.
Artıq Bakının bir neçə məkanında – Nəsimi rayonunda, Tbilisi prospekti 54 ünvanında, Xəzər rayonunda Zaqulba prospektində yerləşən sanatoriyanın yaxınlığında, eləcə də Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən monumental mozaika nümunələri də bərpa olunub.
Bu işlər bir sıra digər ünvanlarda da davam etdirilir. Bu layihə paytaxtın mədəni həyatında yeni bir səhifə açaraq, zamanın itirilmiş nəfəsini şəhər sakinlərinə və gələcək nəsillərə qaytarır. Beləliklə, mozaika şəhərimizin canlı bədii elementi kimi keçmişlə gələcəyin, sənətlə gündəlik həyatın, sənaye tarixi ilə müasir ekoloji şəhərsalmanın arasında körpü rolunu oynayır.




15-04-2025, 14:10
Soyuğa görə istilik təminatının müddəti ARTIRILDI


Soyuğa görə istilik təminatının müddəti ARTIRILDI

Mövcud hava şəraiti nəzərə alınmaqla soyuq günlərdə "Azəristiliktəchizat" ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri işləyəcək.
Bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.
Onun sözlərinə görə, istilik təminatı daha bir neçə gün davam edəcək.
Mövcud qanunvericiliyə əsasən, bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandırmalı idi.
Qeyd edək ki, respublika üzrə "Azəristiliktəchizat" ASC-nin balansında 557 qazanxana və 88 istilik məntəqəsi fəaliyyət göstərib. Mövsüm ərzində 3 871 yaşayış binası, 185 mindən çox mənzil, yüzlərlə məktəb, bağça və səhiyyə müəssisəsi, eləcə də 2 mindən artıq sosial və təsərrüfat obyekti istiliklə təmin olunub.
15-04-2025, 13:42
Gəncədə evləri su basdı - FOTO


Gəncədə evləri su basdı - FOTO

Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı Gəncə şəhərinə yağan yağışlar nəticəsində Gəncə şəhərinin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış suları dolub.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Gəncə şəhər Sukanal İdarəsi və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunublar. Həyətlərə və evlərə dolan sular çəkilir, yağış sularının istiqamətinin dəyişdirilməsi üçün iş görülür.


15-04-2025, 13:36
Aparıcı Azər Zahidin həbs müddəti uzadıldı


Aparıcı Azər Zahidin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb.
Bu gün Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.
Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.
15-04-2025, 13:28
Spiker Hulusi Akarla görüşüb


Spiker Hulusi Akarla görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə bildirilib ki, dövlət başçılarımızın davamlı təmasları strateji müttəfiqliyimizin hər gün yeni amillərlə zənginləşdiyini göstərir. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi ardıcıl şəkildə həyata keçirilir. Qeyd olunub ki, qardaş ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələr uğurla inkişaf edir. Qanunverici orqanların rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri, deputatların davamlı təmasları və qarşılıqlı dəstəyi bunu bir daha sübut edir.
Hulusi Akar Şuşa və Xankəndiyə səfəri haqqında təəssüratlarını bölüşərək, həmin ərazilərdə böyük inkişaf və quruculuq işlərinin şahidi olduqlarını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının regionda yeni reallıqlar yaratdığını söyləyərək, Ermənistanın sülh sazişini imzalamaq üçün lazımi iradə göstərməsini və Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmasını arzuladığını bildirib.
Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayaraq, bu məsələdə də Azərbaycanın dövlət başçısının qəti iradəsinin şahidi olduqlarını deyib.
Spiker Sahibə bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bütün Türk dünyasının qələbəsidir və qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsində mühüm amildir.
TBMM-in komitə sədri müdafiə, təhlükəsizlik, müdafiə sənayesinin inkişafında Azərbaycan və Türkiyənin böyük yol qət etdiklərini və ölkələrimizin bu istiqamətdə atdığı addımların heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
15-04-2025, 13:18
“Müharibə olmayacaq!” - Paşinyan orduya göstəriş verdiyini deyir


“Müharibə olmayacaq!” - Paşinyan orduya göstəriş verdiyini deyir

Ermənistanın baş nazirinin sözlərinə görə, eskalasiya və yeni hərbi əməliyyatlar üçün heç bir əsas yoxdur.
Baş naziri Nikol Paşinyan parlamentdəki bugünkü çıxışı zamanı Ermənistan və Azərbaycandakı bütün siyasi qüvvələri mümkün müharibə ilə bağlı bəyanatlar verməkdən çəkinməyə çağırıb.
Paşinyan vurğulayıb ki, atəşkəs rejiminə ciddi riayət olunması barədə Ermənistan Silahlı Qüvvələrinə göstəriş verib. Baş nazirin sözlərinə görə, İrəvan müvafiq mexanizm yaratmaqla sərhəd insidentlərinin Azərbaycanla birgə araşdırılmasına hazırdır.
Paşinyan mümkün yeni eskalasiya ilə bağlı şayiələrə də toxunub. Onun sözlərinə görə, bunun üçün heç bir əsas yoxdur - Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyıb, həmçinin güc tətbiqindən imtina ediblər.
"Mən Ermənistan və Azərbaycanda bütün siyasi və ictimai qüvvələri maksimum məsuliyyət nümayiş etdirməyə və sülh gündəminə xələl gətirən bəyanatlar verməməyə çağırıram. Ölkələrimizin xalqları sülhə layiqdir. Müharibə olmayacaq - sülh olacaq", - baş nazir bildirib.
15-04-2025, 13:06
Evdən oğurluq edən şəxs saxlanıldı


Evdən oğurluq edən şəxs saxlanıldı

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb.
O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib.
"Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib",- deyə məlumatda qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!