Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 mlrd. dolları ötüb .....                        BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalandı .....                        Azərbaycanda klub prezidenti futboldan uzaqlaşdırıldı .....                        "Kəpəz" klubuna yeni baş məşqçi təyin olunub .....                        Xankəndi məktəbinin direktoru vəzifəsindən AZAD EDİLDİ .....                        Sabiq prokurora yeni vəzifə verildi .....                        Bakıda məktəblər birləşdirildi - RƏSMİ .....                        Türkiyədə Azərbaycanla bağlı dezinformasiya yayanlar araşdırılır .....                        Ukraynaya daha 4 milyard avro verildi .....                       
3-09-2025, 15:10
“Kızılelma” yenidən səmada


“Kızılelma” yenidən səmada

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar Kızılelma" pilotsuz təyyarəsi növbəti dəfə sınaqdan keçirilib.
Pilotsuz təyyarə aqressiv dırmanış və manevr testlərini uğurla tamamlayıb.
"Baykar" şirkətinin öz imkanları ilə istehsal etdiyi "KızılElma" insansız döyüş təyyarəsinin yaradılmasına 2021-ci ildə başlanıb. 6 ton uçuş çəkisinə malik olacaq pilotsuz təyyarə Türkiyə istehsalı bütün döyüş sursatlarını daşıya biləcək. "KılzılElma"nın 1500 kiloqram faydalı yük (sursat və radarlar) daşıması planlaşdırılır. Pilotsuz döyüş təyyarəsinin Türkiyə şirkətləri tərəfindən inşa edilən "TCG Anadolu" gəmisində əməliyyatlar icra edəcəyi nəzədə tutulub.


3-09-2025, 15:03
Prezident və birinci xanım hərbi paradda - FOTO


Prezident və birinci xanım hərbi paradda - FOTO

Sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin paytaxtı Pekindəki Tiananmen Meydanında keçirilən paradı izləyiblər.
Butov.az paraddan fotoları təqdim edir:










3-09-2025, 14:41
"Qarabağ" iştirak ərizəsini açıqladı - Bu futbolçular siyahıdan kənarda qaldı


"Qarabağ" iştirak ərizəsini açıqladı - Bu futbolçular siyahıdan kənarda qaldı

"Qarabağ" klubu yayda heyətinə qatdığı Joni Montieli UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməyib.
Azərbaycan təmsilçisinin açıqladığı siyahıda ispaniyalı yarımmüdafiəçinin adı yoxdur. Bundan əlavə, Aleksey İsayev də kənarda qalıb.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə

Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə
3-09-2025, 14:38
Putin Trampın xanımına yumruqla cavab verdi


Putin Trampın xanımına yumruqla cavab verdi

Avqustun 15-də ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinə təsirli bir məktub yazaraq, onu başladığı genişmiqyaslı müharibədə əziyyət çəkən uşaqlar naminə sülhə çağırıb.
"Hər bir uşaq öz ürəyində eyni sakit arzuları saxlayır... Onlar sevgi, fürsət, təhlükədən qorunmaq arzusundadırlar. Cənab Putin, siz təkbaşına onların melodik gülüşünü qaytara bilərsiniz. Bu uşaqların məsumluğunu qorumaqla siz Rusiyaya xidmət etməklə kifayətlənməyəcəksiniz, həm də bütün bəşəriyyətə xidmət etmiş olacaqsınız", - birinci xanım məktubda yazıb.
“Vaşinqton Post”un məlumatına görə, Putin avqustun 28-də Kiyevi kütləvi şəkildə bombalamaqla Melaniya Trampın məktubuna özünəməxsus tərzdə cavab verib. Bu bombardman nəticəsində 20-dən çox insan öldürülüb, evlər və uşaq bağçası darmadağın edilib.
“Vaşinqton Post”un köşə yazarı Mark Tissen öz məqaləsində yazır ki, Rusiyanın aviazərbəsi təkcə ABŞ-ın birinci xanımına deyil, həm də Alyaskada keçirilən sammitdə həyat yoldaşının məktubunu şəxsən Putinə çatdıran prezident Donald Trampın özünə təhqir olub.
"Putinin bufədəki zərbəsi əvvəlkilərdən fərqli idi - görünür, bu, Trampa və Ağ Evə toplaşan Avropa liderlərinə onların qətiyyətinə şübhə ilə bağlı siqnal göndərmək məqsədi daşıyırdı. Rusiya Ukraynanın hədəflərindən əlavə, Kiyevdəki Aİ diplomatik missiyasını, habelə Britaniya hökumətinin və Britaniya Şurasının mədəniyyət mübadilə təşkilatının ofislərini də vurdu".
Müəllif qeyd edir ki, Tramp Putinə sülhdə maraqlı olduğunu göstərmək üçün hər cür şans verib. Amma Rusiya lideri bu imkanlara əhəmiyyət verməyib.
Mark Tissen hesab edir ki, Tramp Putinə təzyiqi tədricən artırıb, lakin o, hələ "çəkici endirməyib".
Məqalədə həmçinin deyilir ki, Putin Trampla birbaşa dialoqa girib – onu telefonla və şəxsən sülh istədiyinə inandırıb. Tramp isə Rusiya liderinə öz sözlərini konkret əməllərlə dəstəkləmək üçün hər cür imkan yaradıb.
"Putin Trampın diplomatiyasına və həyat yoldaşının təsirli məktubuna yumruqla cavab verdi - barbar hücum açıq şəkildə göstərir ki, o, ukraynalı uşaqların melodik gülüşünü bərpa etmək fikrinə düşmür. Bu, bardağı daşıran son damla olmalıdır. Putinin qəddarlığı sübut etdi ki, o, Ukraynaya hücumu könüllü olaraq dayandırmayacaq", - məqalədə vurğulanıb.
3-09-2025, 14:15
Kremldən Putin-İlham Əliyev görüşü barədə AÇIQLAMA


