Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
19-11-2025, 19:25
Ukraynada 3 günlük matəm elan edildi


Ukraynada 3 günlük matəm elan edildi

Rusiya silahlı qüvvələrinin səhər tezdən Ukraynanın Ternopol şəhərinə etdiyi raket və dron hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb, 70-dən artıq insan xəsarət alıb.
Bu barədə Ternopol şəhər Şurası baş verən faciə ilə bağlı noyabrın 19-dan 21-dək matəm elan edib.
Həlak olanlardan 3-ü, xəsarət alanlardan 15-i uşaqdır. Həmçinin 150-dən çox insana yardım göstərilib.
19-11-2025, 18:52
Azərbaycanla ABŞ işçi qrup yaratdı


Azərbaycanla ABŞ işçi qrup
yaratdı


ABŞ və Azərbaycan 8 avqustda Vaşinqtonda keçirilən sammitdə əldə olunmuş razılaşmaların icrası ilə məşğul olacaq birgə işçi qrup yaradıblar.
Bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.
Hukerin sözlərinə görə, onun regiona ilk səfəri avqust razılaşmasının irəlilədilməsi üzrə mühüm mərhələ ilə üst-üstə düşür və bu səfər həmin razılaşmanın həyata keçirilməsi üçün praktiki addımların müzakirəsinə yönəlib – ticarət və enerji əməkdaşlığından tutmuş regional əlaqələrin və təhlükəsizliyin gücləndirilməsinədək.
Dövlət katibinin müavini vurğulayıb ki, həmin danışıqlar və razılaşma ilə bağlı ikitərəfli məsələlərin müzakirəsini səbirsizliklə gözləyir və tərəfləri həm bir-biri ilə, həm də Ermənistanla böyük iş gözləyir.
"Bu danışıqları davam etdirəcək işçi qrupunun yaradıldığını elan etməkdən məmnunam. Qrupa ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək. Qrupun əsas məqsədi ABŞ və Azərbaycan arasında Strateji tərəfdaşlıq Xartiyasının hazırlanması olacaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinin imzalanmasına doğru irəliləyişlə birlikdə, ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək, həmçinin Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını üzə çıxarmağa imkan verəcək. Prezidentlər Tramp və İlham Əliyevin rəhbərliyi altında bütün bunların necə həyata keçiriləcəyini görəcəyik", – deyə o qeyd edib.
19-11-2025, 17:59
Rəşt şəhərində Xəzəryanı ölkələrin əməkdaşlıq görüşü keçirilib


Rəşt şəhərində Xəzəryanı ölkələrin əməkdaşlıq görüşü keçirilib

İran İslam Respublikasının Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionları arasında qarşılıqlı
əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüş keçirilib. Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın rəsmi nümayəndə heyətləri iştirak edib.
örüşdə sahilyanı regionlar arasında ticarət, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, investisiya və ekoloji sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri plenar iclaslarda müzakirə olunub. Tədbirdə İran İslam Respublikasının Xarici İşlər və Mədəniyyət nazirləri, eləcə də ölkənin digər dövlət qurumlarının rəsmiləri iştirak edib.
Azərbaycan nümayəndə heyətinin tərkibində sahilyanı regionları təmsil edən Lənkəran RİH başçısı Taleh Qaraşov, Neftçala RİH başçısı Mirhəsən Seyidov iştirak ediblər.
Tədbirin açılışın nitqində və xüsusi plenar sessiyada çıxışı zamanı Mirhəsən Seyidov, Xəzər dənizi regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi, sabitliyin möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün mühüm strateji platforma olduğunu vurğulayaraq, Xəzərin üzləşdiyi qlobal ekoloji problemin həllində birgə səy göstərmək lazım olduğunu xüsusi ilə qeyd edib. Həmçinin, sahilyanı bölgələr arasında əlaqələrin genişlənməsi ticarət, turizm, nəqliyyat və ekoloji sahələrdə yeni imkanlar açır və ümumi regional rifaha xidmət etməsi ilə bağlı ətraflı məlumat verdi.
Görüş çərçivəsində Xəzəryanı regionlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, nəqliyyat şəbəkələrinin genişləndirilməsi, sərmayə layihələrinin təşviqi və sahilyanı ekosistemin qorunması üzrə bir sıra praktiki təkliflər müzakirə edilib.
İclasın sonunda, Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşünün Kommünikesi qəbul olunub.
19-11-2025, 17:38
Zelenski Atatürkün məzarında - FOTO


Zelenski Atatürkün məzarında - FOTO

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə səfərdədir.
O, Ankaradakı Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.
Zelenski və onun rəhbərlik etdiyi nümayən heyəti Anıtqəbir məqbərəsində olublar.


