Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                        Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği .....                       
5-03-2026, 19:07
Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib


Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib

Suriyanın Xarici İşlər Nazirliyi İranın Azərbaycan və Türkiyəyə qarşı endirdiyi zərbələri pisləyib.
Suriya XİN bildirib ki, İranın ballistik raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Türkiyə və Azərbaycana zərbə endirməyə cəhd göstərməsi qətiyyətlə pislənir.
“Bu hərəkətlər dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır və regional, eləcə də beynəlxalq təhlükəsizlik və sabitlik üçün təhdid yaradır”, – deyə bəyanatda qeyd olunub.
Nazirlik həmçinin vurğulayıb ki, Suriya mülki əhaliyə və infrastruktur obyektlərinə qarşı yönəlmiş istənilən zorakılığı və eskalasiyanı rədd edir, Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bildirir və beynəlxalq ictimaiyyəti regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz öhdəliklərini yerinə yetirməyə çağırır.
5-03-2026, 19:01
Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti


Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib.
5-03-2026, 18:58
Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ


Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ

5 mart 2026-cı il tarixində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.
İran naziri Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib.
İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.
5-03-2026, 18:50
İlham Əliyevlə Ərdoğan Naxçıvana hücumu müzakirə etdilər


İlham Əliyevlə Ərdoğan Naxçıvana hücumu müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, liderlər Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumu müzakirə ediblər.
Ərdoğan pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən hücumu qınadığını bildirib, Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına başsağlığı və keçmiş olsun diləklərini çatdırıb.
Telefon danışığında regional təhlükəsizlik məsələləri və iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin əhəmiyyəti də vurğulanıb.
5-03-2026, 18:27
Paşinyan üçüncü dəfə Təhlükəsizlik Şurasını topladı


Paşinyan üçüncü dəfə Təhlükəsizlik Şurasını topladı

Paşinyan bir həftə ərzində üçüncü dəfə Təhlükəsizlik Şurasını toplayıb.
İclasda Ermənistan Prezidenti Vaaqn Xaçatryan, parlamentin spikeri Alen Simonyan və digər məsul şəxslər iştirak ediblər.
Gündəlikdə regiondakı vəziyyətlə əlaqədar təhlükəsizlik məsələləri və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi müzakirə olunub.
5-03-2026, 18:24
Azərbaycan və İsrail XİN başçıları Naxçıvana hücumu müzakirə etdi


Azərbaycan və İsrail XİN başçıları Naxçıvana hücumu müzakirə etdi

Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar X hesabında paylaşım edib.
"Dostum, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla danışdım. İranın Azərbaycana qarşı açıq və qəsdən törədilmiş təcavüzünü qətiyyətlə pislədim. Bu təcavüz həm Azərbaycana, həm də regiondakı digər ölkələrə qarşı tamamilə qəbuledilməzdir və bir daha göstərir ki, İran rejimi ağlı başında deyil və nəzarətsizdir" - o paylaşımında bildirib.
Nazir həmçinin vurğulayıb ki, İsrail məqsədlərinə çatana qədər hərbi əməliyyatlarını davam etdirməyə qərarlıdır.
5-03-2026, 18:22
İsrailli politoloq: İran Azərbaycanı regional münaqişəyə cəlb etmək istəyir


