İsrail bu ölkəyə hücum etdi .....                        "Abzas Media" əməkdaşları barədə qərar elan edildi .....                        “Z nəslinin inqilabı” - 22 nəfər öldü, yüzlərlə yaralı var .....                        Nepal Prezidentinin istefası xəbəri təkzib edildi - YENİLƏNİB .....                        Liman şəhərinin Baş planı təsdiqləndi .....                        Millimiz Polşaya uduzdu .....                        Nəsillərə ən böyük miras .....                        Dəhşətli qəzada son anda xilas olan həkim imiş .....                        Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi .....                       
7-04-2025, 15:30
Ukrayna Vaşinqtona nümayəndə heyəti göndərir


Ukrayna Vaşinqtona nümayəndə heyəti göndərir

Ukrayna ABŞ-a ölkənin mineral ehtiyatlarına çıxış imkanı verəcək yeni saziş layihəsi üzrə danışıqlara başlamaq üçün gələn həftə Vaşinqtona nümayəndə heyəti göndərəcək.
Bu barədə iqtisadiyyat naziri Yuliya Svırıdenko “Associated Press”ə bildirib.
“Yeni saziş layihəsi “fond yaratmaq və ya birgə investisiya qoymaq” niyyətini təsdiqləyir”, - Sviridenko deyib.
Agentlik yazır ki, Kiyevdən ABŞ-a gedəcək nümayəndə heyətinə İqtisadiyyat, Xarici İşlər, Ədliyyə və Maliyyə nazirliklərinin nümayəndələri daxil olacaq.
Fevral ayında tərəflər çərçivə sazişi imzalamağa hazırlaşırdılar, lakin prezidentlər Donald Tramp və Vladimir Zelenski arasında Oval kabinetdəki mübahisəli görüşdən sonra plan pozulub.
7-04-2025, 15:14
İrandan Azərbaycana narkotik keçirənlər tutuldu - VİDEO


İrandan Azərbaycana narkotik keçirənlər tutuldu - VİDEO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 28 kiloqram 118 qram narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Mart ayının 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Aprel ayının 6-da dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri – 1993-cü il təvəllüdlü Baxşəliyev Baxşalı Kamil oğlu və 1996-cı il təvəllüdlü Kərimov İlqar İlham oğlu saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

7-04-2025, 15:06
İran Azərbaycana nə vaxt yeni səfir göndərəcək? - XİN-dən AÇIQLAMA


İran Azərbaycana nə vaxt yeni səfir göndərəcək? - XİN-dən AÇIQLAMA

İran İslam Respublikası tezliklə Azərbaycana yeni səfir təyin edəcək.
Bu haqda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bu gün keçirdiyi mətbuat konfransında bildirib.
İranın Azərbaycandakı səfirinin təyinatı ilə bağlı sualı cavablandıran Bekayi deyib: “Məsələ üzərində iş gedir və tezliklə yekunlaşacağına ümid edirik”.
XİN sözçüsü İran prezideti Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Prezidentin Azərbaycana səfəri gündəmdədir. Vaxt və təfərrüatlarla bağlı müzakirələr davam edir".
7-04-2025, 14:55
Xarici səfərlərə Ermənistan vətəndaşı kimi gedirdim - Babayan


Xarici səfərlərə Ermənistan vətəndaşı kimi gedirdim - Babayan

Təqsirləndirilən şəxs – David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri” olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.
O, xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib: “Müəyyən şəxslərdə (qondarma rejimin “vəzifəli” şəxsləri nəzərdə tutulur – red.) diplomatik pasport da var idi. Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi”.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
7-04-2025, 14:47
Məhkəmə qazi Hacı Vəliyevlə bağlı qərar verdi


Məhkəmə qazi Hacı Vəliyevlə bağlı qərar verdi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb və birinci istansiya məhkəməsinin qərarı dəyişdirilməyib.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xətai rayon Məhkəməsin qərarına əsasən, Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
7-04-2025, 14:33
Ermənilərin Azərbaycana inteqrasiyasının əleyhinə idik - David Babayan


Ermənilərin Azərbaycana inteqrasiyasının əleyhinə idik - David Babayan

Aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qarşı olub.
O, “inteqrasiya mümkünsüz idi” deyib.
D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Harutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də inteqrasiya əleyhinə olduğunu etiraf edib.
“Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
7-04-2025, 14:14
Nazir onlara vəzifə verdi


Nazir onlara vəzifə verdi

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.
Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Aydın Bəşir oğlu Bəşirov Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayonu üzrə nümayəndəsi Namiq Tarverdiyev isə bu idarənin rəisi təyin olunub.
Qeyd edək ki, N.Tarverdiyev daha əvvəl Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində də çalışıb.
7-04-2025, 13:59
Əmək pensiyaları ilə bağlı qanun dəyişir


Əmək pensiyaları ilə bağlı qanun dəyişir

Üç kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunur.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.
Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.
7-04-2025, 13:43
Astarada fiziki qüsurlu yeniyetməni maşın vurub öldürdü


Astarada fiziki qüsurlu yeniyetməni maşın vurub öldürdü

Astara rayonunda yeniyetmə bədbəxt hadisə
nəticəsində ölüb.
Hadisə Astara rayonunun Kijəbə qəsəbəsində baş verib.
Belə ki, yeniyetmənin əmisi Vasif Hacıbaba oğlu Kazımov "UAZ" markalı avtomobili geriyə hərəkət etdirərkən diqqətsizlikdən əlil arabasında olan 13 yaşlı Zəkiyyə Tosif qızı Kazımzadəni görməyib və onu vurub.
Ağır bədən xəsarətləri alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
7-04-2025, 13:06
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşüb - FOTO


Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluq qeyd edilərək, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Ali və yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bildirilib ki, bu səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.
Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin ruhuna uyğun geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edilib. Bunun insanlarımız arasında təmasların daha da sıxlaşdırılması üçün vacibliyi diqqətə çatdırılıb.
Milli Məclisin sədri Özbəkistan paytaxtının Parlamentlərarası İttifaqın 150-ci Assambleyasına yüksək səviyyədə ev sahibliyini qeyd edərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı haqqında da məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!