19-11-2025, 17:28
Gəncədə ər arvadını bıçaqladı


Gəncədə ər arvadını bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1993-cü il təvəllüdlü B. Seyidova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə qadın əri tərəfindən bıçaqlanıb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
19-11-2025, 17:15
Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı


Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı

Həbsdə olan tanınmış müğənni Rəqsanə İsmayılova
ev dustaqlığına buraxılıb.
Bununla bağlı Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu.
Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.
19-11-2025, 16:53
Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs edildi - VİDEO


Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs edildi - VİDEO

Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı altında insanların pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.
Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib.Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını ələ keçirib. Saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib.
Faktlarla bağlı cinayət işi başlanılıb. K.Əmirahlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla qarşılaşan zaman maksimum dərəcədə ehtiyatlı olsunlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara, eləcə də keçidlərə diqqət yetirsinlər", DİN-dən bildirilib.

19-11-2025, 00:03
Ukraynada nazir ölkədən qaçdı - İDDİA


Ukraynada nazir ölkədən qaçdı - İDDİA

Ukraynanın energetika naziri Svetlana Qrinçukun ölkədən qaçdığı deyilir.
Bu barədə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqla məlumat yayıb.
Onun sözlərinə görə, Qrinçuk ölkəni tərk edib. O, nazirin iddia edilən uçuşu ilə bağlı təfərrüatlar verməyib.
18-11-2025, 23:47
Rusiyanın ən böyük neft zavodu bağlandı


Rusiyanın ən böyük neft zavodu bağlandı

Rusiyanın Ryazan Neftayırma Zavodu Ukraynanın dron hücumu səbəbilə xam neft emalını tam dayandırıb.
Bu barədə məlumatı "Reuters" sənaye mənbələrinə istinadla yayıb.
Mənbələr bildirir ki, zavod 15 noyabr gecəsi hücuma məruz qalıb və fəaliyyətini ayın sonunadək dayandıracağı gözlənilir.
“1 dekabradək neft məhsullarının göndərişi planlaşdırılmır”, – deyə agentliyin həmsöhbətlərindən biri bildirib.
Hücum nəticəsində illik 8 milyon ton gücə malik əsas emal qurğusu sıradan çıxıb. Bu, zavodun ümumi gücünün 48%-i deməkdir.
Bundan əvvəl 24 oktyabr tarixində dron zərbəsi zavodun gücünün dörddəbirini təmin edən digər böyük qurğunu da yararsız hala salmışdı. Onun təmiri hələ başa çatmayıb.
Hücumlardan sonra zavod bir neçə başqa qurğunu da dayandırıb, lakin bu dayanmanın birbaşa dron zərbəsi ilə bağlı olub-olmadığı dəqiq deyil.
Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının məlumatına görə, Ryazan zavodu 15 noyabrda birja üzərindən neft məhsullarının satışını da dayandırıb.
Ryazan zavodu ölkənin neft emal sistemində ən böyük paya malik müəssisələrdən sayılır: 2024-cü ildə zavod 13,1 milyon ton xam neft emal edib. Bu göstərici Rusiyanın ümumi neftayırma gücünün 4,9%-nə bərabərdir.
Agentlik qeyd edir ki, Ukrayna son aylarda Rusiyanın neft zavodlarını, bazalarını və boru kəmərlərini hədəfə alan hücumlarını artırıb.
2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinin dronları ən azı 17 böyük neft zavoduna hücum edib.
18-11-2025, 23:30
Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ


Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ

Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə böyük qayıdış başlayır.
İlk köçlə bağlı sabah püşkatma olacaq.
Püşkatma Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk qayıdacaq ailələr arasında keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!