Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                       
12-11-2025, 17:32
Etimadı doğrultmayan məmurlar cəzalandırılacaq


Etimadı doğrultmayan məmurlar cəzalandırılacaq

Prezident İlham Əliyev bu gün bir sıra vacib təyinatlar edib. Dövlət başçısı Ceyhun Cəlilovu Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib.
Ceyhun Cəlilov Naxçıvanın sabiq baş naziri, digərləri isə əvvəllər icra başçısı və başçı müavini vəzifələrində çalışıb.
Dövlət başçısı yeni təyin olunan məmurları qəbul edərkən onlara bir sıra tapşırıqlar verib. Prezident vurğulayıb ki, əsas məqsəd xalqa xidmət olmalıdır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Prezident İlham Əliyevin tutduğu dinamik yerdəyişmə uğurlu siyasətdir.
"Məqsəd təcrübə toplamış icra başçısının bacarığından istifadə edərək digər rayonların rifahını yüksəltməkdir. Bu yolla regionların sosial-iqtisadi inkişafına töhfələr verilib. Yerdəyişmə cəmiyyət tərəfindən də müsbət mənada qavranmalıdır”, - o qeyd edib.
Komitə sədri vurğulayıb ki, icra başçısı postundakı şəxs elə bir səlahiyyət daşıyır ki, o insanlarla daimi ünsiyyətdə olur. Sakinlə birbaşa təmasın qurulması sosial tələbatın qarşılanması üçün mühüm faktordur.
T.Rzayev bildirib ki, etimadı doğrultmayan icra başçılarının vəzifədən azad edilməsi qanunauyğundur. “Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar tutduğu mövqedən uzaqlaşmalıdır. İndi tələb böyükdür. İnsanların qayğısına qalmaq lazımdır”.
Cəzalandırılmış icra başçıları barədə fikir bildirən deputat qeyd edib ki, heç bir insan nöqsansız deyil. Məsələ nöqsanın böyük və ya kiçikliyindədir, hansı fəsadlara yol açdığındadır: “İcra başçısı bu gün görüləsi hər hansı bir işi sabaha saxlayıbsa, bu, başa düşüləndir. Vəzifədən səlahiyyətlərini aşma və sui-istifadə halları isə böyük nöqsandır, bir çox halda cinayət xarakteri alır”.
12-11-2025, 17:27
Paşinyan Zəngəzur dəhlizinin tikilmə vaxtını AÇIQLADI


Paşinyan Zəngəzur dəhlizinin tikilmə vaxtını AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizindən (“Tramp yolu”) danışıb.
Nikol Paşinyanın parlamentdəki bugünkü çıxışı zamanı bildirib ki, "Tramp yolu"nun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanılacaq.
Onun sözlərinə görə, bütün detallar bu ilin sonuna qədər müzakirə olunmalı, bütün plan gələn ilin birinci yarısında kağız üzərində təqdim edilməlidir. Tikinti işlərinə isə 2026-nın ikinci yarısında başlamaq planlaşdırılır.
"Amma mən hələlik bu barədə danışmaq istəmirdim, çünki bu cür planlar həmişə cədvəldən kənara çıxır", - deyə Paşinyan digər məsələlərlə yanaşı, Tramp komandasının iş yükünü də nəzərə almağın vacibliyini qeyd edib.
"Biz nəzərdə tutulan işlərlə bağlı son tarixlərə əməl olunması üçün hər şeyi edəcəyik", - deyə Paşinyan əmin edib.
Baş nazirin sözlərinə görə, Zəngəzur dəhlizindən keçəcək dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı. Qaz kəməri dəhlizdən xeyli şimalda yerləşəcək. Elektrik xətləri də xeyli şimala çəkiləcək. Qaz kəmərinin və elektrik xətlərinin Sünikdə qalıb-qalmayacağı, yoxsa Vayots Dzor bölgəsindən keçəcəyi hazırda məlum deyil.
"Xəritədə hər şey hamar görünür, amma relyef tələbləri diktə edir", - deyə Paşinyan izah edib.
Baş nazir deyib ki, Şərq-Qərb yolları Şimal-Cənub layihəsinə inteqrasiya olunacaq. Seçimlər hələ də müzakirə olunur.
Boru kəmərinin marşrutu hələ də qeyri-müəyyəndir; onun taleyi əsasən neft qiymətlərindən asılı olacaq.
Baş nazir həmçinin Ermənistanın sosial media seqmentinin Bakının yolun Azərbaycan üçün əlverişli şərtlərlə işləyəcəyi barədə açıqlamasına verdiyi reaksiyaya münasibət bildirib.
"Lakin biz şərtlərin qəbuledilməz olduğunu demirik. Biz məqbul şərtlərlə sənəd imzaladıq. Bunlar Ermənistan və Azərbaycan liderləri tərəfindən Vaşinqton sənədində imzalananlardır", - deyə Paşinyan xatırladıb. O, məlum prinsipləri - ərazi bütövlüyü, suverenlik, qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığı kimi məsələləri sadalayıb.
12-11-2025, 17:26
Təyyarə qəzasında Rusiya izi iddialarına rəsmi cavab: “Düşmən deyilik!”


