Su anbarında batan gənclər hələ də tapılmayıb - Axtarışdan GÖRÜNTÜLƏR .....                        Putinlə Zelenski görüşməlidir .....                        Yas mərasimində yeməkdən boğulub öldü .....                        İraqda 5 terrorçu zərərsizləşdirildi .....                        Kişi liftdə arvadını və 4 yaşlı oğlunu bıçaqladı .....                        İslam Həmrəylik Oyunlarının vaxtı AÇIQLANDI .....                        Qarlı hava 165 nəfəri xəstəxanalıq etdi .....                        Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA .....                        Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında .....                       
Tarix : 11-11-2014, 12:24

           

İKİ   BARMAQ   ARASINDAKI ÖLÜM

Yaqut Aslanova   

Barmaqlarımızla  özümüzə yaxınlaşdırdığımız  və  heç cürə  uzaqlaşdıra bilmədiyimiz  təhlükə. Boyu balacadır, lakin  verdiyi dərdlər  böyükdür .  Çoxları  bu təhlükəyə  belə  cümlələrlə yaxınlaşır :  "Kişi deyilsen ?  Qorxursan?  Kişi siqaret də çəkər, içki də içər. Al, çək. "Kişiliyi  siqaretlə ölçmək nə dərəcə də doğrudur?  Əvvəllər  oğlanlar  siqaret çəkməyə  yetkinlik yaşlarından  başlayırdısa, artıq  yaş  həddi azalır. Sanki, oğlanlar  arasında yarış gedir ki,  kim birinci başladı? Oğlanlar siqaret çəkməyənə  rişxənd edirlər. İradəsi güclü olan  kinayələrə üstün gələ bilir , amma iradəsi  zəif olan  tüstünün qurbanı olur. Təəssüf ki , bu qurbanların sayı zamanla çoxalır.  Siqaret təhlükədir.  Həm də bilərəkdən ona doğru addımladığımız təhlükə. Siqaret təkcə onu çəkən üçün deyil ,  onun ətrafı üçün də ziyanlıdır .                                                                                                    Qəribədir ... Kişilərə  siqareti tərgitməyi aşılayırıq , lakin görürük ki,  qadınlar da siqaret çəkməyə başlayır. Siqareti əlinə alır , dərdim var deyir. Dərdin var otur çək , daha dərd  yerinə siqaret niyə çəkirsən? Siqaret məgər problem həll edir? Hər problem siqaret tüstüsü ilə həll olunsaydı , nə var idi ki , qadın? Siqaretə o qədər aludə olublar ki , daha sağlamlıqlarına verdiyi zərər barədə düşünmürlər. Siqaret qutuları üzərindəki yazını bəzisi oxumur, digərləri də sadəcə baxır.  Həmin cümləni firmanın siqaret üzərində yazdığı digər yazılardan biri hesab edirlər. Adi cümlə. Sadəlikdən yaranan mürəkkəbliklər. Görəsən bu təhlükə nə vaxtdan başlayıb  tüstülənməyə?!                                                  Siqaret Avropada 1856 -ci ildən yayılıb. 1880-ci ildən  ABŞ-da  siqaret istehsal edən ilk cihazlar yaradılıb. ilk siqaret markalarından olan  "Kent"  İngiltərədə istehsal olunub. 1940 - 1950 -ci illər siqaret təsərrüfatının "qızıl" illəri hesab olunur. Siqaret orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Ən ağır xəstəliklərdən biri isə xərçəngdir. Onun tərkibində olan nikotin  və menoksidkorben kimi  maddə  orqanlarda  xərçəng yaradan virusun  törəməsinə zəmin yaradır.  Ağciyər xərçənginin yaranma səbəbinin  87 % - i siqaretdədir. Siqaretin tərkibində  4560 zəhərli ,  60 -dan çox xərçəngə səbəb olan maddə tapılıb. Siqaret iştahanı  azaldır, qidanın həzmini ağırlaşdırır, yuxu  sistemini qarışdırır, iş  qabiliyyətini azaldır, ağızda pis qoxu  yaradır. Siqaret yaşından asılı olmayaraq, hər şəxsə mənfi  təsir     göstərir.  Onun nə qədər ziyanlı olduğu deyilsə də,  insanlar bu təhlükədən qorunmaq  barədə düşünmək  belə istəmirlər. Aparılan araşdırmalara görə  1 ildə 2 500 000  insan  siqaretə görə həyatını itirir . Siqaret çəkən qadınlarda uşaqlıq xərçəngi riski çoxalır. Hamilə qadının siqaret çəkməsi  uşağın ölü və ya şikəst doğulması ilə nəticələnir . Uşağına süd verən və siqaret çəkən ananın orqanizmində  olan  nikotin  ana südü ilə körpəyə keçir. Siqaret çəkənin yanında  olan da   tüstünün qurbanı olur. Evdə siqaret çəkən ata öz ailəsini də bu təhlükəyə qurban verir.  Hələ heç kim siqaretin faydasını görməyib , görməyəcək də . Siqaret  zərərdən başqa heç nə vermir .  Əslində , onun nə qədər ziyanlı olduğunu  anlasalar,  ondan imtina etsələr, tüstüsüz həyata üstünlük vermiş olarlar.  Siqareti  seçməklə  təhlükələrə, xəstəliklərə yaxınlaşmaqdansa, siqaretdən  imtina edərək  onlardan uzaqlaşmaq necə də gözəl olardı ...

 

 

 

 



Paylaş



Bölmə: Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!