Mahmud Səfəralıyev HƏBS EDİLDİ .....                        Ermənistanda daha bir keşiş tutuldu .....                        Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir .....                        Putin Hindistana getdi .....                        Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI .....                        Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır .....                        DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi .....                        ATƏT-in sədrindən Bakı və İrəvana mesaj .....                        Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi .....                       
1-01-2022, 12:42
İlham Əliyev: “Azərbaycanda pandemiya tam nəzarət altındadır” - VİDEO

“Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir”.

Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: “Eyni zamanda, aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir. Əhalinin təxminən 50 faizi artıq iki doz peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq”.



Bütöv.az
1-01-2022, 12:41
Prezident: “Azərbaycan heç kimdən yardım, kredit almadan bu işləri görür” - VİDEO

“Bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür”.

Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Prezident bildirib ki, azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır:

“Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq. Görülmüş işlər nəticəsində demək olar ki, biz artıq postböhran dövrünə qədəm qoyduq. Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb.

Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir və bu il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula nisbətdə xarici dövlət borcu azalıb.

Yəni, bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma bizim üçün bu, təbiidir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir. Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir”.



Bütöv.az
30-12-2021, 15:38
İllərdir axtarışda olan “Akula Akif” Mövlam Şıxəliyevin cinayət işində üzə çıxdı

2 aydan artıqdır ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Cinayət işi üzrə 32 zərərçəkən və dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisləri var.

Bütöv.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, məhkəmə açıq elan edilsə də, hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrini prosesin keçirildiyi zala buraxmır. Proses faktiki olaraq qapalı keçirilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Digər təqsirləndirilən şəxslər barəsində həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.

İş üzrə zərərçəkənlərə 20 milyon manatdan artıq ziyan dəydiyi təsbit olunub, lakin təqsirləndirilən şəxslərin cəmi 7 milyonluq əmlakları müəyyən edilərək müsadirəyə təqdim olunub.

Cinayət işi üzrə istintaqda adı keçənlərdən biri də hazırda İnterpolun axtardığı Akif Mustafayevdir. Hazırda Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, ölkədən qaçaq düşməsindən sonra barəsində yayılan məlumatlarda əslində onun əsas vəzifəsinin imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil cinayətkar quldur dəstəyə dosye toplayıb çatdırmaqdan ibarət olduğu deyilirdi.

Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Anar Sadıx oğlu Heydərovun ifadəsini “Akula Akif”in barəsindəki məlumatları təsdiqləmiş olur.

Anar Heydərov ifadəsində deyib ki, 2004-cü ilin sentyabrında “İT Solition” MMC-ni təsis edərək sahibkarlıq fəaliyyət ilə məşğul olmağa başlayıb. Şirkətin fəaliyyəti infomasiya texnologiyaları, proqram təminatı, mühafizə sahələri ilə bağlı olub. 2010-cu ilin təxminən yanvar ayında dostu Aydın onu Bakı Əyləncə Mərkəzində Akif Mustafayevlə tanış edib. Sonuncu özünü sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın dostu kimi təqdim edib. Respublikada istənilən məsələni həll etməyə qadir olan şəxs kimi tanıdıb. Sonradan bir neçə dəfə onun işlədiyi ofisə gəlib müxtəlif məzmunda söhbətlər aparıb, hətta rəhbərlik etdiyi şirkətin 5 il ərzində MTN-in maddi texniki təminat şöbəsi ilə müqavilə bağlayaraq MTN-in inzibati binalarında yanğından mühafizə sisteminə xidmət göstərilməsi işlərini götürməsinə Akif kömək edib.

2010-cu ilin əvvəllərində Akif Mustafayev ona tez-tez xarici ölkələrə səfər etdiyini deyib və Şengen vizaları aldığına görə onu “İT Solition” MMC-yə işə götürməyi xahiş edib. Anar Heydərov da razılaşaraq Akif Mustafayevin adını satış meneceri kimi rəsmiləşdirib, əmək müqaviləsi bağlayıb.

