19-03-2026, 16:37
İsraildə xəstəxanaya yerləşdirilənlərin sayı
İsraildə müharibə başlayandan bəri yaralananların sayı ilə bağlı yeni statistika açıqlanıb.
İsrail KİV-lərinin məlumatına görə, hərbi əməliyyatın başlanğıcından martın 19-dək ölkənin müxtəlif xəstəxanalarına ümumilikdə 3924 nəfər yaralı təxliyə olunub.
Onlardan hazırda 79 nəfərinin müalicəsi stasionar şəraitdə davam etdirilir.
Məlumata əsasən, hospitalizasiya olunan şəxslərdən 1-nin vəziyyəti kritikdir. 6 nəfər ağır, 12 nəfər orta ağır, 60 nəfər isə yüngül xəsarətlər alıb.
O da qeyd edilib ki, son 24 saat ərzində xəstəxanalara 177 yeni yaralı daxil olub. Yaralılardan 1-i kritik, 2-si ora ağır yaralıdır. 7 nəfər isə güclü sinir şoku vəziyyətindədir.
19-03-2026, 16:28
Məktəblərdə 11 günlük tətil başlayırNovruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayır.
Bu barədə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü 28 mart, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 31 mart tarixinə təsadüf edəcək.
19-03-2026, 16:23
İranda İsrailə casusluq edən daha 97 nəfər saxlanıldıİran hüquq-mühafizə orqanları İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən daha 97 nəfəri saxlayıb.
Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumatda həbs olunanlar “İsrail əsgərləri” adlandırılıb.
Onların üzərindən xeyli sayda silah-sursatın aşkarlandığı qeyd edilib.
Qeyd edək ki, daha əvvəl İranda "düşmənlə əməkdaşlıq etməkdə" şübhəli bilinən ən azı 500 nəfər saxlanılıb.
19-03-2026, 16:14
Azərbaycanda marqarin istehsalı kərə yağını üstələyir
Azərbaycanda marqarin kərə yağından çox istehsal olunur.
Bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Belə ki, 2026-cı ilin yanvar-fevral aylarında 5816,4 ton maraqnin istehsal olunub. Bunun qarşılığında ölkədə istehsal olunmuş kərə yağı 3882,9 ton təşkil edib.
Qeyd edək ki, marqarin sağlamlıq üçün zərərli yağ sayılsa da, bir şox ərzaq məhsullarının hazırlanmasında, o cümlədən şirniyyatların bişirilməsində ondan geniş istifadə olunmaqdadır.
18-03-2026, 18:08
Əli Həşimli Federasiya prezidenti seçildi"Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası" İctimai Birliyinin ümumi yığıncağında qurumun adının dəyişdirilməsi və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub.
Bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.
İctimai birlik bundan sonra "Azərbaycan İdman Rəqsləri Federasiyası" adlandırılacaq.
Yığıncaqda federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Əli Həşimli qurumun yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmayıllı vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv təsdiqləniblər.
18-03-2026, 17:50
Prezident deputatla bağlı sərəncam İMZALADI
Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Zabelin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenlə təltif olunub.
18-03-2026, 17:42
Xırdalanda bu gecə işıq olmayacaq
Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, martın 19-da saat 00:30-dan 02:30-dək Xırdalanın Zimistan Qurbanov, Səttar Bəhlulzadə, Vəli Axundov, Həsən Əliyev, Rövşən Əliyev, Əhməd Cavad, Nizami, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq.
Buna səbəb enerjinin verilməsində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə təmir işlərinin aparılmasıdır.
Qeyd olunub ki, işlər yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
18-03-2026, 17:36
4 aydır boş olan birinci müavin postuna təyinat Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısına birinci müavin təyin olunub.
Bununla bağlı RİH başçısı Adil Vəliyev müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin edilib.
O bu təyinatadək İcra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində işləyib.
Xatırladaq ki, daha əvvəl RİH başçısının birinci müavini vəzifəsində Elşən Həsənli işləyib. O, ötən ilin noyabrın əvvəli Prezidentin Sərəncamı ilə Kürdəmirin icra başçısı təyin olunub. Həmin vaxtdan bu post boş idi.
18-03-2026, 17:27
Gürcüstan Patriarxı 22 martda dəfn olunacaqBütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 22 martda Tbilisidəki Sioni Katedralında dəfn olunacaq.
Bu barədə Gürcüstan mediası məlumat yayıb.
Sioni Katedralında dəfn edilmək II İlyanın şəxsi arzusu olub. Dəfn mərasimində xarici nümayəndə heyətlərinin iştirakı da gözlənilir.
II İlya 17 mart axşamı mədə qanaması səbəbindən bir gecə əvvəl yerləşdirildiyi Tbilisi klinikasında vəfat edib. Ölkənin ən yaxşı mütəxəssislərindən ibarət həkimlər qrupu onu xilas edə bilməyiblər.
Patriarxın ölümü ilə əlaqədar Gürcüstanda matəm günü elan edilib.
II İliya 1977-ci ildə Bütün Gürcüstanın Katolikos-Patriarxı seçilib.
18-03-2026, 17:06
İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdiİran ərəb ölkələrinə xəbərdarlıq edib.
SEPAH-ın açıqlamasında deyilir ki, hər kəs Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki neft-kimya müəssisələrindən təcili tuzaq durmalıdır.
Yaxın vaxtlarda həmin mövqelərə raket və dron hücumunun ediləcəyi gözlənilir:
"Bu obyektlər birbaşa və qanuni hədəflərə çevrilib və yaxın saatlarda hədəfə alınacaq. Buna görə də, bütün vətəndaşlardan, sakinlərdən və işçilərdən dərhal bu əraziləri tərk etmələri və gecikmədən təhlükəsiz məsafəyə köçmələri xahiş olunur".