Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-10-2014, 22:49

 

Tərlan kəndin ortalıqda olan curlarından idi. Çox varlı olmasa da kasıb da deyildi. Amma onun nə işlə məşğul olduğu müəmmalı idi.Heç kim ondan baş aça bilmirdi. Günlərlə, həftələrlə, hətta aylarla yoxa çıxır, sonra yenidən peyda olurdu. Soruşanlara deyirdi ki, ezamiyyətdə olub. Qurban bayramına bir gün qalmışdı. Həyat yoldaşı Göyərçin Tərlana umu-küsü etdi: ”Pis dolanmırıq, yaxşı dolanırıq. Amma səndən baş aça bilmədim. Nə qədər sənə desəm də, bu vaxta qədər heç bir dəfə də olsun nə qurban 

QurbanQoyundemisən, nə də kəsdirmisən.” Tərlan bu haqlı sözə bir cavab verə bilmədi. Axşam isə evə gec gəldi. Özü ilə bir qoç da gətirmişdi. Qoçu tövləyə saldı. Təmirdən artıq qalmış qırmızı rənglə qoçun belini rənglədi. Sonra tövlənin qapısını möhkəm bağladı. Həyətə gəlib əl- üzünü yudu evə keçib masa arxasında oturdu. Üzünü Göyərçinə tutaraq dedi: ”Əvvəlcə mənə bir stəkan pürrəngi çay gətir.” Göyərçin çay gətirərək gözünü Tərlana zillədi. Bildi ki, sözlüdür. Nə isə demək istəyir. Tərlan isə onu çox gözlətmədi. Çaydan bir qurtum içərək dilləndi: ”Hə, Göyərçin, qurbanlıq qoçu gətirib tövləyə saldım. Səhər kəsdirəcəyəm”. Onun bu sözündən Göyərçin üzündə sevinc dilləndi: “Çox yaxşı edib almısan.” Sonra xüsusi tələffüzlə sözünü davam etdi: “Axır ki, bir dəfə də olsun mənim sözümə əməl etdin”.

Səhər tezdən Tərlan oğlu Səmədi molla Kərimin və qəssab Heydərin dalınca göndərdi. Çox keçmədi ki, hər ikisi gəlib çıxdılar. Qəssab Heydər bıçaqlarını itiləyir, molla Kərim isə oturmaq üçün özünə rahat yer axtarırdı. Tərlan qoçu gətirmək üçün tövləyə keçdi, gördüyünə inanmadı. Gözlərini ovxaladı. Qoç tövlədə yox idi. Donub qaldı. Hər yer bağlı idi. Ona elə gəldi ki, dünən sərxoş olub, bəlkə də, heç qoçu gətirməyib. Amma gözünə küncdə qoçun belini qırmızı boya ilə rənglədiyi fırça sataşdı. Qoçu gətirib tövləyə saldığına əmin oldu. Qoçun hara və necə yoxa çıxması isə onun üçün sirr olaraq qaldı. Geri qayıtdı. Onun əliboş geri qayıtmağını görən molla, qəssab və Göyərçin sual dolu nəzərlərini Tərlana zillədilər. Tərlan isə duruxub onların  sözsüz suallarına qısa cavab verdi: ”Qurban kəsməli olmadım”. Tərlanın bu hərəkətinə hamı çaşıb qalmışdı. Heç biri yerindən tərpənmirdi. Göyərçinin isə yadına axşam gördüyü yuxu düşdü. Gördü ki, uzaqdan qanadlı bir qoç uça-uça gəlib onların həyətinin üstündə dövrə vurur. Həyətə oturmadan acıqlı-acıqlı Tərlanın üzünə baxaraq uçub qeyb oldu…

Qonşu kənddə Əmin adlı çoban yaşayırdı. Halallıqda ad çıxarmışdı. Kəndin camaatı kimisə inandırmaq istədikdə ata – anasının canına yox, onun canına and içirdilər. Əmin qoyun saxlayırdı. Sürüsündə olan bütün heyvanları bir – bir tanıyırdı. Hətta xasiyyətlərinə belə bələd idi. Əmin Qurban Günü səhər tezdən durdu ki, heyvanları oğlu Əhməd çölə aparmazdan əvvəl qurban kəsmək üşün bir qoç saxlasın. Bu məqsədlə qoçlara bir – bir nəzər salmağa başladı.Gördü ki, qoçların içərisində bir beli qırmızı rənglə boyanmış qoç var. Əvvəl elə bildi ki, yad heyvandır. Amma yaxınlaşıb gördü ki, öz halal malıdır. Onun üçün isə qoçun rənglənməsi bir sirr oldu. Axı elə o özü bu qoçu qurban kəsmək üçün əvvəlcədən gözaltı eləmişdi…