Zərərçəkən deyir ki, 1 il sonra əvvəldən tanıdığı “Texnika, Bank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin sifarişi əsasında bank üçün 2011-ci ildən başlayaraq 210 ədəd ödəmə köşkləri quraşdırıb və banka təhvil verib. Lakin 2012-ci ilin fevral-mart aylarında Etibar Əliyev MTN əməkdaşları tərəfindən tutulduqdan sonra bankın ona ödənilməmiş 1 milyon 980 min manat borcu qalıb. Akif Mustafayevlə tez-tez görüşdükləri üçün bu barədə onun xəbəri olub. Bir dəfə Akif Mustafayev ona MTN-in idarə rəisi Füzuli Əliyevin zəng edərək Anar Heydərovun Etibar Əliyevin oğlu ilə tez-tez telefon danışıqları olduğuna görə onu tutmaq istədiklərini deyib və ona kömək edəcəyini bildirib.

“Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım”

Bundan bir neçə gün sonra, 2012-ci ilin təqribən mart ayında Füzuli Əliyev onun işlədiyi ofisə gələrək söhbət zamanı “mən heç bura gəlməyəcəkdim, Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım" demiş, lakin ondan pul tələb etməmişdi. Bu söhbətdən 2-3 gün sonra Akif ona ”"TexnikaBank"ın sənə olan borcunu qaytartdıracam, bu pulu məndən başqa heç kim sənə onsuz da qaytara bilməyəcək, 500 min manat mənə pul verərsən" deyə təklif edib. O da məcbur olub razılaşıb. Həqiqətən, bir neçə ay müddətində “TexnikaBank” tərəfindən həmin məbləğdə pul ona qaytarılıb. Belə ki, 16 may 2012-ci il tarixdə həmin bankın idarə heyətinin sədri Samir Hüseynovla 2 milyon 336 min 400 manat məbləğdə müqavilə bağlayıb, müqavilənin şərtlərinə görə, bankın ona borclu olduğu pul ödənilməli imiş. Bundan sonra onun rəhbərlik etdiyi şirkətin “TexnikaBank”dakı olan hesabına 1 milyon 980 min manat pul köçürülüb, həmin pulun 650 min manatı “TexnikaBank”dan olan kreditə görə silinib. Qalan məbləği isə hissə-hissə nağdlaşdırıb 2012-ci ilin iyul ayının axırlarına kimi bankdan götürüb. 23 may 2012-ci ildə şirkətinin Bakı şəhəri, Z.Bünyadov prospekti 86 B ünvanında yerləşən ofisində öz otağında birinci dəfə 200 min manat, 2-ci dəfə 29 may 2012-ci il tarixdə 150 min manat, 3-cü dəfə 31 may 2012-ci il tarixdə 150 min manat Akif Mustafayevə şirkətin meneceri Rəşad Hüseynovun yanında pul verib.

2013-cü ilin yanvar ayında Akif ona Cahangir Hacıyevlə görüşdüyünü, sonuncunun “”TexnikaBank"ın Anar Heydərova ödədiyi pulu geri qaytarmaq lazımdı, mən Anar Heydərova 4 milyon manat kredit verəcəm, bir hissəsini “TexnikaBank”a ödəyin, qalan hissəsini isə istifadə edib faizlərini qaytarın" dediyini bildirir. İş adamı buna etiraz etdikdə isə Akif hədə-qorxu gələrək “başına oyun açarıq, həbs olunarsan, o pulu biz almışıq, biz də qaytarmalıyıq, sən heç bir zərər görməyəcəksən, hamısını ”Beynəlxalq Bank" qaytaracaq" deyib.

Zərərçəkənin ifadəsində qeyd olunur ki, həmin ərəfələrdə 050 211 03 04 və ya 050 206 66 66 saylı mobil nömrələrindən birinə zəng edilməklə onu 2013-cü ilin yanvar ayında MTN-in İstintaq Baş İdarəsindən adı yadında qalmayan müstəntiq çağırıb dindirdikdən sonra otağa Təhsin Ağayev daxil olaraq “sən indi generalın yanına gedəcəksən” deyib və onu Mövlam Şixəliyevin otağına aparıb. Təhsin Ağayevi əvvəllər tanımayıb, aralarında hər hansı məzmunda danışıq olmayıb, sonradan da Təhsinlə ünsiyyəti olmayıb. Mövlam Şixəliyev onu təxminən 5 dəqiqə ərzində təklikdə qəbul edib və “mən bilmirdim sən Akiflə yaxınsan, mən Akifə demişəm, o özü sənə deyəcək, get 2-3 günə məsələni həll elə” deyib.

