Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                        Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği .....                       
4-03-2026, 00:05
Tezliklə İranın yeni liderinin adı açıqlanacaq


Tezliklə İranın yeni liderinin adı açıqlanacaq

İran mediasının yaydığı xəbərə görə, ölkə yaxın saatlar və ya günlər ərzində İslam Respublikasının yeni Ali liderinin seçilməsi ilə bağlı səsvermənin rəsmi nəticələrini açıqlamağa hazırlaşır.
Ali lider Ayətullah Əli Xameneinin ABŞ və İsrail hücumları nəticəsində həyatını itirməsindən sonra yeni rəhbərin müəyyənləşdirilməsi prosesi başlayıb. Açıqlamada vurğulanır ki, İran İslam sisteminin davamlılığını və birliyini nümayiş etdirməlidir.
Eyni zamanda, ABŞ və İsrail qüvvələrinin zərbə endirdiyi deyilən Qumdakı Ekspertlər Məclisinin binasında iclas keçirilməsi ilə bağlı yayılan məlumatlar təkzib olunub. Qeyd edilib ki, hücum faktı doğrudur, lakin həmin vaxt binada toplantı baş tutmayıb. Təhlükəsizlik baxımından iclasların məsafəli formatda və alternativ səsvermə üsulu ilə davam etdirildiyi bildirilib.
Məlumatlı mənbələr səsvermənin yekun mərhələdə olduğunu və yeni liderin adının tezliklə açıqlanacağını qeyd ediblər.
3-03-2026, 23:53
Sabunçuda qətl: Şübhəli saxlanıldı


Sabunçuda qətl: Şübhəli saxlanıldı

Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
Ramana qəsəbəsində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkarlanıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
3-03-2026, 23:06
İsrail İranın gizli nüvə obyektinə hücum edib


İsrail İranın gizli nüvə obyektinə hücum edib

İsrail Ordusu Tehran yaxınlığında yerləşən məxfi nüvə obyektinə zərbə endirdiyini açıqlayıb.
Bu barədə İsrail Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin məlumat verib.
«Bir neçə saat əvvəl Minzadəhi bazasına zərbə endirdik. Orada nüvə silahı hazırlamağa çalışan alimlər fəaliyyət göstərirdi,» — o, brifinqdə bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirərək hərbi əməliyyata başlayıblar. İran cavab olaraq İsrail ərazisinə raketlər atıb və ABŞ-ın bir sıra Yaxın Şərqdəki hərbi bazalarına da hücum həyata keçirib.
3-03-2026, 22:15
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtları


Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının on dördüncü günüdür.
İmsak vaxtı 05:44-ə, iftar isə 18:50-yə təyin olunub.

On dördüncü günün imsak duası:

“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin”.

Tərcüməsi:

“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

3-03-2026, 21:58
Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV


Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV

Birləşmiş Ərəb Əmirlikləri İranın raket obyektlərinə zərbə endirməyi müzakirə edir.
Bildirilib ki, ölkə hakimiyyəti bu addımı müharibənin başlanğıcından bəri BƏƏ-nin 186 raket və 812 dron hücumuna məruz qalmasından sonra düşünür.
İranın hücumları əsasən Əbu-Dabi və Dubay şəhərlərini hədəf alıb. Bu vəziyyət Körfəz regionunda gərginliyi daha da artırıb. BƏƏ rəhbərliyi müttəfiqlərlə hərbi əməliyyatları koordinasiya etməyi planlaşdırır. Hazırda mümkün hücumların konkret vaxtı və həcmi açıqlanmayıb.
3-03-2026, 21:32
İspaniya ilə ticarəti tam dayandırırıq - Tramp


İspaniya ilə ticarəti tam dayandırırıq - Tramp

ABŞ Prezidenti Donald Tramp İspaniya onlara bazalarından istifadə icazəsi vermədiyini açıqlayıb.
Bu barədə Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Merzlə görüşü zamanı bildirib.
O, bu səbəbdən ABŞ İspaniya ilə bütün ticarət əməliyyatlarını tam dayandıracağını deyib.
Tramp həmçinin bildirib ki, Böyük Britaniyadan da razı deyil və əlaqələrdə bəzi gərginliklər mövcuddur. ABŞ milli maraqlarını qorumaq üçün sərt addımlar atmağa hazırdır.
3-03-2026, 21:04
Tramp ABŞ-ın hücum strategiyasını AÇIQLADI


Tramp ABŞ-ın hücum strategiyasını AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp İranın yalnız mülki obyektlərə, otellərə və mənzillərə zərbə endirdiyini deyib.
Prezident ABŞ-ın hücumlarının daha məqsədəuyğun hərbi hədəflərə yönəliyini qeyd edib.
O, iranlıları hazırda etiraz etməməyə çağırıb və əvvəlcə hərbi əməliyyatların başa çatdırılmasının vacib olduğunu vurğulayıb.
3-03-2026, 20:25
Bakı metropoliteninin qrafikində DƏYİŞİKLİK


Bakı metropoliteninin qrafikində DƏYİŞİKLİK

Bakı metropoliteninin "yaşıl" və "qırmızı xətləri"ndə sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır.
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir.
"Martın 4-dən "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlində dəyişikliklər tətbiq edilir. Sınaq müddətində "Nərimanov Bakmil" sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur. Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
3-03-2026, 20:00
Bakı dairəvi yolda nəqliyyat vasitəsi yanıb, sıxlıq yaranıb


Bakı dairəvi yolda nəqliyyat vasitəsi yanıb, sıxlıq yaranıb

Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir.
Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.
3-03-2026, 19:47
Tramp İrandakı silahlı qrupları dəstəkləyəcək


Tramp İrandakı silahlı qrupları dəstəkləyəcək

ABŞ Prezidenti Donald Trampın İranda hakimiyyətə qarşı silahlı mübarizəyə hazır olan müxalif qüvvələrə dəstək imkanını nəzərdən keçirdiyi bildirilir.
“The Wall Street Journal” nəşrinin anonim amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Tramp martın 1-də İran–İraq sərhədi boyunca yerləşən silahlı kürd liderlərlə danışıqlar aparıb.
Mənbələrin sözlərinə görə, Vaşinqton Tehranın zəifləməsindən istifadə edə biləcək qüvvələrlə əməkdaşlığa açıqdır, lakin hələlik anti-hökumət qüvvələrinə silah və ya digər yardımın göstərilməsi barədə qərar verilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!