Həmin gün Tərlan evdən bayıra çıxmadı. Səhəri gün Göyərçinə “ezamiyyətə gedirəm”- deyib evdən çıxdı. Ürəyində isə götür-qoy edir və nə isə çırpışdırmaq üçün hara gedəcəyini planlaşdırırdı. Evlərindən azca aralanmışdı ki, qonşusu Məmmədi əlində bir qoyun dərisi qurutmaq üçün çəpərin üstünə sərən gördü. Tərlan birdən dərinin üstündəki qırmızı rəngi görüb quruyub qaldı. Bu dəri onun qurban kəsmək üçün oğurladığı qoçun dərisi idi. Məmməd Tərlan ondan bir söz soruşmasa da elə bil izahat verirdi: - Bu dərini mənə qonşu kənddən qurban payı ilə birlikdə Əmin göndərib. Dərini ona görə mənə göndərib ki, məndən başqa bu tərəflərdə dəri aşılayan yoxdur. Bu qurban kəsilmiş qoçun dərisidir, hörmətlə yanaşmaq lazımdır. Bilir ki,mən bu dərini aşılayıb, qurudub təmiz saxlayacağam. Heç vaxt Əmin dəri yığanlara qurban kəsilmiş heyvanların dərisini vermir. Səbəbini isə belə izah edr ki, bəlkə, bu dərini aparıb ayaqqabı tikəcəklər. Ona görə də dəriyığanlara vermək olmaz… Bir də ayılıb gördü ki,Tərlan yoxdur, çıxıb gedib. Sən demə o öz-özü ilə danışırmış. Tərlan evə qayıtdı. Həyat yoldaşı Göyərçin gördü ki, Tərlan çox fikirlidir, ona nə isə olub. Amma Tərlanı nə qədər sorğu-suala tutdusa da Tərlan cavab vermədi. Birdən Tərlan oturduğu yerdən gözlənilmədən cəld ayağa qalxdı və Göyərçini çağırdı. Göyərçin gələndə Tərlan onun gözlərinin içinə baxaraq heç bir söz demirdi. Göyərçin isə onun bu hərəkətinə çaşıb qalmışdı. Tərlanın gözlərinə diqqətlə baxdı. Onun baxışlarında dəyişiklik gördü. Bu baxışlar əvvəlki baxışlar kimi deyildi. Təəccüblə Tərlanın gözlərinə baxa-baxa qalmışdı. Nəhayət, Tərlan titrək səslə pıçıltı ilə dilləndi: ”Göyərçinim,mən bir daha ezamiyyətə getməyəcəyəm”. Göyərçinin gozləri doldu. Heç özü də bilmirdi ki, niyə belə kövrəldi…

Gecə düşmüşdü. Bədirlənmiş ay bütün kəndi işıqlandırırdı. Bütün kənd yatırdı. Amma bir nəfər oyaq idi. Əslində isə ona oyaq demək olmazdı. Bu adam aydagəzən (lunatik) Əsəd idi. Əsəd bütün gecələri küçələri və həyətləri gəzirdi. Kəndin itləri belə onu tanıyır, ona heç vaxt hürmürdülər. Yenə də növbə Tərlangilin həyətinə çatdı. Eyni zamanda tövlənin də qapısını açıb içəri girdi və sonra çölə çıxdı .Nəhayət, Əsəd gecə səfərini başa vurub evlərinə çatdı. Ancaq Əsədin gecə səfərlərindən heç kimin xəbəri olmazdı… Bütün kənd Tərlandan danışırdı. Kənddə soraq yayılmışdı ki, Tərlan qoyun otarır. İçkini də, siqareti də atıb. Hətta namaz qılır. Buna inananlar da oldu, inanmayanlar da. Mən isə inandım. – Siz necə?



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!