Rəssamın işi, şairin arzuları və Xudafərin körpüsü .....                        Hərbçilərimiz şərti düşmənin hədəflərini məhv etdilər .....                        Hərbçilərimiz şərti düşmənin hədəflərini məhv etdilər .....                        Əsəddən sonra Suriyaya səfər edən ilk lider .....                        Hökumətdən parkinqlə bağlı yeni qərar .....                        AQTA-dan "Coca-cola" ilə bağlı açıqlama .....                        Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan... .....                        Putin vacib müraciət yayacaq .....                        Paşinyanla Kobaxidze Ermənistan-Azərbaycan məsələsini müzakirə etdilər .....                       
Tarix : 14-06-2022, 11:08
Zivər Məmmədova - Şərqin ilk heykəltəraş qadını

Bu gün öz rəngarəng yaradıcılığı ilə insanlara estetik zövq və gözəllik bəxş edən, sənəti ilə adını mədəniyyət tariximizə yazdıran görkəmli heykəltəraş Zivər Məmmədovanın anadan olmasından 120 il ötür.

Butov.az AZƏRTAC-a istinadən unudulmaz sənətkarın həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

Şərqin ilk heykəltəraş qadını Zivər xanım Məmmədova (Tağıyeva) 1902-ci il iyunun 14-də Bakı şəhərində anadan olub. Hələ uşaq ikən valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Qızının istedadını duyan atası onun arzularının həyata keçməsi üçün böyük səy göstərib. Zivər “Müqəddəs Nina” qızlar gimnaziyasında və Dövlət Türk Musiqi Məktəbində təhsil alıb.

Gənc rəssam 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirib. Bir müddət S.D.Erziya və P.V.Sabsayın emalatxanasında çalışıb və portret ustası kimi tanınıb.

Z.Məmmədova ötən əsrin 30-40-cı illərdə görkəmli rəssam Əzim Əzimzadənin, opera müğənnisi, aktyor Hüseynqulu Sarabskinin, dünya şöhrətli pəhləvan Sali Süleymanın, Sovet İttifaqı qəhrəmanları Gəray Əsədovun, İdris Süleymanovun, Hüseynbala Əliyevin daş portretlərini yaradıb. İlk qadın təyyarəçilərdən Leyla Məmmədbəyovanın, pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın büstləri dövrünün gözəl heykəltəraşlıq nümunələrindəndir.

Sənətkar dahi bəstəkar Üzeyir Hacıbəylinin obrazını da böyük məhəbbətlə yaradıb. Rəssam dəfələrlə Üzeyir Hacıbəylinin obrazına müraciət edib, bir neçə variantda büst və heykəlini yaradıb. Ümumiyyətlə, Zivər xanım Üzeyir bəyə böyük hörmət və ehtiramla yanaşıb. Çünki o, görkəmli bəstəkarın mühazirələrinin dinləyicisi, 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrinin solisti olub. 1923-cü ildə “Arşın mal alan” operettasının ilk tamaşasında skripkada ifa edib, hətta böyük musiqiçi öz skripkasını da Zivər xanıma bağışlayıb.

1924-cü ildə ailə həyatı quran sənətkarın Gülbəniz və Tokay adlı övladları olub. Onun övladı Tokay Məmmədov görkəmli heykəltəraş, Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət mükafatı laureatıdır.

Zivər Məmmədova 1980-ci il aprelin 22-də Bakıda dünyasını dəyişib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!