Mahmud Səfəralıyev HƏBS EDİLDİ .....                        Ermənistanda daha bir keşiş tutuldu .....                        Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir .....                        Putin Hindistana getdi .....                        Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI .....                        Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır .....                        DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi .....                        ATƏT-in sədrindən Bakı və İrəvana mesaj .....                        Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi .....                       
25-04-2024, 19:11
Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi” nin açılışı olub



Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılıb. “Azərbaycan Ticarət Evi” Çendu şəhərindəki azad ticarət zonasında yerləşir. Açılış mərasimdə çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov, Sıçuan şəhəri Çinbaycian rayonunun xalq hökuməti sədrinin müavini Ley Tin, “Azərbaycan Ticarət Evi”nin rəhbəri Huan Çao iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışıblar. Bildirilib ki, ticarət evi Azərbaycanın dadı və keyfiyyəti ilə seçilən məhsullarının Çində təşviqi ilə yanaşı, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə də töhfə verəcək.


Ticarət evində Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına, eləcə də sərmayə mühitinə aid materiallar nümayiş olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə yaradılan ticarət evində “Made in Azerbaijan” brendli məhsullar çinli istehlakçılara təqdim olunur. Bura əsasən çaylar, meyvə şirələri, şərablar, konservlər, mürəbbələr, qənnadı məmulatları və s.daxildir. Bu, Azərbaycanın Çində sayca 5-ci ticarət evidir. Digər 4 ticarət evi Çindao, Canciaciye, Sian və paytaxt Pekində fəaliyyət göstərir. Ticarət evlərindən başqa, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhan şəhərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi də fəaliyyət göstərir. Ticarət və şərab evləri “Made in Azerbaijan” brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanıdılmasına, eləcə də Azərbaycan məhsullarının ixracının təşviqinə və genişləndirilməsinə çox böyük təsir göstərir.



Ticarət evinin operatoru olan “Sichuan Rongda Juxin International Trade” şirkəti geniş işgüzar əlaqələri vasitəsilə gələcəkdə Azərbaycan məhsullarının Çendu şəhərində satışını genişləndirməyi hədəfləyib. Xatırladaq ki, Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhəri 21 milyondan çox əhali ilə ölkənin 4-cü ən iri şəhəridir. Ölkənin əsas iqtisadi, maliyyə, ticarət, nəqliyyat, kommunikasiya və tədqiqat mərkəzlərindən biri olan Çendunun ümumi daxili məhsulunun dəyəri 310 milyard ABŞ dollarını ötüb. Ölkənin əsas dəmir yolu qovşaqlarından biri olan Çendudan Avropa da daxil olmaqla dünyanın 61 şəhərinə qatralarla yüklər daşınır.


