Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Sualların yoxlanmasında süni intellektdən istifadə edirik - Məleykə Abbaszadə .....                        Prezident Pezeşkianı Şuşa ilə tanış etdi .....                        İlham Əliyevlə Pezeşkian nələrdən danışıb? .....                        Ərdoğanla İlham Əliyev Xankəndidə görüşdü .....                        Ali Məhkəmədən mühüm qərar .....                        Trampla Zelenski telefonla danışdı .....                        Təbiətə 81 min manatlıq ziyan vuruldu .....                        Şavkat Mirziyoyev ölkəsinə döndü .....                       
Tarix : 17-09-2014, 19:19

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. Komissiya 4 məsələni araşdıraraq  müvafiq rəylər çıxarıb.

Öncə Gəncə Dövlət Universitetinin tarix–coğrafiya fakültəsinin dekanı Həsənbala Sadıqovun “M-Media.az” saytı ilə bağlı müraciətinə baxılıb. Şikayətçinin və cavabdeh tərəfin nümayəndəsi, narazılıq doğuran yazının müəllifi Mehriban Əzizqızının məsələ barədə mövqeləri müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin fikir və mülahizələri səslənib. Komissiya rəyə gəlib ki, həmin materiallarda sivil jurnalistikanın tələblərinə tam etinasız yanaşılıb. Yazıda H.Sadıqovun şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılayıcı ifadələrlə təhqirlərə məruz qalıb.  Sayta Azərbaycan Mətbuat Şurasının ciddi xəbərdarlığı elan edilib. Şikayətçiyə isə tövsiyə olunub ki, məsələ hüquqi müstəvidə də araşdırıla bilər.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Avtomobil Yük Daşımalarının Təşkili” MMC-nin “Rakurs” qəzetindən şikayətinin müzakirəsi bu kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunması ilə yekunlaşıb. 

Komissiya şikayətçi tərəfə tövsiyə edib ki, ictimai rəyi narahat edən bu kimi məsələlərlə bağlı mətbu çıxışlara diqqətlə yanaşsın, məsələnin mahiyyətinə aydınlıq gətirsin.

Beyləqan Rayon Təhsil Şöbəsinin “yeniaxtaris.az” saytı ilə bağlı müraciəti əsasında çıxarılan rəydə də cavabdeh tərəfə mətbu yazılarda etik prinsiplərin tələblərinin gözlənilməsi tövsiyə olunub. Saytın nəzərinə çatdırılıb ki, şöbə rəhbərliyi barədə yayımlanmış bəzi materiallarda təhqir elementləri, reallığa söykənməyən məqamlar yer alıb. Sayt gələcək fəaliyyətində bu kimi halların təkrarına yol verməməlidir.

İclasda belə bir narahatlıq da ifadəsini tapıb ki, bəzi KİV-lərdə nüfuzlu insanların adları heç bir əsas olmadan kriminal xarakterli yazılarda qabardılır. Bu da haqlı narazılıq doğurur. Birinci qrup Qarabağ əlili, məcburi köçkün Lazım Məhəmməd oğlu Əliyevin də MŞ-yə müraciətində mediada bu tipli materialların təqdimatına etiraz ifadəsini tapıb. Mətbuat Şurası məsələ ilə bağlı müvafiq tədbirlər görüb. 



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!