Qalx ayağa Azərbaycan! .....                        “İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı .....                        Telli Borçalının adından dələduzluq .....                        Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                       
Tarix : 30-12-2021, 10:40
Bəylər Eyyubovun bacısı oğlu general-leytenant oldu

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, üç hərbçiyə general-leytenant, bir polkovnikə isə general-mayor ali hərbi rütbəsi verilib.

Bütöv.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, rütbəsi artırılaraq general-leytenant olan hər üç yüksək rütbəli zabit SHÇDX-in rəisi, general-polkovnik Arzu Rəhimovun müavinləridir.

Bunlar general-leytenant Şahverdiyev Mayıl Seminar oğlu, general-leytenant Abdullayev Zaur Qasım oğlu və general-leytenant Mirzəyev Yusif Həsən oğludur.

Məlumat üçün bildirək ki, Mayıl Şahverdiyev Arzu Rəhimovun müavini təyin olunmazdan öncə SHÇDX-in Göygöl rayon şöbəsinin rəisi olub. O, xidmət rəisinin müavini vəzifəsinə 2017-ci ilin oktyabrında gətirilib. 2018-ci ildə isə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alıb.

Xatırladaq ki, 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyev bir neçə il öncə mətbuatın gündəminə evində oğurluq hadisəsi olması ilə gündəmə gəlmişdi. 2016-cı ildə onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A-da yerləşən 26 nömrəli mənzilinə daxil olan oğrular, evdən 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi aparmışdılar.

Onu da bildirək ki, general-leytenant Mayıl Şahverdiyev prezidentin Mühafizə Xidmətinin rəhbəri general-polkovnik Bəylər Eyyubovun bacısı oğludur.

Rütbəsi artırılan Yusif Mirzəyev isə mərhum dilçi alim, sabiq deputat Həsən Mirzəyevin oğludur. O, 2018-ci ilin fevralında Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib. Bir il sonra isə general-mayor ali hərbi rütbəsini alıb.

General-leytenant rütbəsinə ən tez yüksələn Zaur Abdullayevdir. O, 16 il öncə, yəni 2005-ci ildə Dövlət Sərhəd Xidmətinin baş leytenantı olub. Həmin ildə də "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2012-ci ildə isə polkovnik rütbəsinə yüksəlib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. İki il sonra Arzu Rəhimovun birinci müavini olub. Bundan bir il sonra general-mayor rütbəsini alıb.

Fotoda general-leytenant Zaur Abdullayev

General-mayor rütbəsinə yüksələn Çingiz Kiçibəyov isə xidmətin Suraxanı rayon şöbəsinin rəsidir. O, daha əvvəl Quba və Sabunçu rayonlarında da eyni vəzifədə çalışıb.

Bütöv.az


Paylaş



Bölmə: Ana seife / Maarif / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!