20-04-2024, 14:58
Vətən Qadın

VƏTƏN QADIN

Xalam Məleykə Rəsulova pambıqçılıq briqadiri idi. Respublikanın qabaqcıl əmək adamlarındandı həm də... Yaxası orden, medallı, adlı-sanlı, şöhrətli, şərəfinə və vicdanına söykənən qadından danışıram.
1970 -80 -ci illərin əfsanələrindəndi. Respublika rəhbərinin şəxsi imzası ilə kolxoza briqadir təyin olunmuşdu. Heydər Əliyev rayona, kolxoza gələndə xalamla yaxından maraqlanırdı, görüşürdü, töfsiyyələr verirdi. Kiminsə ətəyindən tutub yeriməyi sevməzdi xalam. Kimdənsə gözükölgəli qalmağı da özünə, mənliyinə sığışdırmazdı. Söz verdisə nəyin bahasına olursa olsun, yerinə yetirərdi. Dəfələrlə respublika səviyyəli yarışlarda birinci yerə çıxmışdı. O vaxtın adamları sözümü təsdiqləyə bilərlər. Əzmkarlığı çoxlarını xofa salmışdı. Hamı bu dəmir iradəli qadınla hesablaşmağa çalışırdı. Nöqsanlara göz yummazdı. Plenium və qurultaylarda odlu, alovlu çıxışları ilə yadda qalırdı. Haqsızlığa, ədalətsizliyə qarşı üsyankar idi. Yüz kişinin yükünü daşıyırdı zərif çiyinlərində. Yorulmadan, usanmadan, hətta böyük həvəs və şövqlə. Əlləri də onunla birgə danışardı. Baxışlarıyla deyərdi ürəyindən keçənləri çox vaxt. Bir sözlə əsl Azərbaycan qadını idi. Yerişi, duruşu, baxışı ilə özünü anladırdı Məleykə Rəsulova. İşləyə -işləyə oxuyurdu həm də. Kirovabad Kənd Təsərrüfatı İnistitutunda təhsil alırdı.( İndiki Gəncə Aqrar Universiteti) .Uğur qazanmaqçun özünü oda, közə vururdu. Xalamdı deyə demirəm. Həqiqətlərin üzərinə kölgə salanlardan zəhləm gedib həmişə. Yalançı tərifdən də çox uzağam. Tanıyanlar bilir. Xalama bənzəyirəm bu sarıdan.
Kimləsə rəqabətə girməyə çalışmırdı. Özüydü təpə-dırnaq. Mükəmməlliyə can atırdı daim. Ana kimi, övlad kimi, xala kimi, bibi kimi, yoldaş kimi, nənə kimi, vətəndaş kimi - bütövlükdə mükəmməl idi. Bütün bunları bir arada necə qoruyub saxlayırdı? Necə bacarırdı? Hamısının öhdəsindən necə gəlirdi? Necə çatdırırdı? Həmişə məni düşündürüb bu sual. Gözünün içinəcən çiçək kimi idi . Tərtəmiz. Ən əsas ruhundakı gözəllik idi onu mənə daha çox sevdirən. Sevgisi də mükəmməl idi. Həyat dolu, sevgi doluydu. Dünyanı gözəl tərəfdən görürdü, duyurdu. Həddən artıq elmli idi. Bütün elmlərdən haliydi. Hər şeylə maraqlanırdı. Bütün mövzularda insanla dialoqa girməyi bacarırdı. Gözəl diksiyası vardı. Əsl natiq idi. Səlis və qüsursuz danışığı ilə həmişə diqqət mərkəzindəydi. Elə özü də mərkəzdə olmağı sevirdi. Dik yerişli qadındı. Bir az da ötkəm, qürurlu. Kəlağayısının yeli vururdu adamı. Zəhminin özündə bir amiranəlik, eyni zamanda eşq vardı. Tanrı sevgisi isə bir ayrıydı. Şükranlıq vardı bu sevgidə. Məğrurluğunda gizlədirdi həyəcanını, sevincini. Uğurlarıyla öyünməzdi. Uğur da onu axtarıb tapardı həmişə.
Sevilirdi bu qadın. Sözüylə, yerişiylə, baxışıyla, işiylə, qadınlığı, ucalığıyla sevilirdi. Gözləri danışırdı adamla. İşiylə fəxr edirdi. Elə Vətəniylə, torpağıyla da. Öyünürdü Azərbaycanlı olmağı ilə. Eyni zamanda nizam-intizamlıydı. Gecikməyi sevməzdi. Gözləməyi və gözlətməyi də. Əzmkar idi. Çətinlikdən qorxmazdı. Elə ölümdən də. Ona görə də son anınacan mübarizə etdi. Həyata, sevdiklərinə tutuna-tutuna mübarizə etdi həm də. 65 illik həyatında 100 ilin işini gördü.
Sabirabad rayonunun Qələbə kolxozunun pambıqçılıq briqadiri Məleykə Rəsulovadan yazdım. Bir az öyünə-öyünə, bir az darıxa-darıxa, bir az oxşaya-oxşaya qələmə aldım ürəyimdən keçənləri. İstədim dünyalarca sevdiyim bu qadını siz də tanıyasız. Sözlə tablosunu çəkməyə çalışdım. Bəzəksuz, boyasız, pafossuz. Sadə dildə. Mürəkkəb cümlələr seçmədən. Elə qəhrəmanımın özü kimi. Nə qədər bacardım, bilmirəm. Bircə onu bilirəm ki, bu yazdıqlarım onun haqqında düşündüklərimin bapbalaca hissəsidi. Ürəyimsə onunla dopdoludu. Bu hələ son deyil. Təki sağlıq olsun.