Mövlam Şixəliyevin otağının sahəsi təxminən 70-80 kvadrat metr imiş. Girişdən üzbəüz geniş “T” formalı iş masası, iş masasının arxasında mebel, girişdən sol divar boyu küçəyə baxan iri ölçülü pəncərə olub.

İfadədən sitat: “Xüsusilə də kabinetin ”salat" rəngli, divar kağızı timsah dərisi dizaynında olması diqqətimi çəkdi, həmin görüşdə Mövlam Şixəliyev mülki geyimdə idi".

Zərərçəkən həmin gün MTN-in inzibati binasından çıxandan sonra Mövlam Şixəliyevin onu tutacağından narahat olub, həmin vaxt Mövlamın onu Akiflə dost olduğuna görə sərbəst buraxdığını hesab edib, sonradan bütün olanların hamısının bir “oyun” olduğunu, Mövlamın, Akif və Elşad Mahmudzadə ilə əlbir olub onun başına oyun açdıqlarını başa düşüb. Mövlamın yanından çıxdıqdan sonra Akiflə “Qurd qapısı” restoranında təxminən yarım saat ərzində görüşüb, Mövlam Şixəliyevlə görüşü barədə danışıblar.

Akif məsələni danışıb həll etməsi üçün MTN-in Elşad Mahmudov adlı idarə rəisinə onu tapşıracağını deyib, həmin gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Statistikanın kruqu” deyilən yerdə yerləşən “Maestro” restoranında Akif və Elşad adlı şəxslə görüşüb. Elşad ona kömək etmək üçün Mövlamla danışıb xəbər edəcəyini deyib. Növbəti gün eyni restoranda yenidən eyni tərkibdə görüşəndə Elşad Mövlamla danışdığını, onun tutulmaması üçün Mövlamın 500 min dolları istədiyini deyib.

Lakin o, Akifə 300 min dolları verə biləcəyini deyib, həmin məbləğə Mövlamı razı salmalarını Akif və Elşaddan xahiş edib. Elşad axşam Mövlamla görüşüb parkda gəzəndə sonuncu ilə danışıb razı salmağa çalışacağını bildirib. Sonrakı gün də yenə də eyni yerdə, eyni tərkibdə görüşüblər və o, özü ilə gətirdiyi 300 min dollar pulu Elşada verib. Pulu Elşadın tünd göy rəngli “Mercedes Benz E class” markalı, 088 dövlət qeydiyyat nişanlı avtomobilinin baqajına qoyub və Elşad gedib. Bunun ardınca Akif ona Elşadın neçə gündür Mövlamı onun işinə görə razı salmaqdan ötrü əziyyət çəkdiyinə görə Elşada da “hörmət” kimi heç olmasa 10 min manat pul verməsini istəyib.

“Pul çatdı və müstəntiq ”sənin məsələn bağlandı" dedi"

O da həmin vaxt üzərindəki əl çantasında olan 10 min manat pulu Elşada çatdırması üçün Akifə verib. Həmin pulu Akifin Elşada verdiyini sonradan Elşadın ona həmin pula görə təşəkkür etməsindən bilib. Elşadın da pulu Mövlama çatdırmasını ikinci görüş zamanı müstəntiq Mətləbin ona “sənin məsələn bağlandı” deməsindən bilib. Belə ki, Mövlam Şixəliyevin ondan Akif Mustafayev və Elşad Mahmudzadənin vasitəsilə tələb etdiyi 300 min dolları verdikdən bir müddət sonra ifadəsində dəyişiklik edilməsi məqsədilə xatırlamadığı MTN əməkdaşı zəng edərək onu quruma çağırıb.

2-ci görüşdə o, ancaq müstəntiq Mətləbin qəbulunda olub ifadəyə imza edib. Mətləb ilk görüşlə müqayisədə onunla daha mülayim və xoş davranıb, “sənin məsələn bağlandı” deyib. Buna baxmayaraq, Mətləbin özü ilə arasında hər hansı pul söhbəti olmayıb, o, Mətləbə Mövlam Şixəliyevə çatdırmaq üçün Akif və Elşada pul verdiyini bildirməyib.