İsrailli politoloq: İran Azərbaycanı regional münaqişəyə cəlb etmək istəyir

Bu gün İran tərəfindən Naxçıvan aeroportu dron hücumuna məruz qalıb. Hadisə zamanı 4 vətəndaşımız xəsarət alıb, hava limanının infrastrukturuna ciddi zərər dəyib.
Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.
İsrailli jurnalist və politoloq İqor Roytapel bildirib ki, İranın bu zərbəsinə Azərbaycanı daha geniş regional münaqişəyə cəlb etmək cəhdi kimi baxmaq olar:
"Naxçıvanın hədəf kimi seçilməsi, ehtimal ki, təsadüfi deyil. Birincisi, Naxçıvan Azərbaycan üçün xüsusi simvolik əhəmiyyətə malikdir. O, ölkənin hazırkı prezidentinin və xatirəsi Azərbaycanda dərin hörmətlə anılan əvvəlki prezident Heydər Əliyevin doğulduğu yerdir. Buna görə də belə bir yerə zərbə yalnız hərbi əməliyyat kimi deyil, həm də siyasi və simvolik mesaj kimi qəbul edilir. İkincisi, Naxçıvan İran sərhədindən çox qısa, bəzi yerlərdə on kilometrdən az məsafədə yerləşir. Hərbi baxımdan bu, dron imkanları ilə hədəfə nisbətən asanlıqla çatmağı təmin edir".
İqor Rytapellin fikrincə bu hücum ikiqat effekt yaradır:
"İran bununla bir tərəfdən Azərbaycana təzyiq göstərir və onun cavabını sınayır. Digər tərəfdən isə, zərbə xüsusi milli əhəmiyyət daşıyan bir əraziyə yönəldiyi üçün güclü psixoloji və siyasi rezonans yaradır. Daha geniş kontekstdə bu cür hərəkətlər güc nümayiş etdirmək və bölgədə gərginlik coğrafiyasını genişləndirməyə çalışmaq strategiyasının bir hissəsi ola bilər. Eyni zamanda, bu addımlar daha da eskalasiya riskini daşıyır və Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlı olan dövlətlərin beynəlxalq diqqətini və reaksiyalarını artıra bilər".
5-03-2026, 18:11
Çin dünyaya dizel və benzin satışını dayandırdı


Çin dünyaya dizel və benzin satışını dayandırdı

Pekin dizel və benzin ixracını dayandırdı.
Bu barədə "Reuters" nəşri məlumat yayıb.
Bildirilir ki, Çin hökuməti ölkənin ən böyük neft emalı zavodlarına dizel yanacağı və benzin ixracını dayandırmaq göstərişi verib. Bu qərar Yaxın Şərqdə baş verən müharibənin qlobal enerji təchizatını poza biləcəyindən irəli gəlir.
Agentliyin mənbələrinə görə, bu çağırış beynəlxalq uçuşlar üçün reaktiv yanacaqla təminat, təyyarələrin girov müqabilində yanacaqla doldurulması və ya Honq Konq və Makao tədarüklərinə aid deyil.
Qeyd olunur ki, Çindən ixracın azalması - Asiyanın ən böyük yanacaq ixracatçılarından biri - Asiyada artıq məhdud olan yanacaq təchizatını daha da pisləşdirə bilər və emal marjasını artıracaq.
5-03-2026, 17:56
Rusiyada general saxlanıldı


Rusiyada general saxlanıldı

Rusiya Federasiyası müdafiə nazirinin keçmiş birinci müavini Ruslan Salikov saxlanılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko bildirib.
General Ruslan Salikov cinayətkar təşkilatın yaradılması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.
İstintaq Komitəsi müdafiə nazirinin keçmiş birinci müavininə qarşı 2017-2024-cü illər arasında üzvləri büdcə vəsaitlərini mənimsəyən cinayətkar təşkilat yaratmaqda, eləcə də "çirkli pulların yuyulması və rüşvətxorluq"da ittiham olunaraq cinayət işi açıb.
Cinayət işinin başlanması üçün əsas Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi və İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Federal Təhlükəsizlik Xidməti ilə birlikdə toplanan materiallar olub.
"Salikov Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsinin 3-cü hissəsi (şəxs tərəfindən vəzifə səlahiyyətlərindən istifadə edərək cinayətkar təşkilat yaratmaq), Rusiya Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü hissəsi (mənimsəmə), Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsi (şəxs tərəfindən cinayət törətmək nəticəsində əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması (yuyulması)) və Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (rüşvət alma) ilə iki cinayət maddəsi ilə ittiham olunub".
R.Salikov 24 dekabr 2015-ci ildən 17 iyun 2024-cü ilə qədər Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.
5-03-2026, 17:45
Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır - Rəsmi Ankara


Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır - Rəsmi Ankara

Türkiyə Xarici İşlər Nazirliyi İrandan Naxçıvana PUA hücumları ilə bağlı bəyanat yayıb.
Rəsmi Ankara bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən PUA hücumlarını qətiyyətlə pisləyib.
“Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin vacibliyini bir daha vurğulayırıq.
Türkiyə hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”, - bəyanatda deyilir.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!