Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
Tarix : 22-12-2017, 11:03
Yeni qanun layihəsi Milli Məclisdə qəbul olunmağa hazırdır


Butov.az ordum.az - a istinadən xəbər verir ki, yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisdə qəbul olunmağa hazırdır. Sənəd sonuncu oxunuşda parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə edilib.

Yenidən hazırlanan 5 fəsil, 16 maddədən ibarət “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında qəbul olunmağa tövsiyyə edildi. Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dedi ki, sənədin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı millət vəkillərinin verdiyi təkliflərin hamısına baxılıb və araşdırılıb. Silahlı Qüvvələr haqqında mövcud qanun 1991-ci il oktyabrın 9-da qəbul olunub. Ötən müddətdə ölkə və ordu həyatında çoxsaylı proseslər baş verib. Ötən ilin sentyabrında isə ölkədə referendum keçirilib ki, burada da silahlı qüvvələrin yeni statusu müəyyənləşib. Hərbi quruculuq sahəsində ilk sənədlərdən olan mövcud qanun Silahlı qüvvələr adlansa da, burada söhbət əsasən ordudan gedir. Yeni sənəd isə daha əhatəlidir, həcm və məzmununa görə fərqlidir. Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuq məsələlərini tənzimləyəcək çərçivə qanunu “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa və mövcud qanunvericliyə uyğun hazırlanıb. Sənəd Azərbaycan ərazisinin bütövlüyü və severenliyinin qorunması, ərazi toxunulmazlığı və müdafiəsini özündə ehtiva edir. İclasda qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna təklif olunan dəyişikliyə də baxıldı və məqbul sayıldı. Millət vəkilləri “Azərbaycan Silahlı Qüvvələri tağımlarının Türkiyə Silahlı Qüvvələrinin tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclsin qərarına təklfi olunan dəyişikləri də dəstəkləyərək sənədi parlamentin plenar iclasına tövsiyyə etdilər.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!