Zərərçəkən ifadəsində deyib ki, Mövlam Şixəliyevin qəbulunda cəmi bir dəfə olub.

Anar Heydərov deyib ki, bundan sonra o, həmçinin məcbur olub Akif Mustafayevin “Azərbaycan Beynəlxalq Bank”ı ASC-dən 4 milyon manat kredit götürməsi təklifi ilə də razılaşıb:

- 5 iyul 2013-cü ildə Akif Mustafayevin təşkilatçılığı əsasında “Azərbaycan Beynəlxalq Bank”ının Sumqayıt filialı ilə 4 milyon manat kreditin götürülməsi barədə müqavilələrə imza etdi. Əslində isə həmin vaxt ayrı bankda kredit xəttim vardı. Buna görə də “Beynəlxalq Bank”dan əlavə kredit xəttinə heç bir ehtiyacım yox idi. 5 iyul 2013-cü ildə “Beynəlxalq Bank”dakı hesabıma 2 milyon 500 min manat pul mədaxil olundu. Həmin pul rəhbərlik etdiyim şirkət tərəfindən verilmiş bank çek kitabçası vasitəsilə İlqar Hüseynov tərəfindən Pribaltika ölkələrindən hansındasa yerləşən ofşor şirkət olan “City Port Contracts LP”nin hesabına köçürüldü. Daha sonra isə həmin ofşor şirkət tərəfindən 2 milyon 357 min manat (həmin pulun 0,3 faizi xidmət haqqı, 1 faiz isə ofşor şirkətdən pulun köçürülmə haqqı olub) “Texnika Bank” ASC-yə köçürüldü. 1 milyon 643 min manat pul rəhbərlik etdiyim şirkət tərəfindən götürülərək biznesin inkişafına xərcləndi. 2013-cü ildə dostu Aydın Cəfərovla birlikdə “VİP Həyat” MMC-ni təsis edərək kosmetoloji malların Azərbaycana idxalı və pərakəndə satışını həyata keçirmək barədə razılaşdıq. Lakin Akif Mustafayev bu razılaşmadan xəbər tutan kimi həmin şirkətə şərik olmağı tələb etdi. Hədə-qorxu gəldi deyə onunla razılaşmağa məcbur olduq və 50 faiz payı onun dayısı oğlu Orxan Alik oğlu Məcidovun adına təsisçi kimi rəsmiləşdirdik. 25 faiz Akif Mustafayevin bacısı oğlu Arif Novruz oğlu Şükürov təsisçi kimi rəsmiləşdirildi. 25 faiz isə Aydın Eldar oğlu Cəfərovun həyat yoldaşının adına rəsmiləşdirilib. Şirkətin biznes ideyası Aydına, invenstisiya qoyulan 700 min manat pul isə ona aid olub. Şirkət İzrailin “Deşeyl” şirkətinin istehsalı olan kosmetoloji malların ölkədə satışını həyata keçirib. 2014-cü ilin oktyabr ayında Akif Mustafayev onu 45 faiz ona, 45 faiz Akifə və 10 faiz Aydına məxsus olmaqla həmin şirkətin yeni Nizamnaməsini tərtib etməyə məcbur edib. 2015-ci ilin dekabr ayından həmin şirkət fəaliyyətini dayandırıb.
30-12-2021, 14:34
İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni təmir olunmuş parkda - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bütöv.az xəbər verir ki, Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.

Mövcud park və xiyabanların yenidən qurulması və yenilərinin salınması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir. “Nizami İli”nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir.

Bir vaxtlar “Luna Park” adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. Ətraf ərazilərdə yaşayan sakinlərin sevimli istirahət məkanı olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı.

Qeyd edək ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində yerləşən bir və iki mərtəbəli inzibati binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.





30-12-2021, 14:16
Vladimir Putin İlham Əliyevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.

Bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Prezidentə ünvanlanan təbrikdə qeyd olunub ki, ötən ildə iki dövlət başçılarının Moskva və Soçidə keçirilən görüşləri Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam təsdiqləyib.