Kremldən Putin-İlham Əliyev görüşü barədə AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Pekində keçirilən bayram mərasimində əl sıxışsalar da, onların arasında heç bir əsaslı ünsiyyət olmayıb.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Qeyd edək ki, Çində keçirilən parad başlamazdan öncə Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub.
Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və xanımı Mehriban Əliyevanı salamlayıb.
Görüntüləri təqdim edirik:
3-09-2025, 14:01
Qəsdən yanğın törədən şəxs TUTULDU


Qəsdən yanğın törədən şəxs TUTULDU

1 sentyabr 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunun Nəvahi kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.
FHN-in yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı əkin sahəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayonunun Nəvahi kənd sakini 1951-ci il təvəllüdlü Mahir Rəhim oğlu Qaniyev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
3-09-2025, 13:48
Bakıda 26 min manatlıq dələduzluq - 3 nəfər tutuldu


Bakıda 26 min manatlıq dələduzluq - 3 nəfər tutuldu

Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq edilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, dələduzluq nəticəsində zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.
Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar.
Faktlarla bağlı araşdırmalar aparılır.
3-09-2025, 13:03
Qaxda yabğın - VİDEO


Qaxda yanğın - VİDEO

Qazax şəhərində fərdi yaşayış evində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə şəhərin Ələddin Qədirov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının həyətyanı sahədə baş verdiyi və genişlənərək evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış plastik su boruları yanıb, yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 150 kv.m olan birmərtəbli dördotaqlı evin 1 otağının 2 ədəd plastik pəncərə çərçivəsi qismən deformasiya edib.
Ev yanğından mühafizə edilib.

3-09-2025, 12:33
Uşaqlara quru çörək və su verilən bağçanın müdiri işdən çıxarıldı


Uşaqlara quru çörək və su verilən bağçanın müdiri işdən çıxarıldı

Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə İdarədən məlumat verilib.
Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bildiririk ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
Qeyd edək ki, ötən mətbuatda bağçada uşaqlara quru çörək və su verildiyi barədə xəbərlər yayılıb.
3-09-2025, 12:07
Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik


Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Vaşinqtonda keçirilən sammitdə uzun müddətdir müzakirə olunan sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəliblər.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ (şirkəti) nəzarət edəcək.
Dəhlizin hüquqi rejimi tam məlum deyil, hələlik sazişin detalları açıqlanmayıb. Amma Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir. Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycana məxsus yük və sərnişin avtomobillərinin Ermənistan ərazisindəki hərəkətinin gömrük nəzarətinə cəlb olunub-olunmayacağı ilə bağlı suala birbaşa cavab verməyib. O, yayımlanmış sənədə və baş nazir Nikol Paşinyanın açıqlamalarına istinad edərək, qarşılıqlı istifadə mexanizmini izah edib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Zəngəzur dəhlizi vasitəsi ilə şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin manesiz gediş-gəlişinin təmin olunması əvvəlcədən şərt kimi qoyulub:
“Bu şərt Ermənistan tərəfindən qəbul olunub. Sadəcə olaraq, Ermənistan bəzi məsələlərdə, xüsusilə yurisdiksiya məsələlərində təkid edir. Ermənistan yurisdiksiyasının icrası deyəndə hansı məqamları nəzərdə tutur, bu məqamlara aydınlıq gətirmək lazımdır. Amma Azərbaycan tərəfinin tələbi birmənalıdır və prinsipialdır. Ermənistanın sərhəd və gömrük məsələlərindən məsul dövlət orqanları ilə təmas olmadan vətəndaşlarımızın, yüklərimizin və nəqliyyat vasitələrinin manesiz və təhlükəsiz şəkildə gediş-gəlişi təmin edilməlidir".



Deputat vurğulayıb ki, nəqliyyat vasitəsi dedikdə, burada şəxsi nəqliyyat vasitələri ilə, yük avtomobili arasında heç bir fərq qoyulmur:
“Azərbaycan Respublikası vətəndaşlarının, ökəmizdə yaşamaq və işləmək icazəsi olan şəxslərin Azərbaycanın bir hissəsindən digərinə-Naxçıvan bölgəsinə öz şəxsi avtomobili və ya digər nəqliyyat vasitəsi ilə gediş-gəlişinin təmin edilməsi də həmin tənzimləmələr içərisində öz əksini tapacaq".
Zəngəzur dəhlizinin açılması Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək, Naxçıvanla quru əlaqəsini bərpa etməklə ölkənin iqtisadi və sosial inteqrasiyasını artıracaq. Dəhliz həm də Türkiyə ilə birbaşa yol bağlantısını təmin etməklə türk dünyasının nəqliyyat xəritəsində strateji əhəmiyyət kəsb edəcək. Mütəxəssislərin fikrincə, bu layihə bölgədə yeni logistik imkanlar yaradacaq və Orta Asiyadan Avropaya uzanan tranzit marşrutlarının güclənməsinə töhfə verəcək.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!