Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                        Zaxarova Zelenskini aşağıladı .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi .....                        Masazırda arvad ərini öldürdü .....                       
Tarix : 20-02-2024, 11:19
"Bu nadan yeniyetmələrin valideynlərinə deməyə söz tapmıram..."


Könül Quliyeva:"Bu nadan yeniyetmələrin valideynlərinə deməyə söz tapmıram..."

Gündəlik həyatda çox nadir hallarda təəssüf, xəcalət və qəzəb hissləri eyni anda və birgə yaşanır. Dünən sosial şəbəkələrdə paytaxtın Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən qeyri-etik, daha doğrusu, əxlaqsız hərəkətləri ilə bağlı yayılan video mənə bu hissləri məhz eyni zamanda yaşatdı. Həmyaşıdına etdikləri əxlaqsızlığı həvəslə telefonun kamerasına həkk edən məktəblilərin valideynlərinin əvəzinə mən xəcalət çəkdim.
Həm də çox təəssüfləndim...
Və məktəb yoldaşları tərəfindən alçaldılan azyaşlının həmin anda nələr çəkdiyini təssəvvür etməyə çalışdım. Bacarmadım... Çox qəzəbləndim...
Bu nadan yeniyetmələrin valideynlərinə deməyə söz tapmıram. Bircə onu bilirəm ki, övladına düzgün tərbiyə verməyən valideyn ən sərt və kəskin şəkildə ictimai qınaq obyektinə çevrilməlidir. Məlumdur ki, övlad ata və anasının əməllərinə görə məsuliyyət daşıya bilməz. Amma uşaqların tərbiyəli övlad, ləyaqətli vətəndaş kimi formalaşmasına görə ən böyük məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür. Niyə əvvəlki dövrlərdə olduğu kimi, nalayiq hərəkətlərə yol verən məktəblilər barədə valideynlərin iş yerinə məktub ünvanlanmır, onların işlədikləri idarə və ya təşkilatın rəhbərliyi və kollektivi övladını düzgün tərbiyə etməyən əməkdaşı ictimai qınaq obyektinə çevirmək imkanından məhrumdurlar? Nə vaxtadək şagird, müəllim və valideyn “üçbucağında” sonuncu “bucaq” məsuliyyətdən kənar qalacaq?
Niyə çətin tərbiyə olunan uşaqlar üçün xüsusiləşmiş orta təhsil müəssisəsi paytaxtda deyil, əyalətdə (Qubada) fəaliyyət göstərməlidir? Heç bir cəza tədbirinə məruz qalmayan yeniyetmələrin təkrarən etik davranış qaydalarını pozmayacağına kim zəmanət verə bilər? Niyə məktəblərdə şagirdlərin təlim və tərbiyəsinə bir yox, bir neçə təhsil işçisinin – məktəb direktoru, tərbiyə işləri üzrə direktor müavini, sinif rəhbəri, fənn müəllimləri, psixoloq, “məktəblinin dostu” və s. cəlb olunduğu halda, məktəblilər tərəfindən baş verən xoşagəlməz hadisələrin sayı durmadan artır? Bu suallara cavab axtarışı vətəndaş cəmiyyətində ətraflı müzakirələrin aparılmasını, təcrübəli təhsil işçiləri və müvafiq qurumların məsələyə ciddi münasibət bildirməsini tələb edir.
Onu da qeyd edim ki, bütün valideynlər Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”nin 58-ci maddəsində uşaqların tərbiyə və təhsilində nəzərdə tutulan hüquq və vəzifələrinə əməl etməlidirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
Dövlətin və təhsil sisteminin üzərinə düşən ən böyük öhdəlik isə ailə ilə məktəbin əməkdaşlığının yenidən və effektli qurulmasını təmin etmək, məqsədləri doğru və hərtərəfli şəkildə müəyyənləşdirməkdir.




Könül Quliyeva
"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri


Paylaş



Bölmə: Maarif / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!