Rusiya-Azərbaycan əlaqələrinin bütün spektrini daha da inkişaf etdirmək üçün konstruktiv dialoqun və sıx birgə işin davam etdirilməsinə ümid ifadə olunub. Bu, vurğulandığı kimi, iki dövlətin xalqlarının köklü maraqlarına uyğundur.

Bütöv.az
30-12-2021, 10:40
Bəylər Eyyubovun bacısı oğlu general-leytenant oldu

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, üç hərbçiyə general-leytenant, bir polkovnikə isə general-mayor ali hərbi rütbəsi verilib.

Bütöv.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, rütbəsi artırılaraq general-leytenant olan hər üç yüksək rütbəli zabit SHÇDX-in rəisi, general-polkovnik Arzu Rəhimovun müavinləridir.

Bunlar general-leytenant Şahverdiyev Mayıl Seminar oğlu, general-leytenant Abdullayev Zaur Qasım oğlu və general-leytenant Mirzəyev Yusif Həsən oğludur.

Məlumat üçün bildirək ki, Mayıl Şahverdiyev Arzu Rəhimovun müavini təyin olunmazdan öncə SHÇDX-in Göygöl rayon şöbəsinin rəisi olub. O, xidmət rəisinin müavini vəzifəsinə 2017-ci ilin oktyabrında gətirilib. 2018-ci ildə isə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alıb.

Xatırladaq ki, 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyev bir neçə il öncə mətbuatın gündəminə evində oğurluq hadisəsi olması ilə gündəmə gəlmişdi. 2016-cı ildə onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A-da yerləşən 26 nömrəli mənzilinə daxil olan oğrular, evdən 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi aparmışdılar.

Onu da bildirək ki, general-leytenant Mayıl Şahverdiyev prezidentin Mühafizə Xidmətinin rəhbəri general-polkovnik Bəylər Eyyubovun bacısı oğludur.

Rütbəsi artırılan Yusif Mirzəyev isə mərhum dilçi alim, sabiq deputat Həsən Mirzəyevin oğludur. O, 2018-ci ilin fevralında Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib. Bir il sonra isə general-mayor ali hərbi rütbəsini alıb.

General-leytenant rütbəsinə ən tez yüksələn Zaur Abdullayevdir. O, 16 il öncə, yəni 2005-ci ildə Dövlət Sərhəd Xidmətinin baş leytenantı olub. Həmin ildə də "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2012-ci ildə isə polkovnik rütbəsinə yüksəlib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. İki il sonra Arzu Rəhimovun birinci müavini olub. Bundan bir il sonra general-mayor rütbəsini alıb.

Fotoda general-leytenant Zaur Abdullayev

General-mayor rütbəsinə yüksələn Çingiz Kiçibəyov isə xidmətin Suraxanı rayon şöbəsinin rəsidir. O, daha əvvəl Quba və Sabunçu rayonlarında da eyni vəzifədə çalışıb.

Bütöv.az
30-12-2021, 10:25
 Oqtay Əsədovun ailəsinin BİZNES İMPERİYASI... - VİDEOFAKT

"Sadiq Xan dəbdəbəli evlər tikib" deyən xarici aksentli adam kameraya baxaraq danışır: "Kam əlverişli evlər tikəcək".

Videoçarxda Kam Balayev bu il keçirilən London bələdiyyə seçkilərində təşviqat aparır. Balayev seçki kampaniyasında tələbəlik illərində Azərbaycandan Londona gəldikdən sonra şəhərə aşiq olduğunu deyib.

Ancaq Balayev arzuları olan hər hansı bir mühacirdən fərqlənir və Londonda dəbdəbəli daşınmaz əmlak mövzusu özü və köhnə qohumları üçün olduqca vacib məsələdir.

Balayevin on ilə yaxın evli qaldığı Nərminə Əsədova, vətəni Azərbaycanda ən nüfuzlu siyasətçilərdən biri, keçmiş parlament sədri Oqtay Əsədovun kiçik qızıdır.

OCCRP-nin araşdırması nəticəsində məlum olub ki, Əsədovun ailəsi London, Dubay və Moskvada dəbdəbəli daşınmaz əmlaklar satın alıblar.

Oqtay Əsədov parlamentə rəhbərlik etdiyi 14 il ərzində rəsmi olaraq 30 min dollardan az maaş alıb. Onun gəliri ailənin həyata keçirdiyi alqı -satqıları izah etməyə kifayət deyil.

