Türkiyədə uçuşlar ləğv edildi .....                        Trampa qarşı etiraz aksiyası .....                        Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı .....                        Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar .....                        Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı .....                        Qazaxda 4 nəfər dəm qazından zəhərləndi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO .....                        Çin orbitə 6 peyk buraxdı .....                       
Tarix : 24-02-2015, 19:25
Münsiflərə yaraşmayan irad üslubu muğamsevərləri narahat edib

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın Moderator.az-a göndərdiyi yazıda muğam müsabiqələrinin milli-mənəvi dəyərlərə verdiyi töhfə ilə yanaşı, münsiflər heyətinin bəzi üzvlərinin sərgilədiyi davranış tərzi məzəmmət edilir. Yazının ictimai əhəmiyyətini nəzərə alaraq Butov. az saytının oxucularına təqdim edirik:"Artıq ikinci həftədir ki ənənəvi “Muğam televiziya müsabiqəsi-2015 “ işinə start verib. Müsabiqənin canlı yayımlanması, təqdimatların səhnədəcə qiymətləndirilməsi hamının ürəyincədir. Ən azından necə deyərlər, hər şey göz qabağında. Göz qabağında olan mühüm cəhətlərdən biri və birincisi tərkibi (iki nəfərdən başqa) xalq artistlərindən təşkil olnmuş münsiflər heyətidir. Düzü, hər il diqqətlə izlədiyim və iştirak etdiyim müsabiqədə münsiflər heyətinin çox zaman gənc istedadlara etdikləri yersiz iradlar və haqsızlıqlar mənim kimi çoxlarının diqqətindən yayınmır. Hamımız bilirik ki, bu müsabiqənin əsas məqsədi yetişməkdə olan nəslin muğama olan sevgisini artırmaq, həmçinin yeni istedadların üzə çıxarmaqdır. Əvvəla, münsiflər heyətinin tərkibinin yeniləriylə əvəzlənməsi vacibdir. Ömründə iki adamın qarşısında çıxış etməyən bu fidanlar səhnəyə çıxar-çıxmaz beş-altı dəqiqəlik ifaları bitər-bitməz tənqid gülləboranına tuş olurlar. Yeddi münsiflər heyətinin hərəsi ən azı 10-15 dəqiqə yıxıb sürüyür bu uşaqları. Dünən bu “öyüd–nəsihətin” pik nöqtəsinin hamımız şahıdi olduq. 16 yaşlı gənc qıza xalq artistinin “ bir də bura bax, səhnədə HƏYASIZLIQ ETMƏ” deməsi heç bir halda qəbul edilən deyil. Bu nə səhnə mədəniyyətinin bütün atributlarını hamıdan gözəl bilən ağsaqqal el sənətkarının belə tənbehi zalda da çox narazılıqla qarşılandı.
P. S. Münsiflər heyətinin istənilən birinin bu uşaqlar yaşda olanda belə ifa etdiklərinə bir daha əminliklə inanmadım.
Jalə Cəfərova
Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!