Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 10-11-2016, 20:27
Dövlət Pedaqoji Universitetində Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Noyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) türk dünyasının böyük hərbi-siyasi xadimi Mustafa Kamal Atatürkün xatirəsini anma gününə həsr olunan tədbir keçirilib.

Butov.az xəbər verir ki, ADPU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Cəfər Cəfərov türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürkün həyat yoluna nəzər salıb. Vurğulanıb ki, görkəmli siyasətçi və dövlət xadimi Mustafa Kamal Atatürk Türkiyədə 1919-cu ildə başlanan milli-azadlıq hərəkatının öndəri olub. Ölkəsini xarici hərbi müdaxilələrdən azad edərək Türkiyə Respublikasının qurulmasına nail olan Mustafa Kamal Atatürk dövlətinin hərtərəfli inkişafı istiqamətində mühüm islahatlar həyata keçirib. Bütün ömrünü xalqına, millətinə, Vətəninə həsr etmiş müdrik dövlət xadimi dörd dəfə Türkiyənin prezidenti seçilib. Rektor diqqətə çatdırıb ki, Müasir Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” sözləri qardaş ölkənin Azərbaycana olan tükənməyən sevgisinin, hörmətinin parlaq nümunəsidir.

C.Cəfərov qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə Atatürk Mərkəzi yaradılıb. Mərkəzin əsas vəzifəsi türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün irsinin, bütövlükdə türk tarixinin və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ edilməsidir. Ulu Öndərin “Bir millət, iki dövlət" aforizmi iki xalqın bir-birinə yaxınlıq dərəcəsinin böyüklüyünü göstərir. Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycan-Türkiyə əlaqələri artıq strateji xarakter alıb. Ölkələrimiz həm regionda, həm də beynəlxalq təşkilatlarda yüksək səviyyədə əməkdaşlıq edir və bir-birinə hərtərəfli dəstək göstərir.

Türkiyənin Azərbaycandakı səfirinin müavini xanım Meral Barlas və təhsil müşaviri Abdulqafar Böyükfırat Mustafa Kamal Atatürkün türk dünyası qarşısındakı böyük xidmətlərdən danışıb, bu gün ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluqlarını bildiriblər.

Sonda azərbaycanlı və türkiyəli tələbələrin ifasında şeirlər, mahnılar səsləndirilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!