Hələ Əsədovun spikerliyinin ikinci ilində bağça müdiri olan həyat yoldaşı Zemfira Əsədova Mosvkada qiyməti milyon dollarla ölçülən mənzil alıb.

Sonrakı il o Moskvanın cənubundakı böyük ticarət obyektlərinə sahib olan “Arizarum Group” adlı şirkət satın alıb.

Azərbaycanda bəzi idman federasiyaları dövlət rəsmiləri tərəfindən idarə olunur, lakin özəl fondlar hesabına maliyyələşdirilir və onlardan maliyyə barədə açıqlama tələb olunmur. 66 yaşlı keçmiş spiker Oktay Əsədov da bundan geri qalmır. O, 2004 -cü ildən bəri Azərbaycan Tennis Federasiyasına rəhbərlik edir.

Növbədə ailənin kiçik üzvləri – qızlar və kürəkənlər gəlir. Oqtay Əsədovun qızları Nərminə ilə Nigar Bakıda özəl uşaq bağçası yaradıb və Nigar dövlətə məxsus doğum evində həkim kimi çalışır.

Əsədovun qızı Nigar və kürəkəni Mehman Qocayev Dubayda, Londonda dəbdəbəli daşınmaz əmlak sahibidirlər.

Sözügedən Mehman Qocayev ötən ilədək Bakı şəhər prokurorunun iki müavinindən biri idi.

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Qanunu dövlət rəsmilərinin birbaşa və ya dolayı yolla, bizneslə məşğul olmasına qadağa qoyur. Buna rəğmən Qocayev vəzifədə olduğu illərdə iki türk şirkətinin ortağı, şirkətlərdən birinin direktoru olub.

Əsədovun digər qızı Nərmin və kürəkəni Kamran Balayev Britanyanın Vircin Adalarında “NNM Investment” adlı şirkətə məxsus olub. Cütlük doldurduqları sorğularda siyasi əlaqələri olmadığını qeyd ediblər.

Əsədova boşanma zamanı Balayevdən həm şirkəti, həm də sahibi olduğu mənzili geri alıb.

Boşandıqdan sonra Londonda qalan Balayev bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb. Lakin o, siyasi karyerasında da uğursuzluğa düçar olub. (pravda.az)



Bütöv.az
29-12-2021, 19:01
İran Zəngəzurda konsulluq açır - VİDEO

İran İslam Respublikası Zəngəzurun Qafan rayonu ərazisində diplomatik konsulluq açacaq.

Dekabrın 29-da İran hökuməti Xarici İşlər Nazirliyinin bu təklifini təsdiq edib.



Bütöv.az
29-12-2021, 18:52
Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? - VİDEO

Balakəndə əkinə yararlı və kənd təsərrüfatı təyinatlı torpaqların məhv edilməsi ilə bağlı redaksiyamıza videogörüntülər təqdim edilib.

Videogörüntülərdə rayonun Hənifə kəndi ərazisinə məxsus əkin sahələrinin Kərpic zavodunun tullantıları ilə məhv edildiyi əks olunub.

Bütöv.az xəbər verir ki, Bizim.Media-ya bu barədə müraciət edən şikayətçilərin iddiasına görə sözügedən əkin sahələri Milli Məclisin deputatı Nəsib Məhəməliyevin qardaşı Yusif Məhəməliyev tərəfindən zəbt edilib.

Onlara məxsus Kərpic zavodu 2019-cu ildən istifadəyə veriləndən əkinə yararlı torpaqlar ekoloji terrora məruz qalaraq məhv edilir. Belə ki, kərpic istehsalı ücün həmin ərazidən torpaq götürülərək yerinə zavodun tullantıları doldurulur. Üstəlik ərazidə aparılan işlər dövlətə hec bir rüsüm ödənilmədən, qanunsuz olaraq həyata keçirilir.

