Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
18-11-2025, 21:07
Səudiyyə şahzadəsi Trampla görüşdü


Səudiyyə şahzadəsi Trampla görüşdü

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü başlayıb.
Bu, Səudiyyə Ərəbistanı Şahzadəsinin səkkiz ildən sonra Vaşinqtona ilk səfəridir. Görüşün gündəliyinə ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik əlaqələri, o cümlədən Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına “F-35” qırıcı təyyarələrini satması, silah müqavilələri, ticarət və investisiya daxildir.
Tramp görüşdə Səudiyyə Ərəbistanının Abraham Sazişinə qoşulmasını və İsrail ilə münasibətləri normallaşdırmasını müzakirə etmək niyyətindədir.
18-11-2025, 20:50
Qubada dəhşətli qəza - Ölən var


Qubada dəhşətli qəza - Ölən var

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 31 yaşlı Elnur Mehdi oğlu Abbasov sürdüyü motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.
Nəticədə, E.Abbasov özünü xilas etmək məqsədilə minik vasitəsindən tullanıb. Bu zaman H.Osmanovun idarə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq həlak olub.
Faktla bağlı araşdırma aparılır.
18-11-2025, 19:25
İdmançımız gümüş medal qazandı


İdmançımız gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Olimpiya çempionu Səid İsmailiyə 3:8 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.
Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada uduzub.
Bu gün, həmçinin Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) 3-cü yer uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.
18-11-2025, 19:09
Koçaryana qarşı milyonluq tələb


Koçaryana qarşı milyonluq tələb

Ermənistan Baş Prokurorluğu 2008-ci il 1 mart işi üzrə ittiham olunan dörd nəfərdən 670 milyon dram (1,75 milyon dollardan çox) tələb edir.
Baş prokuror Anna Vardapetyan onların arasında sabiq prezident Robert Koçaryanın, keçmiş ərazi idarəetmə naziri Armen Gevorqyanın, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəhbəri Seyran Ohanyanın və onun keçmiş müavini Yuri Xaçaturovun olduğunu bildirib.
Onun sözlərinə görə, iddia ərizəsi ilə yanaşı, müttəhimlərin əmlakına həbs qoyulması üçün vəsatət də verilib.
18-11-2025, 18:48
Əhməd Oruc xəstəxanaya aparılan gün evi qarət edildi


Əhməd Oruc xəstəxanaya aparılan gün evi qarət edildi

İnsult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət edilib.
Bu barədə Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, hadisə atasını xəstəxanaya yerləşdirən gün baş verib:
“Evimiz “Şamaxinka” adlanan ərazidə yerləşir. Biz xəstəxanada olanda pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumən 10 min manat dəyərində oğurluq edilib” .
Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib:
“Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Dərhal polisə məlumat verdik. Binəqədi Rayon Polis İdarəsindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədənin kimliyi artıq müəyyən olunub. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir” .
Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib. Hazırda reanimasiyadadır.
18-11-2025, 18:38
Cəfər Cabbarlının heykəli bərpa OLUNACAQ - RƏSMİ


Cəfər Cabbarlının heykəli bərpa OLUNACAQ - RƏSMİ

"Azərbaycanfilm" studiyasının həyətində yerləşən heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu Cəfər Cabbarlının heykəlinin baxımsızlığı sosial mediada müzakirə mövzusunda çevrilib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üzrə aparılan yenidənqurma prosesi sadəcə tikinti-təmir işi deyil, uzunmüddətli strateji inkişaf modelidir. Burada məqsəd köhnəlmiş infrastrukturun bərpası ilə yanaşı, studiyanın istehsal imkanlarını müasir kino sənayesinin tələblərinə cavab verən səviyyəyə yüksəltməkdir.
"Hazırda layihələndirmə mərhələsi üzrə texniki-iqtisadi əsaslandırmalar, ərazi planlaması və funksional zonaların bölünməsi üzərində iş aparılır. Bu mərhələdə həm mövcud binaların konstruktiv vəziyyəti qiymətləndirilir, həm də gələcək istehsal sahələrinin - pavilyonların, post-prodakşn mərkəzinin, montaj və səs studiyalarının, rəqəmsal laboratoriyaların və açıq çəkiliş məkanlarının - yerləşməsi dəqiqləşdirilir. Məqsəd studiyanın bir vahid istehsal ekosisteminə çevrilməsidir".
Qurumdan bildirilib ki, planlaşdırılan “Kinopark” layihəsi isə kinostudiyanın ictimai və yaradıcı potensialını genişləndirən ayrıca bir konsepsiyadır.
"Burada həm tematik sərgi və ekspozisiya zonalarının, həm də açıq hava kino məkanlarının, təhsil və seminar səhnələrinin, gənc kino peşəkarları üçün yaradıcı emalatxanaların təşkili nəzərdə tutulur. Konsepsiya həm kino tarixinin nümayişini, həm də müasir kino prosesinə dəstək verən canlı, interaktiv bir mühitin yaradılmasını hədəfləyir".
"Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq. Məqsəd heykəlin gələcək “Kinopark” məkanında mərkəzi bir mədəni-simvolik element kimi qorunmasıdır" - deyə bildirilib.
18-11-2025, 18:34
Tramp hərbi əməliyyatlara hazırlaşır


Tramp hərbi əməliyyatlara hazırlaşır

ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton prezident Donald Tramp administrasiyasının Venesuelaya qarşı mümkün hərbi əməliyyata hazırlaşdığını bildirib.
Boltonun sözlərinə görə, ABŞ Avropadan dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford" gəmisini və onu müşayiət edən aviadaşıyıcı zərbə qrupunu Karib hövzəsinə yönləndirməklə, Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyat ehtimalını nəzərdən keçirir.
“Əgər söhbət təkcə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədən getsəydi, bu başqa məsələ olardı. Amma görünən odur ki, hədəf Maduro hakimiyyətinin devrilməsidir. Əks halda niyə "Gerald R. Ford" Karib dənizinə göndərilsin?” – deyə Bolton vurğulayıb.
18-11-2025, 18:33
Dövlət Xidməti saytlardakı problemlə bağlı məlumat yaydı


Dövlət Xidməti saytlardakı problemlə bağlı məlumat yaydı

"Cloudflare" antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış fasilənin "AzStateNet" şəbəkəsinə və gov.az zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb".
Bu barədə XRİTDX məlumat yayıb.
"Məlumat üçün bildiririk ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur.
"Cloudflare" kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axınının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir", - məlumatda qeyd olunur.
18-11-2025, 16:56
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası müzakirə edildi


Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası müzakirə edildi

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə İrəvanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə ediblər.
Qriqoryan və Qrono Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsinə toxunaraq marşrutların bərpasının vacibliyini qeyd ediblər.
Ötən həftə Qriqoryan parlamentdə Ermənistan və Azərbaycanın "Tramp marşrutu" layihəsini irəli aparmaq üçün Sünikin (Zəngəzur) müəyyən hissələrini delimitasiya edə biləcəyini bildirmişdi.
18-11-2025, 16:35
Xocalının Seyidbəyli kəndinə 36 nəfər qayıtdı


Xocalının Seyidbəyli kəndinə 36 nəfər qayıtdı

Noyabrın 18-də Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç baş tutub.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.
Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, xüsusilə yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Bu gün Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib.
Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!