"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
Tarix : 7-01-2023, 23:50
Dilruba Camalova - 85


Dilruba Camalova - 85

Dilruba xanım Camalovanın əmək fəaliyyətinin əsas hissəsi Cənub diyarının paytaxtı Lənkəranla bağlıdır. Lənkəran şəhər 2 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyətə başlayan Dilruba Camalova sonralar müxtəlif vəzifələrdə çalışıb.Lənkəran şəhər maarif şöbədinin metodisti və müdiri, Lənkəran Şəhər Partiya Komitəsinin ikinci, sonra birinci katibi, Azərbaycan Pedaqoji Kadrlarının İxtisasartırma İnstitutu Lənkəran filialının direktoru, Lənkəran Dövlət Universitetinin prorektoru, Cənub regionunda Yeni Azərbaycan Partiyasının təşkilatçısı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olaraq məsul və şərəfli vəzifələrdə çalışıb.Sonra Dilruba xanım yeni yaranmış Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəfəsinə təyin edilib.
Bu vəzifədə ölkədə gender siyasətini fəal təbliğ edir, qadınların maariflənməsində səyini əsirgəmirdi.
Dilruba xanım son dərəcə ciddi, eyni zamanda səmimi və xeyirxah insan idi. Dövlətə və dövlətçiliyimizə sadiq idi. Ulu öndər Heydər Əliyev ordusunun ən sadiq əsgərlərindən idi.Ulu öndərin də Dilruba xanıma münasibəti birmənalı idi.Çıxışlarında "Dilruba Camalova minlərlə kişidən qeyrətli çıxdı" deyibən onu yüksək dəyərləndirirdi. Prezidentin fərdi təqaüdüylə işdən azad olunan Dilruba xanım ictimai işlərdə fəallıq göstərirdi.Respublika Ağsaqqallar Şurasında və Veteranlar Təşkilatında sədr müavini idi.Həyata keçirəsi arzuları , planları çox idi.

Amansız əcəl avtomobil qəzası nəticəsində Dilruba xanımı aramızdan apardı. Dilruba Camalova ömür-gün yoldaşı, ixtisasca oftalmoloq olan Şəmsəddin Talışinskilə iki övlad böyüdüb tərbiyə edib.Rəşad Talışinski həkimdir, tibb üzrə fəlsəfə doktorudur.Həyat yoldaşı hüquqşünasdır.Ailə, Qadın və Uşaq Probçemləri üzrə Dövlət Komitəsində çalışır.Övladları Nigar və Cəmaləddin magistratura təhsili alırlar. Fuad Talışinski hüquqş ünasdır, Apelyasiya məhkəməsinin hakimidir.Həyat yoldaşı Leyla xanım həkimdir.Tibb Universitetində dərs deyir.Övladları Mirəkbər,Şəmsəddin və Rəisə ali və orta məktəblərdə təhsil alırlar.
Dilruba Camalova bir vətənpərvər ziyalı olaraq yağı tapdağı altında inləyən Qarabağ torpaqlarının nisgillərindən idi.Azərbaycanlı olaraq torpaq həsrəti bir yana, bu nisgil həm də qan qohumluğundan gəlirdi.Dilruba xanım Demokratik Azərbaycanın ilk hərbi naziri Səməd bəy Mehmandarovun doğmaca bacısının nəvəsidir, nəticəsidir. Bu gün bütün nigaran ruhlar kimi Dilruba xanımın da ruhu şaddır.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər ordunun qələbə sevincindən rahatlıq tapanlardan biri də Dilruba Camalovanın ruhudur.
Dilruba Camalovanın 85 yaşını qeyd edirik. Aramızda 14 illik ayrılıq məsafəsi olsa da, işıqlı xatirəsi hər zaman qəlbimizdədir.

Sevda Əlibəyli


Paylaş



Bölmə: Mədəniyyət / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!