Təyyarə qəzasında Rusiya izi iddialarına rəsmi cavab: “Düşmən deyilik!”

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsi ötən gün Azərbaycandan uçuş zamanı Gürcüstan hava məkanında qəzaya uğrayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin kabinəsi və quyruq hissəsinin parçalandığı görünür.
Bu kadrlar Türkiyə ictimaiyyətində və sosial mediada müxtəlif ehtimallara, o cümlədən, təyyarənin guya “vurulması” ilə bağlı fərziyyələrə səbəb olub.
Hadisədən sonra Rusiyanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.
Lakin bəzi sosial media istifadəçiləri qəzada Rusiyanı günahlandırmağa başlayıblar. “Bizim təyyarəmizi Rusiya vurdu” kimi paylaşımlara cavab olaraq səfirlik rəsmi hesabından belə yazıb: “Ümumiyyətlə, sizə bu fikir necə gələ bilər?”
Rusiya səfirliyi daha sonra C-130-un qəzaya uğradığı ərazinin xəritəsini dərc edib, həmin bölgənin Rusiya ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Eyni zamanda, səfirlik oxşar ittiham irəli sürən digər istifadəçiyə cavabında qeyd edib: “Biz sizin düşməniniz deyilik. Rusiya və Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmağa çalışırıq.”
Qeyd edək ki, hadisə nəticəsində Türkiyə ordusunun 20 hərbçisi şəhid olub.
12-11-2025, 17:15
Kamran Əliyev onu rəis müavini təyin etdi


Kamran Əliyev onu rəis müavini təyin etdi

Hərbi Prokurorluqda yeni təyinat olub.
Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Məhərrəmov Kənan Revazi oğlu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəis müavini təyin olunub.
12-11-2025, 17:03
Uşaqlıq dostu ilə eyni gündə şəhid oldu...


Uşaqlıq dostu ilə eyni gündə şəhid oldu...

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nətivəsində şəhid olan hərbçi Ramazan Yağızın hekayəsi Türkiyəni kədərləndirib.
O, üç il əvvəl, 11 noyabr 2022-ci ildə şəhid olan həmkəndlisi və uşaqlıq dostu Emre Sevinci sosial mediada yad etdikdən bir neçə saat sonra özü də şəhid olub.
Ramazan Balıkesir vilayətinin Sındırgı bölgəsində yerləşən Çatalsöğüt kəndinin sakinidir. Şəhidin xəbərini anası Ayşe Yağız Bursa vilayətindəki evində asılıb. Həm doğulduğu kənd, həm də ailəsinin yaşadığı Küçükbalıklı məhəlləsində Türkiyə bayraqları ilə bəzədilib.
Ramazan Yağız sosial media hesabında 11 noyabr 2022-ci ildə şəhid olan dostu Emre Sevinci “Şəhadətinin ildönümündə məkanın cənnət olsun, igidim” sözləri ilə yad edib. Bu paylaşımından bir neçə saat sonra isə onun da şəhid olduğu xəbəri gəlib. Emre Sevinçin atası Mehmet Sevinç sosial şəbəkədə hər iki şəhidin fotosunu paylaşaraq yazıb: “Cənnətdə görüşmək üçün eyni günəmi sözləşdiniz, igidlərim? Eyni torpağın, eyni kəndin övladlarısınız”.
Şəhid Ramazan Yağızın 10 il əvvəl könüllü şəkildə kök hüceyrə (sümük iliyi) bağışladığı məlum olub. 2023-cü ilin iyununda onun hüceyrələrinin xərçəng xəstəsi ilə uyğun gəldiyi təsdiqlənib və Ankara Bilkent Şəhər Xəstəxanasında uğurlu köçürmə əməliyyatı həyata keçirilib.
Ramazan Yağızın nəşi doğulduğu kənddə hərbi mərasimlə torpağa tapşırılacaq.
12-11-2025, 16:50
Putin Tokayevin dəvətini qəbul etdi


Putin Tokayevin dəvətini qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfər edəcək.
Rusiya-Qazaxıstan danışıqları zamanı Kasım-Jomart Tokayev Putini gələn il Qazaxıstana dövlət səfərinə dəvət edib.
"Qazaxıstana getməkdən məmnun olardım", - deyə Putin Rusiya-Qazaxıstan danışıqları zamanı bildirib.
12-11-2025, 16:41
Şagird müəllimi döydü - qadın xəstəxanaya yerləşdirildi