Şikayətçi qeyd edib ki, sözügedən ərazi həm çirkləndirilir, həm də karyer kimi istifadə olunur:

“Zavod fiziki şəxs Yusif Məhəməliyevin adına rəsmiləşdirilib. O, isə milllət vəkili Nəsib Məhəməliyevin qardaşıdır. Əvvəlcə kərpic istehsalı üçün torpağı götürürlər, sonra isə kərpic tullantıları gətirirlər və torpaq götürdükləri yerdən çalaları doldururlar. Əslində yerin quruluşu da pozulur. Faciə isə odur ki, kərpic tulantıları torpaqda cürümür, əksinə əkin sahələrini yararsiz vəziyyətə gətirir.

Belə davam edərsə, yaxin 3 ildə Məhəməliyevlər Balakəndə əkinə yararli səhələri iflic edəcəklər. Bu isə cənab Prezidentin ekoloji mühitə olan diqqətinə və kaygısına tam zildir. Belə çıxır ki, iqtidaryönümlü deputatın qardaşı bu gün Azərbaycanda aparılan işlərə qarşı çıxır”.

Şikayətçi onu da əlavə edib ki, məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, eləcə də Dövlət Əmlak Xidmətinə müraciətlər olunub. Amma adlarıçəkilən qurumlar məsələ ilə bağlı hərəkətə keçmir.

Yazıda adıkeçən qurumların da mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

29-12-2021, 15:52
İlin yekunları və hədəflər - Tahir Mirkişili

2021-ci il artıq başa çatmaq üzrədir.

Modern.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilin əsas makro-iqtisadi yekunları barədə fikirlərini bölüşüb:

- 2020-ci ildəki - 4.3%-lik ÜDM-in azalmasını dayandırıraq, 2021-ci ildə ÜDM-in 5.5%-dən çox artmasına nail olundu;

- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli bərpa-quruculuq işlərinə başlanıldı. Füzuli Beynəlxalq Aeroportu, Şuşaya aparan Zəfər Yolu istifadəyə verildi;

- Gorus-Qafan yolunda ilk Yanacaq Doldurma Stansiyası istifadəyə verildi;

- Qeyri-neft ÜDM-nin 6.5%-dən çox artmasına nail olundu;

- Qeyri-neft sənayesində artım 20%-i keçdi;

- Strateji valyuta ehtiyatları 53 mlrd dolları keçdi;

- Avropa Bazarlarına ilk dəfə 7 mlrd m3-dan çox qaz ixrac edildi;

- Qeyri-neft ixracımız 44%-dən çox artdı;

- İxrac idxalı 10 mlrd dollardan çox üstələdi;

- Tədiyyə balansının cari əməliyyatlar balansının profisiti 4 mlrd dollara yaxın oldu;

- Əhalinin banklardakı əmanəti 12%-dən çox artaraq 9 mlrd manatı keçdi;

- Minimum əmək haqqı, maaşlar, təqaüdlər orta hesabla 20-40% artırıldı (01 yanvar 2022-ci ildən);

- 2021-ci ilin Dövlət Büdcəsi proqnozdan artıq gəlirlərlə icra edildi;

- Manatın məzənnəsi sabit olaraq qorunub saxlanıldı.

Komitə sədri 2022-ci il üçün isə əsas iqtisadi hədəflər kimi aşağıdakıları qeyd edib:

- ÜDM-in daha 4%-ə qədər artırılması;

- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarda bərpa və quruculuq işlərini sürətlə davam etdirmək;

- Şərqi-Zəngəzurda ilk yaşayış məntəqəsini istifadəyə vermək;

- Orta illik inflyasiyanın 4%-ə qədər təşkil etməsinə nail olmaq;

- Qeyri-neft sektorunun payının artırılması, qeyri-neft ixracının daha da artırılması;

- Avropa bazarlarına 9 mlrd m3 qaz ixrac etmək;

- Əhalini maddi rifah halının artması üçün əlavə tədbirlər görmək;

- Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması;

- Makro iqtisadi sabitliyi qorumaq;

- İqtisadi islahatları davam etdirmək, sahibkarlığı inkişaf etdirmək;

- Xarici investisiyaların daha çox cəlb olunmasına çalışmaq;

Mövcud iqtisadi resurslarımız, regionda baş verən yeni reallıqlar, dövlət başçısının güclü iradəsi hesabına indiyə kimi olduğu kimi, növbəti ildə də iqtisadi hədəflərimizə çatmaq əzmindəyik".

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!