Təranə DƏMİR,
Şair-publisist.
AYB-nin və AJB-nin üzvü.
30-03-2024, 14:23
"Zəngəzur .Uzaq keçmişdən günümüzədək"monoqrafiyasının təqdimatı keçirilib

"Zəngəzur. Uzaq keçmişdən günümüzədək" kitabının təqdimatı keçirilib

Martın 30-da Qərbi Azərbaycan İcmasında İcmanın Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Musa Urudun “Qərbi Azərbaycan İcmasının kitabxanası” silsiləsindən “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” kitabının təqdimatı keçirilib.

Butov.az xəbər verir ki, təqdimat mərasimini açıq elan edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu günün hər kəs üçün tarixi gün olduğunu nəzərə çatdırıb. Hələ 1200 il əvvəl Cənubi Qafqazın ərəblər tərəfindən işğalı zamanı Zəngəzur uğrunda mübarizə getdiyini xatırladan İcma sədri deyib: “100 il bundan qabaq da Zəngəzur uğrunda mübarizə gedib. Bu gün də Zəngəzur dəhlizi uğrunda mübarizə gedir. Bu, bir daha sübut edir ki, biz bu bölgəyə xüsusi əhəmiyyət verməliyik. Bu bölgə Türk dünyasını birləşdirən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən ərazidir".
Akademik Arif Həşimov kitabı ensiklopedik nəşr adlandıraraq monoqrafiyada qədim dövrlərdən günümüzədək olan dövrün əhatə edildiyini bildirib. Eyni zamanda nəşrdə işğaldan azad edilən ərazilərdə görülən bərpa işlərinin də öz əksini tapdığını bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxışında müəllifin ürək yanğısı ilə yaşadığı ərazinin tarixini qələmə aldığını vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə komitəsinin sədri Hicran Hüseynova isə çıxışında kitabın bir çox dillərə tərcümə olunması, eyni zamanda, elektron formatda təqdim edilməsinin də geniş auditoriyaya çatması təklifini irəli sürüb.
Deputat, akademik Nizami Cəfərov çıxışında kitabda emosiyalar və təəssübkeşliyin kifayət qədər yüksək səviyyədə olduğunu, Zəngəzur sözünün etimologiyasının araşdırıldığını diqqətə çatdırıb.
Parlamentin Mədəniyyət komitəsinin sədri deputat Fazil Mustafa kitabın rusdilli auditoriya üçün hazırlanmasının xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb.
Kitabın müəllifi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud çıxışında Zəngəzur bölgəsinin Azərbaycanın qədim tarixi mədəniyyət və dövlətçilik məskənlərindən biri olduğunu söyləyib. Zəngəzurun sovet hökumətinin qərarı ilə Ermənistana verildikdən sonra qəribçiliyə düşdüyünü bildirən müəllif qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin tövsiyələrinə əsasən, Qərbi Azərbaycan torpaqlarının bizə aid olduğunu dünya ictimaiyyətinə sübut etmək üçün ölkəmizdə çoxlu elmi-tədqiqat əsərləri yazılıb. Müəllif monoqrafiyada tarixi xəritələrdən, xarici mənbələrdən götürülmüş faktların da yer aldığını diqqətə çatdırıb.

Nəzərə çatdıraq ki, kitab müəllifin Zəngəzurun tarixinin öyrənilməsinə həsr olunmuş tədqiqatları əsasında qədim və orta əsr mənbələri, eləcə də arxiv materialları əsasında yazılıb. Monoqrafiyada Zəngəzurun qədim və zəngin tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı ətraflı təhlil olunur.
Nəşrin məqsədi XIX əsrin əvvəllərindən başlayaraq Zəngəzurda Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiya, soyqırımı və etnik təmizləmə siyasətini öyrənmək və qiymətləndirməkdir.
Müəllifin Zəngəzur bölgəsi haqqında sayca altıncı tədqiqat əsəri olan bu kitab dərin elmi axtarışların, tədqiqatların bəhrəsidir. Kitab Zəngəzurun tarixi, coğrafiyası, iqtisadi həyatı, tarixi-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın layihə və ideya rəhbəri sənətşünaslıq elmlər doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru tarix elmləri doktoru, professor Fəzail Ağamalıdır.
14-03-2024, 19:12
29-02-2024, 10:52
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!