Masallıdakı qəzada yaralananların son durumuAstaradan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb. Belə ki, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb, iki sərnişin isə xəsarət alıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 27.03.2025-ci il tarixində saat 15:15 radələrində Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə Astara rayon sakini 1 (nəfər) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona başın ənsə, sağ gicgah nayihəsi və sağ budun əzilmiş, didilmiş, kəsilmiş yaraları diaqnozu təyin olunub
Yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.