Şagird müəllimi döydü - qadın xəstəxanaya yerləşdirildi

Moskva məktəblərindən birində şok hadisə baş verib: 10-cu sinif şagirdi qadın müəlliminə hücum edib.
Moskva Təhsil və Elm Departamentinin məlumatına görə, tənəffüs zamanı yeniyetmə müəllimin sinifdən çıxmasını gözləyib, daha sonra onun masasından yoxlama işi dəftərlərini götürüb və çantasına qoyub.
Sinfə qayıtdıqdan sonra müəllim dəftərlərin götürüldüyünü görüb və şagirddən onların qaytarılmasını tələb edib, bu zaman şagird onun başına vurmağa başlayıb. Müəllim xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları işə cəlb olunub və məktəb daxili araşdırma aparır.
“Araşdırmadan sonra hücum edən şəxs qanunun bütün tələblərinə uyğun olaraq cəzalandırılacaq. Şagirdin məktəbdən xaric edilməsi ehtimalı da nəzərdən keçiriləcək", - deyə idarədən bildirilib.
12-11-2025, 16:37
Hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği artırılır


Hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği artırılır

2026-cı ildə Azərbaycanda hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği 71 milyon manat olacaq.
Bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 9,2 % çoxdur.
Gələn il üzrə orta müavinət məbləğinin 3 676 manata qədər artacağı, müavinət alanların sayı isə 19 310 nəfər təşkil edəcəyi gözlənilir.
Artımın əsas səbəbi kimi minimum əməkhaqqı və sosial təminat məbləğlərinin yüksəlməsi, eləcə də işçi qadınların sosial sığorta haqları üzrə ödənişlərinin artması göstərilir.
Hesablama Palatası vurğulayıb ki, bu artım ailələrin sosial müdafiəsinin gücləndirilməsinə və uşaq doğumu ilə bağlı sosial ödənişlərin adekvatlığının artırılmasına xidmət edir.
12-11-2025, 16:22
“Zəfərin izi ilə” veloyürüşün final mərhələsi Xankəndidə keçirilib - FOTO


“Zəfərin izi ilə” veloyürüşün final mərhələsi Xankəndidə keçirilib - FOTO

Noyabrın 12-də Xankəndi şəhərində “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağa veloyürüş– Zəfərin izi ilə” layihəsinin final mərhələsi baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarışın əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, azad olunmuş ərazilərdə idmanın inkişafına dəstək olmaq və Qarabağda sosial-iqtisadi dirçəlişə töhfə verməkdir.
Final mərhələsi Xankəndidəki Zəfər meydanında təşkil olunmuş veloyürüş iştirakçılarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb. Yarış iştirakçıları arasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, milli qəhrəman, general-polkovnik Mədət Quliyev də olub.
Tədbirdə vurğulanıb ki, “Qarabağa veloyürüş Zəfərin izi ilə” layihəsi təkcə idman yarışı deyil, həm də Azərbaycanın dövlətçilik ənənələrinin, milli həmrəyliyin və Zəfərin rəmzidir. "Gənc Peşəkar Velosipedçilər Klubu”nun nümayəndələri bildiriblər ki, bu kimi tədbirlər gələcəkdə də davam etdiriləcək və Azərbaycanın müxtəlif bölgələrində velosiped idmanının inkişafına, eləcə də gənclərin sağlam həyata yönləndirilməsinə xidmət edəcək. Qeyd edək ki, sonda fəal veloyürüş iştirakçılarına təşəkkürnamələr təqdim olunub.






12-11-2025, 16:21
Zığ-Hövsan kanalizasiya kollektoru tikilir - VİDEO


Zığ-Hövsan kanalizasiya kollektoru tikilir - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların tikintisi layihələrinə başlayıb.
Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri də Zığ–Hövsan kanalizasiya kollektorunun tikintisidir. Layihə çərçivəsində ümumi uzunluğu 28 kilometr olan yeni kollektor xəttinin inşası, həmçinin müasir tələblərə cavab verən nasos stansiyasının qurulması planlaşdırılır.
Bu layihə nəticəsində "Şəhərkənarı" kanalizasiya kollektorunun istismar vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq, tullantı sularının idarə olunması prosesi daha səmərəli və təhlükəsiz şəkildə təşkil ediləcək. Bununla yanaşı, layihə Bakı buxtasının ekoloji durumunun qorunmasına mühüm töhfə verəcək.
Kollektorun fəaliyyət sahəsinə Xətai rayonunun bir hissəsi, eləcə də Suraxanı rayonunun Zığ, Hövsan, Bahar və Dədə Qorqud qəsəbələri daxil olacaq. Bu ərazilərdə yaşayan əhalinin kanalizasiya və tullantı sularının idarə olunması ilə bağlı mövcud problemləri aradan qalxacaq, mühəndis-kommunikasiya infrastrukturu daha dayanıqlı sistemə çevriləcək.
Layihənin icrasına 2025-ci ildə başlanılıb və bütün tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət olunacaq.
Zığ–Hövsan kollektorunun inşası zamanı yeraltı mikrotunel texnologiyasından da istifadə olunacaq. Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!