Ermənistanda baş nazir vəzifəsinə namizəd irəli sürüldü - Paşinyana rəqib .....                        İlham Əliyev Baş nazirlə işçi naharda .....                        MDB dövlətləri təhlükəsizlik orqanlarının rəhbərləri Tacikistanda .....                        Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim olunacaq .....                        Əliyev-Paşinyan görüşündə danışılan bəzi detallar .....                        Ərdoğan Avropa Siyasi Birliyində nələr dedi... .....                        "Abzas Media" işinin məhkəmə istintaqı yekunlaşdı .....                        Xocasəndə taxta yeşikləri sexində yanğın .....                        Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi .....                       
7-02-2014, 17:22
7-02-2014, 15:26
 

Erməni mətbuatına diqqət etdikdə erməni jurnalistlərin sanki tam olaraq Azərbaycan dilini bildiklərini, bizim Azərbaycan dilində olan mətbuatı hər an izlədikləri nəticəsinə gəlmək olar.

Azərbaycan mediası isə ermənilərin rus və ingilis dilində olan mətbuatını izləyə bilir. Səbəb sadədir. Azərbaycanda erməni dilini bilənlər çox azdır.

Bunu Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı Modern.az saytına açıqlamasında da təsdiqləyib.

O, qeyd edib ki, ermənilər Azərbaycan dilini mükəmməl öyrəndiyindən bizi bizdən yaxşı bilirlər: “Ermənistanda həqiqətən Azərbaycan türkçəsi və Türk dilini bilməklə bağlı problem yoxdur. Hətta bu sahədə çalışmalarda bir rəqabət var. Orada çox güclü türkoloqlar ordusu var. Türkiyə və Azərbaycanda baş verən prosesləri təqib etmək, öyrənmək üçün dili bilmək imkanlarından yaxşı istifadə edirlər. Azərbaycan və Türkiyə ilə bağlı araşdırma yazılarını, ümumiyyətlə bizə yönəlik verilən reaksiyaları oxuyarkən bunun şahidi oluruq ki, ermənilər bizi bizdən yaxşı bilirlər.

Amma ermənilər bununla da kifayətlənmirlər, universitet və ayrı-ayrı qurumlarda Azərbaycan dilini gənclərinə də öyrədirlər. Ermənistan Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutu bu məsələdə əsas baza rolu oynayır. Burada dil öyrənməklə yanaşı gəncləri “Azərbaycanşünaslıq” və “Türkşünaslıq” üzrə mütəxəssis kimi hazırlayırlar. Çoxsaylı Araşdırma Mərkəzlərində də anoloji fəaliyyət var”.

Qafar Çaxmaqlının fikrincə, ermənilər Azərbaycan dilini öyrənməyi uzağagedən hədəf kimi qarşıya qoyublar: “Ermənistanda Azərbaycan dili təkcə universitetlərdə tədris olunmur. Hələ mən təhlükəsizlik orqanlarını demirəm. Ermənilər bizi uzunmüddətli "düşmən" saydıqlarından qarşıya uzaqmüddətli hədəflər qoyublar. Onlar bunu hesablayırlar ki, “bir vaxt gələcək, türk dili bilənlərin sayı azalacaq”. Ona görə də indidən tədbir görürlər.

İrəvan Dövlət Universitetində də bizim dili öyrədirlər. Dediyim kimi, onlar mükəmməl mütəxəssis hazırlamaq üçün bu fəaliyyəti aparırlar”.

Bəs, Azərbaycan və Türkiyədə erməni dili necə öyrənliri?

Müsahibimiz deyir ki, Türkiyədə bu məsələyə yanaşmada bir qədər ciddiyyət var və bu işdə o da yardım edir: “Daha öncələr türklər də bu məsələyə xırda bir iş kimi baxırdılar. Əzabını bu gün çəkirlər. İndi münasibət dəyişib və ermənicə bilən türk mütəxəssislər yetişdirilməyə başlanılıb”.

Qafar Çaxmaqlı Azərbaycanda erməni dilinin öyrənilməsinin ermənilərlə müqayisədə çox aşağı səviyyədə olduğunu bildirib: “Bizdə demək olar ki, həftədə bir-iki saat erməni dilindən dərs vermək mümkündür. Çox təəssüf ki, bu məsələdə biz ermənilərlə rəqabətdə hələ ki, uduzuruq. Erməni dilini öyrənmək istəyən azərbaycanlı gənclərin bu dili öyrənməyə həvəsinin olub-olmaması önəmli deyil. Əsas məsələ odur ki, millət özü üçün nə faydalıdırsa, gələcəkdə dövlətin təhlükəsizliyini təmin etmək üçün nə gərəkirsə onu etməlidir. Bu gün ermənicə bilən mütəxəssisə ehtiyac varsa, bu ehtiyacı ödəmək lazımdır. Bu iş dövlət siyasəti olmalıdır və bu işə yaxşı pul da ayırmaq lazımdır. Özümüzü aldatmayaq. Bu sahədə gerilik var”.

Namidə BİNGÖL

6-02-2014, 17:11
29-01-2014, 13:15

 

 

 

 

 

Qənirə Paşayeva AŞPA-da Xocalı Soyqırımından danışaraq, Ermənistan nümayəndə heyətinə sərt cavablar verib. Deputat  AŞPA-nı Ermənistana təzyiq etməyə çağırıb: ”Müzakirə etdiyimiz  mövzu Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacib və əhəmiyyətlidir. Rasizmin, nifrət duyğularının, tolerentsızlığın artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və Assambleyamız daha çox işlər görməlidir. Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Rasizm və tolerantsızlığın nələrə səbəb olduğunun yaxın tariximizdə nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim ki, məhz Ermənistan dövlətinin apardığı siyasət, bu ölkədə təhsil və kütləvi informasi vasitələri ilə siyasətçilərin gənc nəsillərdə Azərbaycanlılara qarşı yaratdıqları rasizm, nifrət və tolerantsızlığın nəticəsi idi ki, 1988-ci ildə Ermənistan dövləti etnik təmizləmə siyasəti apararaq 100 minlərlə azərbaycanlını Ermənistandan, öz ata-baba torpaqlarından zorla qovaraq qaçqın həyatı yaşamağa məhkum etdilər. Bundan sonra isə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirdirlər. 1 milyona yaxın azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan AŞPA-nin 1416 saylı qətnaməsinə baxmayaraq onların öz evlərinə dönməsinə imkan vermir. Məncə bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər". 


Xocalı Soyqırımından danışan millət vəkili AŞPA bu cür insan haqları pozuntusuna susmamağa çağırıb:” Ermənistan nümayəndə heyəti öz ölkəsində rəsmi İrəvandan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edən 1416 saylı AŞPA qətnaməsinin yerinə yetirilməsinə çalışmaqdansa Avropa Şurası millət vəkillərinə doğru olmayan məlumatlar verir, böhtan çıxışlar edirlər. Qənirə Paşayeva Assambleyada Azərbaycan və Azərbaycan prezidenti haqqında yalan məlumatlar verən və böhtan dolu çıxış edən Ermənistan nümayəndə heyəti üzvlərinə çıxışı zamanı sərt cavab verib."

Bir az əvvəl çıxış edən Ermənistan millət vəkili Zöhrabyan Azərbaycanla bağlı xüsusilə Azərbaycan prezidenti ilə bağlı tamamilə yalanlanlarla dolu fikirlər səsləndirdi ki, sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz”-deyə deputat vurğulayıb.

 

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!