Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 20-12-2018, 13:08
“Qara Qarayev. Yol” sənədli filmi təqdim edildi

Nizami Kino Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş "Qara Qarayev. Yol" sənədli filminin təqdimatı keçirilib.
Butov.az Olaylar.az-a istinadən bildirir ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın "Divi" telekompaniyası tərəfindən ərsəyə gəlib.
Təqdimatda sənədli film haqqında məlumat verilib. Bildirilib ki, film bəstəkarın həyat və yaradıcılığına həsr olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Qara Qarayevin anadan olmasının 100 illiyi ölkəmizdə geniş qeyd edilməkdədir. Eyni zamanda, 2018-ci ilin fevral ayından başlayaraq Rusiya, Türkiyə, Amerika, Fransa, Belçika, Avstriya, Almaniya, Böyük Britaniya, İsrail, Polşa, Macarıstan, Gürcüstan və Ukraynada dahi bəstəkara həsr olunmuş geniş tərkibdə tədbirlər, yubiley gecələri keçirilib. Beynəlxalq təşkilatların təşəbbüsü ilə 2018-ci il bütün türk dünyasında "Qara Qarayev ili" kimi qeyd edilib. Bəstəkarın yubileyi Fransada UNESCO-nun mənzil-qərargahında keçirilib. Qara Qarayevin bəstələri "MEZZO" musiqili kanalında səsləndirilib. Bu gün isə yubiley tədbirlərinin yekunu olaraq Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan "Qara Qarayev. Yol" sənədli filminin təqdimatı keçirilir.
Filmin ssenari müəllifi Nina Smirnova, operatoru Dmitri Novoselov, icraçı prodüseri Dmitri Dulov, maliyyə direktoru isə Vera İlyinadır. Film ilk dəfə Rusiyanın "Mədəniyyət" kanalında nümayiş etdirilib.
Daha sonra filmə baxış olub. Film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!