Abbas Əraqçi Cenevrədə BQXK prezidenti ilə görüşüb .....                        Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var .....                        Azərbaycan nümayəndələri Ermənistana bu kənddən daxil olub .....                        Bakıda 23 yaşlı oğlan ondan ayrılmaq istəyən sevgilisini maşında döydü .....                        “Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək .....                        Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir? .....                        İsrail HƏMAS-a 60 gün vaxt verəcək .....                        Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                       
Tarix : 14-03-2024, 19:12
Atatürk və Səfəvilər

Mustafa Kamal Atatürk digər cəhətləri kimi tarixşünaslığı ilə də maraqlı şəxsiyyətdir. Onun yazdırdığı “Türk Tarixinin Ana Xəttləri” kitabı, türk tarixini qərəzsiz mühakimə edən bir kitabdır. Bu kitabdan Atatürkün nə düşündüyünü anlaya bilərik. Uzun müddət mövcud olmuş Osmanlı mərkəzçi tarixçilərinin əksinə və əksinə, Atatürk Səfəvilər və Teymurilər kimi digər türk dövlətləri və sülalələrinin tarixindən bəhs edərkən obyektiv davranırdı. Atatürkə görə Şah İsmayıl şübhəsiz türk idi: “Türk olan Səfəvi Şah İsmayıl təəssübkeş bir şiə idi” (bax: "Türk Tarihinin Ana Hatları" Kemalist Yönetimin Resmî Tarih Tezi, 6. Basım, Şubat 2022, Kaynak Yayınları, s. 385).

Kitabda Osmanlı-Səfəvi müharibələrindən bəhs edərkən də eyni obyektiv münasibət göstərilib: "Şah Təhmasibdən sonra Səfəvilər altüst olmuş və zəifləmişdi. Sokollu (Paşa) hərb tərəfdarlığının önünə keçə bilmədi. Müharibəyə (1577) qərar verildi. Bu təcavüzün səbəb olduğu müharibə 17 il davam etdi". Görünür, Sokollu paşa Səfəvilərə müharibə elan etməyin əleyhinə idi. Lakin Osmanlılar Səfəvilərin zəifləməsindən istifadə edərək hücuma keçdilər. Burada maraqlı və mühüm məqam Atatürkün və kamalist tarixşünaslığın Osmanlı hücumunu “Təcavüz” kimi qiymətləndirməsidir. Bu məsələ türkçü Atatürkün nə qədər obyektiv olduğunu və onun Səfəviləri aşağı salmadığını, məzhəbçi olmayan türkçü tarixçi olduğunu göstərir.

Nağıbəyov Məmmədtağıbəy


Paylaş



Bölmə: Ana seife / Tələbə sözü / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!